• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

2020-2021-ci tədris ili üzrə Macarıstanda təqaüd proqramı

Macarıstan 2020-2021-ci tədris ili üçün təqaüd proqramı elan edir. Təqaüd proqramı Azərbaycan Respublikası Təhsil Nazirliyi və Macarıstan İnsan Resursları Nazirliyi arasında 7 dekabr 2017-ci il tarixində imzalanmış “2018-2020-ci illər üzrə İş Proqramı”na əsasən həyata keçirilir. Proqram Azərbaycan vətəndaşlarına müəyyən olunmuş ixtisaslar üzrə Macarıstanda təqaüd hesabına təhsil almaq imkanı yaradır. Proqram çərçivəsində Macarıstan tərəfindən hər il 200 Azərbaycan vətəndaşı üçün təqaüd ayrılacağı nəzərdə tutulub. Təqaüd proqramına sənəd qəbulu  3 yanvar 2020-ci il saat 23:59-a kimi aparılacaq.  Tələbələrin təqaüd proqramına qəbulu ilə bağlı Macarıstan tərəfinin (TPF) yekun qərarının 2020-ci ilin iyun-iyul ayları ərzində təqdim olunması gözlənilir. Təqaüd proqramı çərçivəsində təhsilə dair əlavə məlumatIarla elan vasitəsilə tanış ola bilərsiniz.  

Kimya-biologiya təmayüllü Respublika liseyinin yaradılmasının 50 illik yubileyi qeyd edilib

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Kimya-biologiya təmayüllü Respublika liseyinin yaradılmasının 50 illik yubileyi qeyd olunub. Tədbir Azərbaycan Milli Konservatoriyasının tərkibində Respublika İncəsənət Gimnaziyasının xor kollektivinin ifasında dövlət himninin səsləndirilməsi ilə başlanıb. Daha sonra liseyin 50 illik tarixini və fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub. Təhsil Nazirliyinin Aparat rəhbəri Muxtar Məmmədov yubiley münasibətilə məktəbin kollektivini təbrik edərək ölkəmizdə elm və təhsilə göstərilən diqqət və qayğıdan söhbət açıb. O, Prezident İlham Əliyevin təhsil sahəsində imzaladığı sərəncamlarla Azərbaycan təhsilində həyata keçirilən islahatlar nəticəsində yüksək nailiyyətlər əldə olunduğunu diqqətə çatdırıb. Bildirilib ki, Azərbaycanın təhsil müəssisələri arasında özünəməxsus yer tutan liseyin özəlliyi onun internat tipli olmasındadır. Liseydə yüksək təhsillə yanaşı, şagirdlərin milli dəyərlərə sadiqlik və vətənpərvərlik ruhunda tərbiyəsinə xüsusi önəm verilir. Bu da onların gələcəkdə ölkəmizin hüdudlarından kənarda Azərbaycan elmini layiqincə təmsil etmələrinə şərait yaradacaq. Tədbirdə liseyin direktoru Kamran Rəhimov rəhbərlik etdiyi təhsil müəssisəsinin yaranma tarixindən və fəaliyyətindən söz açıb. Qeyd olunub ki, 1969-cu ilin iyul ayında ulu öndər Heydər Əliyevin Azərbaycanda rəhbərliyə gəlməsi ilə ölkəmizin inkişafında yeni bir tarixi mərhələ açıldı. Bu dövrdə təhsil sahəsində də böyük uğurlara imza atıldı. Kimya-biologiya təmayüllü Respublika liseyi də həmin ildə açıldı. Ölkəmizin aparıcı təhsil müəssisələrindən biri kimi fəaliyyətə başlayan məktəb tezliklə uğurlar əldə edə bildi. Sonrakı dövrlərdə də imicini qoruyub saxlamağa müvəffəq oldu. K.Rəhimov qeyd edib ki, respublikanın hər yerindən istedadlı şagirdlərin təhsil almaları üçün liseyin Şirvan və Şəkidə filialları açılıb. Kimya-biologiya təmayüllü Respublika Liseyinin tədris korpusu əsaslı təmir olunaraq, burada müasir laboratoriyalar yaradılıb. Liseyin yataqxana binası isə təmirdən sonra şagirdlərin ixtiyarına verilib. Burada şagirdlərə daha yaxşı biliklər verilməsi üçün əlverişli şərait yaradılıb. Lisey şagirdlərinin respublika fənn olimpiadalarında və ali təhsil müəssisələrinə qəbul imtahanlarında yüksək nəticələr əldə etdiyini vurğulayan direktor savadlı kadrlar yetişdirərək gələcəkdə daha böyük uğurlara imza atacaqlarına əminliyini bildirib. Sonra liseyin təhsil həyatında xidməti olan əməkdaşları mükafatlandırılıb. Tədbirdə Milli Məclisin deputatı Azər Badamov, Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin sədri, professor Kamran Musayev və başqaları məzunu olduqları liseyin ümumtəhsil məktəbləri arasında sayılıb-seçilən təhsil ocaqlarından biri olduğunu vurğulayıblar. Qeyd edilib ki, liseyin məzunları təkcə respublika daxilində deyil, ölkə hüdudlarından kənarda da uğurlara imza atıblar. Respublika iqtisadiyyatının hər bir sahəsində, dövlət idarəetmə strukturlarında çalışan bu şəxslər ölkəmizin müstəqilliyinin möhkəmləndirilməsində və inkişafında əməklərini sərf ediblər. Yubiley tədbiri bədii hissə ilə sona çatıb.   AZƏRTAC

