• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Nazir müavini Məhəbbət Vəliyeva Tərtər rayonunda

Noyabrın 22-də Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva təhsilin vəziyyəti və tədris prosesi ilə yaxından tanış olmaq məqsədilə Tərtər rayonuna səfər edib.

Məhəbbət Vəliyeva səfər çərçivəsində Tərtər şəhəri 1 nömrəli tam orta məktəbdə olub. Nazir müavini məktəbin müəllimləri ilə görüşüb, eyni zamanda təhsil ocağının şəraiti ilə tanış olub və dərs prosesini izləyib. Məhəbbət Vəliyeva tədris prosesində interaktiv təlim metodlarından istifadənin vacibliyi və əhəmiyyətini diqqətə çatdırıb.

Həmçinin "British Council” təşkilatının və Təhsil Nazirliyinin dəstəyi ilə Laçın Rayon Çaylı kənd tam orta məktəbinin nəzdində təsis edilən ingilisdilli Resurs və Təlim Mərkəzinin açılışı baş tutub. Bildirilib ki, əlavə olaraq  Zaqatala, Beyləqan və Bərdədə yerləşən məcburi köçkünlərin təhsil aldığı məktəblərdə də belə Resurs və Təlim Mərkəzlərinin yaradılması planlaşdırılır. “Resurs və Təlim Mərkəzləri" proqramı gənclərin gələcəkdə təhsil və karyera yolunda daha yaxşı imkanlara sahib olması məqsədilə bacarıqlarının inkişaf etdirilməsinə istiqamətlənmiş üç illik proqramdır.

Daha sonra Tərtər rayon Gənclər Mərkəzində gənc müəllimlərlə görüş keçirilib. Görüş zamanı təhsilin keyfiyyətinin yüksəldilməsi, inkişafı üçün atıla biləcək ən uğurlu addımlar müzakirə edilib.

Görüşdə iştirakçıların rəyləri dinlənilib, sualları cavablandırılıb.


6 il əvvəl