• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Daha bir beynəlxalq nailiyyət

Bolqarıstanın Shumen şəhərində XI İnformatika üzrə beynəlxalq payız turniri (XI International Autumn Tournament in İnformatics) keçirilib.

Bolqarıstan, Serbiya, Rumıniya, Rusiya, Ukrayna və daha bir neçə ölkənin təmsil olunduğu olimpiadaya Azərbaycan məktəbliləri də qatılıblar. Yarışda iştirak edən məktəblimiz Əziz Hüseynov uğurlu nəticə göstərərək gümüş medal qazanıb. O, Gəncə şəhəri 15 nömrəli tam orta məktəbin şagirdidir.

Qeyd edək ki, informatika fənni üzrə beynəlxalq olimpiadalara hazırlıq prosesi “Azercell Telecom” şirkətinin dəstəyi ilə həyata keçirilir.


6 il əvvəl