“Məktəbimizdə” - fotorubrika

Təhsil Nazirliyinin “Məktəbimizdə” fotorubrikası davam edir. Budəfəki görüntülər Ağstafa şəhəri Ə.Hüseynov adına 1 nömrəli tam orta məktəbdəndir. Sözügedən ümumtəhsil məktəbinin əsası 1949-cu ildə qoyulub. Yarandığı gündən rayonun təhsil sahəsində müstəsna xidmətləri olan ümumi təhsil müəssisəsində hazırda 942 şagird təhsil alır. Ötən tədris ilində məktəbin 53 nəfər məzunu olub. Onlardan 23 nəfəri ali, 5 nəfəri isə orta ixtisas təhsili müəssisələrinə qəbul olunub. Ali məktəbə qəbul olunan məzunlardan 1 nəfəri 600-dən, 5 nəfəri isə 500-dən yuxarı bal toplayıb. Məktəbin şagirdləri 2018-2019-cu tədris ilində Məktəblilərin Respublika Yaradıcılıq Festivalında dram nominasiyası üzrə 1-ci yerə layiq görülüb.  "Məktəbimizdə" rubrikasının məqsədi ümumi təhsil müəssisələrində tədris prosesinin bir gününü diqqətə çatdırmaqdır.  

Daha bir beynəlxalq nailiyyət

Bolqarıstanın Shumen şəhərində XI İnformatika üzrə beynəlxalq payız turniri (XI International Autumn Tournament in İnformatics) keçirilib. Bolqarıstan, Serbiya, Rumıniya, Rusiya, Ukrayna və daha bir neçə ölkənin təmsil olunduğu olimpiadaya Azərbaycan məktəbliləri də qatılıblar. Yarışda iştirak edən məktəblimiz Əziz Hüseynov uğurlu nəticə göstərərək gümüş medal qazanıb. O, Gəncə şəhəri 15 nömrəli tam orta məktəbin şagirdidir. Qeyd edək ki, informatika fənni üzrə beynəlxalq olimpiadalara hazırlıq prosesi “Azercell Telecom” şirkətinin dəstəyi ilə həyata keçirilir.

