• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Yeniyetmələrin 25-ci Balkan Riyaziyyat Olimpiadasında qazanılan uğur

Moldova Respublikasında Yeniyetmələrin 25-ci Balkan Riyaziyyat Olimpiadası təşkil edilib. Olimpiadada 21 ölkədən 128 məktəbli iştirak edib.   Məktəblilərimiz olimpiadada uğurla çıxış edərək 1 qızıl və 2 gümüş medal olmaqla ümumilikdə 3 medal qazanıblar. Belə ki, Təhsil Nazirliyinin tabeliyindəki Fizika, riyaziyyat və informatika təmayüllü liseyin IX sinif şagirdi Cəlil Hüseynov qızıl, eyni liseyin IX sinif şagirdi Anar Mehdiyev və Türkiyə Dəyanət Vəqfi Bakı Türk liseyinin IX sinif şagirdi Fidan Cəfərli isə gümüş medala layiq görülüblər.   Məktəblilərimizi təbrik edir və uğurlar arzulayırıq!

Müəllimlərin işə qəbulu imtahanlarına start verilir

İyulun 5-dən 2021-2022-ci tədris ili üzrə müəllimlərin işə qəbulu müsabiqəsinin test imtahanı mərhələsinə start verilir.  Mövcud pandemiya şəraitini nəzərə alaraq müsabiqənin test imtahanı mərhələsi Bakı, Abşeron, Sumqayıt, Gəncə, Masallı, Ağcabədi, Şirvan, Balakən, Quba, Şamaxı, Mingəçevir və Kürdəmirdə yaradılmış müvafiq imtahan mərkəzlərində keçirilir. 19 iş günü müddətində davam edəcək imtahanların ilk günündə fizika və informatika fənni üzrə 2000-dən çox namizədin iştirakı nəzərdə tutulub.   Test imtahanı mərhələsi avqustun 2-də başa çatacaq.  Qeyd edək ki, 4-11 iyun tarixlərində müsabiqənin elektron ərizələrin qəbulu mərhələsi keçirilib. Bu mərhələdə müsabiqədə iştirak etmək üçün 62 242 namizəd qeydiyyatdan keçib. Ərizələr emal edildikdən sonra 59 171 namizədin ərizəsi qəbul olunub və onlar növbəti mərhələdə iştirak etmək hüququ qazanıb. Onlardan 59 153 nəfəri müsabiqənin test imtahanı mərhələsində iştirak edəcəklər.  Müsabiqə iştirakçılarına uğurlar arzulayırıq!

Respublika turnirinin qalibləri mükafatlandırılıb

İyulun 2-də Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş yeniyetmələr arasında keçirilən Respublika turnirinin qaliblərinin mükafatlandırılması mərasimi baş tutub.   Tədbiri giriş sözü ilə açan təhsil nazirinin müavini Firudin Qurbanov təhsilin keyfiyyətinin yüksəldilməsində təhsilalanların sağlamlığının vacibliyini qeyd edib. Sağlam həyat tərzini təşviq edən layihələrin, ümumi təhsil müəssisələrində keçirilən yarışların əhəmiyyətindən danışan nazir müavini qalibləri təbrik edib.   Daha sonra çıxış edən Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə ölkəmizdə idmanın inkişafında məktəb idmanının əhəmiyyətini qeyd edərək, birgə əməkdaşlığın şagirdlər arasında Olimpiya hərəkatınının təşviq edilməsində xüsusi rol oynayacağını vurğulayıb, məktəbli idmançılara uğurlar arzulayıb.   Gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov idmançıların məktəb yaşlarından formalaşmağa başladığını, belə yarışların istedadlı idmançıların seçilməsinə müsbət təsir göstərdiyini, onların peşəkar idmançı kimi yetişməsi üçün vacib olduğunu bildirib və məktəbliləri qazandıqları uğur münasibətilə təbrik edib.   Azərbaycan Məktəb İdmanı Federasiyasının (AMİF) prezidenti Sevinc Hüseynova çıxışında AMİF tərəfindən həyata keçirilən layihələr barədə danışıb, turnirin təşklində rolu olan hər kəsə təşəkkürünü bildirib.   Çıxışlardan sonra qalib komandalar və turnirin hakimləri təltif olunub, onlara kubok, hədiyyələr təqdim edilib.   Sonda xatirə şəkili çəkdirilib.   Qeyd edək ki, 2021-ci ilin may-iyun aylarında Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsi, Azərbaycan Məktəb İdmanları Federasiyasının birgə əmrinə əsasən keçirilən turnirin məqsədi şəhidlərimizin xatirəsini əbədiləşdirmək, onların xatirəsini yad etmək, yeniyetmələr arasında vətənpərvərlik hissini gücləndirmək, şagirdləri sağlam həyat tərzinə istiqamətləndirmək, onların asudə vaxtının səmərəli təşkil etməkdən ibarət olub. Turnirin proqramına uyğun olaraq Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən bütün rayon və şəhər ümumi təhsil müəssisələrinin şagirdləri mini futbol (13-14 yaş), atletika (13-14 yaş), voleybol (oğlanlar, 14-15 yaş), basketbol (oğlanlar,14-15 yaş) idman növləri üzrə yarışlarda mübarizə aparıblar.   Olimpiya sistemi ilə təşkil olunan, zona və final mərhələsindən ibarət olan yarışlarda qeyd olunan idman növləri üzrə 2500-dək məktəbli iştirak edib.

