• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Məktəblilərin Bakı şəhər birinciliyinin rayondaxili mərhələsi

“Olimpiya hərəkatı” layihəsi çərçivəsində məktəblilərin Bakı şəhər birinciliyinin rayondaxili mərhələsinə start verilib.

Təhsil, Gənclər və İdman nazirliklərinin və Milli Olimpiya Komitəsinin tərəfdaşlığı ilə təşkil olunan yarışlarda məktəbdaxili mərhələnin yekunlarına əsasən, badminton idman növü üzrə 252, həndbol üzrə 233, veloidman üzrə 247 məktəb komandası mübarizə aparır.

19 dekabr tarixinədək davam edən rayondaxili mərhələnin yarışlarında hər idman növü üzrə I yeri tutan məktəb komandası final mərhələsinə vəsiqə qazanacaq.

Qeyd edək ki, birinciliyin keçirilməsində məqsəd məktəblilər arasında Olimpiya hərəkatını təşviq etmək, təhsil müəssisələri ilə idman federasiyaları arasında əməkdaşlığı gücləndirmək, ümumi təhsil müəssisələrində fiziki tərbiyə fənninə marağı artırmaq, olimpiya idman komplekslərindən səmərəli istifadəni təşkil etmək və hədəf idman növləri üzrə kütləviliyi artırmaqdan ibarətdir.


6 il əvvəl