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində memorandumların imzalanması mərasimi

Noyabrın 22-də Azərbaycan-Fransa Ticarət və Sənaye Palatasına üzv şirkətlərlə Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi arasında əməkdaşlıq imkanlarının genişləndirilməsi məqsədilə tədbir keçirilib. Tədbirdə Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Pərviz Yusifov, Azərbaycan-Fransa Ticarət və Sənaye Palatasının idarə heyətinin üzvləri, Fransanın Azərbaycandakı səfirliyinin əməkdaşı və Mərkəzin nümayəndələri iştirak ediblər. Mərkəzin rəhbərliyi qonaqlara müəssisə haqqında ətraflı məlumat verərək aparılan islahatlar, Mərkəzin strateji inkişaf hədəfləri haqda danışıb. Qeyd olunub ki, Mərkəzdə tədris edilən nəzəri və praktiki dərslər ölkə iqtisadiyyatının əsas inkişaf prioritetinə uyğun olaraq səkkiz istiqamətdə aparılır. Tədbir zamanı tərəflər arasında gələcək əməkdaşlığın istiqamətləri müzakirə olunub. Həmçinin tələbələrin təcrübə-istehsalat proqramları, istedadların aşkar edilməsi, müvafiq sahələrdə onların inkişafına şərait yaratmaq, fərqli yaş qruplarından olan şəxslər üçün ömürboyu təhsil imkanları və bu məqsədlərə nail olmaq üçün sənaye qurumları ilə məqsədyönlü əməkdaşlığın Mərkəzin əsas hədəfləri sırasında yer aldığı vurğulanıb. Görüşün sonunda Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi ilə Azərbaycan-Fransa Ticarət və Sənaye Palatasına üzv şirkətlər arasında yer alan “Sigma Technical Services”, “Suez”, “ALSTOM” kimi nüfuzlu şirkətlərlə əməkdaşlıq memorandumları imzalanıb. Qeyd edək ki, Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi beynəlxalq təhsil standartlarına əsaslanan, qlobal sənaye ehtiyaclarına cavab verən, rəqabətqabiliyyətli kadr hazırlığını həyata keçirən peşə təhsili müəssisəsidir. Ən müasir maddi-texniki baza ilə təchiz edilən Mərkəzdə tədris prosesi Koreyada təlim keçmiş gənc mütəxəssislər tərəfindən aparılır.

Məktəblilərin Bakı şəhər birinciliyinin rayondaxili mərhələsi

“Olimpiya hərəkatı” layihəsi çərçivəsində məktəblilərin Bakı şəhər birinciliyinin rayondaxili mərhələsinə start verilib. Təhsil, Gənclər və İdman nazirliklərinin və Milli Olimpiya Komitəsinin tərəfdaşlığı ilə təşkil olunan yarışlarda məktəbdaxili mərhələnin yekunlarına əsasən, badminton idman növü üzrə 252, həndbol üzrə 233, veloidman üzrə 247 məktəb komandası mübarizə aparır. 19 dekabr tarixinədək davam edən rayondaxili mərhələnin yarışlarında hər idman növü üzrə I yeri tutan məktəb komandası final mərhələsinə vəsiqə qazanacaq. Qeyd edək ki, birinciliyin keçirilməsində məqsəd məktəblilər arasında Olimpiya hərəkatını təşviq etmək, təhsil müəssisələri ilə idman federasiyaları arasında əməkdaşlığı gücləndirmək, ümumi təhsil müəssisələrində fiziki tərbiyə fənninə marağı artırmaq, olimpiya idman komplekslərindən səmərəli istifadəni təşkil etmək və hədəf idman növləri üzrə kütləviliyi artırmaqdan ibarətdir.

