SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
SABAH tələbələrinin ifasında “Pəri cadu” tamaşasının təqdimatı olub
İyunun 30-da Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) SABAH qruplarının tələbələri buraxılış işi kimi Əbdürrəhim bəy Haqverdiyevin "Pəri cadu" əsərinin tamaşasını təqdim ediblər.
Tamaşanın təqdimatında təhsil naziri Emin Əmrullayev, nazir müavini Firudin Qurbanov və ADMİU-nun rektoru Ceyran Mahmudova iştirak edib.
Əvvəlcə universitetin qalareyasında rəssam və dizayner tələbələrin, məzunların əl işlərindən ibarət sərgiyə baxış keçirilib. Qonaqlar ADMİU-nun Vətən müharibəsi iştirakçılarına həsr olunmuş “Zəfər” lövhəsi ilə də tanış olublar. Bildirilib ki, Vətən müharibəsində universitetin 2-si əməkdaş olmaqla, 50-dən çox tələbə və məzunu iştirak edib. Onlardan 3 nəfəri şəhidlik zirvəsinə ucalıb, əksəriyyəti isə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamları ilə medallarla təltif olunub.
Daha sonra ADMİU-nun SABAH qrupları tələbələrinin ifasında Əbdürrəhim bəy Haqverdiyevin “Pəri cadu” əsərinin tamaşası nümayiş edilib. Klassik irsə müasir baxış sərgiləyən tamaşa maraqla izlənilib.
Sonda çıxış edən təhsil naziri Emin Əmrullayev ADMİU-dakı yaradıcı mühitdən, nümayiş olunan tamaşadan məmnunluğunu ifadə edib və universitetin fəaliyyətində uğurlar arzulayıb.
3 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
3 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
3 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
3 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
3 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
3 il əvvəl