• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Şahmat üzrə respublika birinciliyinin final mərhələsi

Ağsu rayon Uşaq-Gənclər İdman-Şahmat Məktəbində “Təhsil” Respublika İdman Mərkəzinin şahmat üzrə respublika birinciliyinin final mərhələsinə start verilib.

Final mərhələsi 6 yaş qrupu, 12 kateqoriya (6, 8, 10, 12, 14, 16 yaşadək oğlan və qızlar) üzrə keçirilir. Yarışlarda 5 zona üzrə hər yaş qrupunda I, II yeri tutmuş şahmatçılar, final mərhələsinə birbaşa vəsiqə qazanmış Dünya, Avropa, Respublika çempionatının medalçıları olmaqla 176 şahmatçı mübarizə aparır. Yarışların nəticələri www.tehsilchess.az internet saytında yerləşdirilir.

Qaliblər “Təhsil” Respublika İdman Mərkəzinin medal və diplomları ilə təltif ediləcək.

Ümumilikdə bütün mərhələlər üzrə uşaq-gənclər idman-şahmat məktəblərinin 58 şahmat bölməsindən 4500-ə yaxın şahmatçı iştirak edir.

Şahmat üzrə respublika birinciliyinin final mərhələsi noyabrın 27-də yekunlaşacaq.

Qeyd edək ki, birinciliyin keçirilməsində məqsəd Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən uşaq-gənclər idman-şahmat məktəblərinin perspektivli şahmatçılarını aşkar etmək, mərkəzin yığma komandasını formalaşdırmaq, idmançıların oyun təcrübəsini artırmaqdan ibarətdir.


6 il əvvəl