Təhsil naziri Ceyhun Bayramov valideynlərlə görüşüb

Noyabrın 22-də Təhsil naziri Ceyhun Bayramov Bakı şəhəri 72 nömrəli məktəb-liseydə bir qrup valideynlə görüşüb. Təhsil naziri ümumi təhsil müəssisələrində məktəb proqramının yüklülüyü, şagird sıxlığı, növbəlilik, şagirdlər və şagird-müəllim-valideyn arasında olan münasibətlər, yeməkxanalara nəzarət və məktəbin fəaliyyəti ilə bağlı digər məsələləri valideynlərlə müzakirə edib. Ceyhun Bayramov müvafiq istiqamətlərdə nazirlik tərəfindən həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verib. Nazir həmçinin məktəb-valideyn əməkdaşlığı, uşaqların tədris nailiyyətlərində valideynlərin rolu, məktəbdənkənar fəaliyyətin önəmini xüsusi vurğulayıb. Görüşdə nazir valideynləri maraqlandıran sualları cavablandırıb, onların rəy və təkliflərini dinləyib. Qeyd edək ki, yeni tədris ilindən Təhsil naziri məktəblərdə valideynlərlə mütəmadi görüşlər keçirir.  

Moskvada 10-cu Rusiya-Azərbaycan Regionlararası Forumu işə başlayıb

Noyabrın 22-də Rusiya Federasiyasının Moskva şəhərində 10-cu Rusiya-Azərbaycan Regionlararası Forumu işə başlayıb. Forum çərçivəsində Azərbaycan-Rusiya və Rusiya-Azərbaycan işgüzar şuralarının geniş iclası, sənaye, turizm, kənd təsərrüfatı və humanitar sahələr üzrə “Dəyirmi masa”lar təşkil edilib.           “Humanitar sahədə əməkdaşlıq” mövzusunda təşkil olunan “Dəyirmi masa”da moderator qismində Azərbaycan tərəfindən Təhsil nazirinin müavini Firudin Qurbanov, Rusiya tərəfindən isə Maarif nazirinin birinci müavini Pavel Zenkoviç çıxış edib.  İclasda çıxış edən Firudin Qurbanov Azərbaycanla Rusiya arasında əlaqələrin inkişafında humanitar sahənin rolundan danışıb. O, Rusiya Federasiyası ilə təhsil sahəsində əməkdaşlığın cari vəziyyəti barədə məlumat verib. Nazir müavini Azərbaycanda rus dilinə göstərilən qayğını xüsusi vurğulayaraq bu dilin tədrisinin qorunub saxlanması və inkişafı, o cümlədən rus dilində təhsil almaq imkanlarının genişləndirilməsi üçün ölkəmizdə Təhsil Nazirliyi tərəfindən müvafiq işlərin görüldüyünü qeyd edib. Firudin Qurbanov bildirib ki, ölkədə tədris rus dilində aparılan 338 məktəb fəaliyyət göstərir ki, bu məktəblərdə 130 mindən çox şagird təhsil alır. Bununla yanaşı, üç mindən çox məktəbdə rus dili xarici dil kimi tədris olunur. Məktəblilər arasında rus dilinə olan marağın artdığını vurğulayan nazir müavini 2008-ci ildən etibarən Təhsil Nazirliyinin dəstəyi ilə hər il ənənəvi olaraq keçirilən rus dili və ədəbiyyatı üzrə Respublika olimpiadası barədə məlumat verib. Rus dilinin tədris dili kimi ali təhsil müəssisələrində də geniş istifadə olunduğunu qeyd edən Firudin Qurbanov iki ölkə arasında ali təhsil sahəsində əməkdaşlığın inkişafı, Rusiya-Azərbaycan Ali Təhsil Müəssisələri Assosiasiyasının fəaliyyəti barədə məlumat verib. Sözügedən “Dəyirmi masa”da Gənclər və İdman nazirinin müavini İntiqam Babayev, AMEA-nın vitse-prezidenti İbrahim Quliyev, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru Mustafa Babanlı, Mədəniyyət Nazirliyinin Aparat rəhbəri Fikrət Babayev, Gəncə Dövlət Universitetinin elm və texnika üzrə prorektoru, millət vəkili Pərvin Kərimzadə, Əmək və Əhalinin Sosial müdafiəsi nazirinin müşaviri Çingiz Əliyev və Azərbaycan Dillər Universitetinin  Rusiyaşünaslıq elmi-tədqiqat laboratoriyasının müdiri Məmməd Əliyev çıxış edib.             Tədbirdə həmçinin Azərbaycanın digər ali təhsil müəssisələrinin nümayəndələri də iştirak edib.