Müəllimlərin işə qəbulu üzrə test imtahanlarında iştirak edəcək namizədlərin nəzərinə!

Müəllimlərin işə qəbulu üzrə müsabiqədə faktiki yaşayış yerini Mingəçevir, Naftalan, Yevlax şəhəri, Goranboy və Ağdaş rayonu qeyd etmiş namizədlər üçün test imtahanı mərhələsinin Mingəçevir şəhər Texniki Humanitar Liseyində keçirilməsi nəzərdə tutulmuşdu. İyulun 2-də Mingəçevir şəhər Telekommunikasiya qovşağında baş vermiş qəza ilə əlaqədar olaraq 5-9 iyul tarixlərində Mingəçevir şəhər Texniki Humanitar Liseyində keçiriləcək imtahana dəvət edilmiş namizədlərin imtahan məkanı və saatlarında dəyişiklik edilib.    Namizədlərin imtahan verəcəyi yeni məkan və saatla bağlı müvafiq məlumatlar onların şəxsi səhifələrinə göndərilib.    Namizədlərdən şəxsi səhifələrinə daxil olaraq yenilənmiş məlumatlarla tanış olmaları xahiş olunur.

“Mən Azərbaycanlıyam” milli bilik yarışmasının qalibləri mükafatlandırılıb

İyulun 2-də “Mən Azərbaycanlıyam” milli bilik yarışmasının X yubiley mövsümünün qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.    Tədbirdə gənclər və idman nazirinin müavini İntiqam Babayev, təhsil nazirinin müavini Firudin Qurbanov, nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Rövşən Rüstəmov, Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin sədr müavini Rafiq Həşimov və Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru Fuad Hacıyev çıxış edərək layihənin əhəmiyyətindən danışıblar və qalibləri təbrik ediblər.    Qeyd edilib ki, 2010-cu ilin fevral ayından Gənclər və İdman Nazirliyi tərəfindən “MZ Production“ MMC, Təhsil Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti ilə birgə “Azərbaycanımızı tanıyaq və tanıdaq!” şüarı altında keçirilən “Mən Azərbaycanlıyam“ milli bilik yarışması 2020-2021-ci illərdə də pandemiya qaydalarına uyğun olaraq davam etdirilib, çoxsaylı iştirakçı arasından 40 qalib seçilib.    Layihənin əsas məqsədi gənclərə Azərbaycanın tarixini, mədəniyyətini, coğrafiyasını tanıtmaq və onları milli-mənəvi dəyərlərimizə hörmət ruhunda tərbiyə etmək sahəsində məqsədyönlü işin aparılmasıdır.     Layihə gənclərin vətənpərvərlik tərbiyəsində müstəsna əhəmiyyət kəsb edib və böyük maraqla qarşılanıb.    Daha sonra 40 qalib, o cümlədən layihənin 10-cu mövsümünün I, II və III yerinin qalibləri təşkilatçılar tərəfindən mükafatlandırılıb.   Tədbir musiqi proqramı ilə başa çatıb.  

“Məktəb inspektoru” olmaq istəyənlərin nəzərinə!

Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən “Məktəb inspektoru” vəzifəsi üzrə elan edilən müsabiqə davam edir.     Sözügedən vakansiya üzrə müraciətlərin qəbulu 10 iyul tarixinədək davam edəcək. Müraciət etmək istəyən şəxslər TKTA-nın rəsmi internet səhifəsinə (www.tkta.edu.az) daxil olub vakansiya tələbləri ilə tanış olduqdan sonra məlumatlarını göndərə bilərlər.   Qeyd edək ki, layihənin məqsədi məktəblərdə tədrisin keyfiyyətini yüksəltmək, o cümlədən, məktəb-şagird-valideyn əlaqələrini daha da gücləndirərək, sağlam və keyfiyyətli təhsil mühiti formalaşdırmaqdır.  

Xaricdə doktorantura təhsilinə sənəd qəbulu davam edir

“2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində 2021-ci ilin payız semestri üçün xaricdə doktorantura təhsilinə sənəd qəbulu 31 iyul tarixinədək davam edəcək. Sənəd qəbulunda nüfuzlu xarici ali təhsil müəssisələrində doktorantura səviyyəsi üzrə təhsil almaq istəyən və ya təhsil alan Azərbaycan Respublikası vətəndaşları iştirak edə bilərlər.  Proqram prioritet ixtisas istiqamətləri üzrə doktoranturaya qəbul olmağa hazırlaşan və hazırda müvafiq sahələr üzrə doktorantura səviyyəsində təhsil alan namizədlər üçün nəzərdə tutulub. Proqram iştirakçılarının təhsilinin maliyyələşdirilməsi Azərbaycan Respublikası Dövlət Neft Fondu tərəfindən həyata keçirilir.   Sənəd qəbuluna dair digər məlumat və şərtlərlə elan vasitəsilə tanış olmaq mümkündür. Əlavə suallar olduqda maraqlanan namizədlər FAQ/MVS və ya dpinfo@edu.gov.az elektron poçt ünvanına müraciət edə bilər.   

Yeniyetmə idmançılardan Avropa çempionatında yüksək nəticə

Almaniyanın Dortmund şəhərində keçirilən sərbəst güləş üzrə gənclərin Avropa çempionatında milli yığma komandanın tərkibində Təhsil Nazirliyinin tabeliyindəki uşaq-gənclər idman-şahmat məktəblərinin yetirmələri uğurla çıxış ediblər.    “Təhsil”  Respublika İdman Mərkəzinin Gəncə şəhər 1 nömrəli uşaq-gənlər idman-şahmat məktəbinin yetirməsi Turan Bayramov və Abşeron rayon uşaq-gənlər idman-şahmat məktəbinin yetirməsi Kənan Heybətov bütün rəqiblərinə qalib gələrək Avropa çempionu olub.    Abşeron rayon uşaq-gənlər idman-şahmat məktəbinin digər yetirməsi Aydın Əhmədov isə Avropa çempionatının gümüş medalına layiq görülüb.

Test imtahanı mərhələsinin tarixləri şəxsi səhifələrə göndərildi

Müəllimlərin işə qəbulu müsabiqəsi üzrə elektron ərizəsi qəbul edilmiş namizədlərin şəxsi səhifələrinə müsabiqənin keçiriləcəyi tarix və imtahan mərkəzi barədə məlumatlar göndərilib.   Növbəti tədris ili üçün keçiriləcək müsabiqədə 59 171 namizədin elektron ərizəsi qəbul edilib. Onlardan 18 nəfəri ümumi təhsil müəssisələrində ixtisası üzrə fasiləsiz 10 il müddətsiz müqavilə ilə müəllimlik fəaliyyəti göstərmiş və 3 ildən az müddətə işdən ayrılmış, bilik və bacarıqların diaqnostik qiymətləndirilməsində iştirak etmiş şəxslərdir. Onlar qiymətləndirmə nəticələrinə uyğun olaraq müəllimlərin işə qəbulu müsabiqəsinin birbaşa vakansiya seçimi mərhələsində iştirak edəcəklər.   Müsabiqənin test imtahanı mərhələsində iştirak üçün 59 153 namizədə dəvət göndərilib.   İmtahanda iştirak edəcək namizədlərin şəxsi səhifələrində qeyd olunan təlimatla tanış olmağı tövsiyə olunur.   Müsabiqə iştirakçılarına uğurlar arzulayırıq!

Təhsil Nazirliyi “Məşğulluq marafonu”na qoşulub

Təhsil Nazirliyi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən başladılan “Məşğulluq marafonu”na qoşulub.   “Qəhrəmanlarımızın məşğulluğuna birgə dəstək olaq!” devizi altında keçirilən marafon çərçivəsində Təhsil Nazirliyi tərəfindən mövcud olan və ya yeni yaradılan vakansiyalar barədə məlumatlar müvafiq elektron platformaya daxil ediləcək. Həmin vakansiyalar şəhidlərimizin ailə üzvlərinin, müharibədə yaralanmış qazilərimizin iş yerləri ilə təminatı üçün istifadə olunacaq.   Qeyd edək ki, şəhid və qazi ailəsi üzvlərinin sosial müdafiəsinin, məşğulluğunun təmin edilməsi məqsədilə cari ilin 28 yanvar tarixindən etibarən Təhsil Nazirliyi sisteminə daxil olan dövlət ümumi təhsil müəssisələrində müvafiq vakansiyalara işə qəbul prosesi dayandırılıb və həmin kateqoriyadan olan şəxslərə üstünlük verilməsi üçün tədbirlər həyata keçirilib.   İndiyədək Təhsil Nazirliyinə şəhid, qazi və Vətən müharibəsi iştirakçılarının ailə üzvləri tərəfindən işə qəbulla əlaqədar müraciətlər araşdırıldıqdan və vakant yerlərlə bağlı həmin şəxslərlə əlaqə saxlanılaraq rəylər alındıqdan sonra 450-dən çox müraciət müsbət həllini tapıb.

21/02/2022

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz

Ətraflı
21/02/2022

#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV

Ətraflı
21/02/2022

19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb

Ətraflı