Nazir müavini Məhəbbət Vəliyeva Tərtər rayonunda

Noyabrın 22-də Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva təhsilin vəziyyəti və tədris prosesi ilə yaxından tanış olmaq məqsədilə Tərtər rayonuna səfər edib. Məhəbbət Vəliyeva səfər çərçivəsində Tərtər şəhəri 1 nömrəli tam orta məktəbdə olub. Nazir müavini məktəbin müəllimləri ilə görüşüb, eyni zamanda təhsil ocağının şəraiti ilə tanış olub və dərs prosesini izləyib. Məhəbbət Vəliyeva tədris prosesində interaktiv təlim metodlarından istifadənin vacibliyi və əhəmiyyətini diqqətə çatdırıb. Həmçinin "British Council” təşkilatının və Təhsil Nazirliyinin dəstəyi ilə Laçın Rayon Çaylı kənd tam orta məktəbinin nəzdində təsis edilən ingilisdilli Resurs və Təlim Mərkəzinin açılışı baş tutub. Bildirilib ki, əlavə olaraq  Zaqatala, Beyləqan və Bərdədə yerləşən məcburi köçkünlərin təhsil aldığı məktəblərdə də belə Resurs və Təlim Mərkəzlərinin yaradılması planlaşdırılır. “Resurs və Təlim Mərkəzləri" proqramı gənclərin gələcəkdə təhsil və karyera yolunda daha yaxşı imkanlara sahib olması məqsədilə bacarıqlarının inkişaf etdirilməsinə istiqamətlənmiş üç illik proqramdır. Daha sonra Tərtər rayon Gənclər Mərkəzində gənc müəllimlərlə görüş keçirilib. Görüş zamanı təhsilin keyfiyyətinin yüksəldilməsi, inkişafı üçün atıla biləcək ən uğurlu addımlar müzakirə edilib. Görüşdə iştirakçıların rəyləri dinlənilib, sualları cavablandırılıb.

Şahmat üzrə respublika birinciliyinin final mərhələsi

Ağsu rayon Uşaq-Gənclər İdman-Şahmat Məktəbində “Təhsil” Respublika İdman Mərkəzinin şahmat üzrə respublika birinciliyinin final mərhələsinə start verilib. Final mərhələsi 6 yaş qrupu, 12 kateqoriya (6, 8, 10, 12, 14, 16 yaşadək oğlan və qızlar) üzrə keçirilir. Yarışlarda 5 zona üzrə hər yaş qrupunda I, II yeri tutmuş şahmatçılar, final mərhələsinə birbaşa vəsiqə qazanmış Dünya, Avropa, Respublika çempionatının medalçıları olmaqla 176 şahmatçı mübarizə aparır. Yarışların nəticələri www.tehsilchess.az internet saytında yerləşdirilir. Qaliblər “Təhsil” Respublika İdman Mərkəzinin medal və diplomları ilə təltif ediləcək. Ümumilikdə bütün mərhələlər üzrə uşaq-gənclər idman-şahmat məktəblərinin 58 şahmat bölməsindən 4500-ə yaxın şahmatçı iştirak edir. Şahmat üzrə respublika birinciliyinin final mərhələsi noyabrın 27-də yekunlaşacaq. Qeyd edək ki, birinciliyin keçirilməsində məqsəd Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən uşaq-gənclər idman-şahmat məktəblərinin perspektivli şahmatçılarını aşkar etmək, mərkəzin yığma komandasını formalaşdırmaq, idmançıların oyun təcrübəsini artırmaqdan ibarətdir.

21/02/2022

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz

Ətraflı
21/02/2022

#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV

Ətraflı
21/02/2022

19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb

Ətraflı