• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Anım Günü ilə bağlı tədbirlər keçirilib

Sentyabrın 27-də Təhsil Nazirliyinin dəstəyi, 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə Anım Gününə həsr olunan “Zəfərə doğru” adlı tədbir keçirilib.

 

Tədbirdə Təhsil Nazirliyinin Məktəbdənkənar fəaliyyətin təşkili şöbəsinin sektor müdiri Qeyrət Şirəliyev, Əməkdar incəsənət xadimi Ziyadxan Əliyev, Vətən müharibəsi iştirakçısı, “Şuşanın azad olunmasına görə” medalla təltif olunan Regional İnkişaf İctimai Birliyinin layihə rəhbəri Orucəli Abbaszadə, II Qarabağ müharibəsinin qazisi, “Cəsur döyüşçü” medalı ilə təltif olunan kapitan Hüseynəli Hüseynəliyev, 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Kəmalə Abdullayeva və Mərkəzin kollektivi iştirak ediblər.

 

Tədbirdə müxtəlif müsabiqələrdə iştirak etmiş Mərkəzin istedadlı yetirmələri, Bakı şəhər ümumtəhsil məktəbləri və uşaq-gənclər inkişaf mərkəzlərinin şagirdləri arasında vətənpərvərlik mövzusunda rəsm müsabiqəsi təşkil edilib. Mərkəzin dərnək üzvləri vətənə və şəhidlərə həsr olunmuş şeir kompozisiyaları və musiqi nömrələri ilə çıxış ediblər.

 

Sonda müsabiqənin qalibləri 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin diplom və hədiyyələri ilə təltif olunub.

 

***

 

Sentyabrın 27-də Anım Gününə həsr olunmuş Respublika şahmat turnirinə start verilib.

 

Yarışlarda Təhsil Nazirliyinin sistemində fəaliyyət göstərən uşaq-gənclər idman-şahmat məktəblərindən 50-yə yaxın şahmatçı mübarizəyə qoşulub.

 

Turnirin açılış mərasimində Vətən müharibəsi şəhidlərinin xatirəsi yad edilib, idmançılara Anım Günü, 44 günlük Vətən müharibəsi barədə ətraflı məlumat verilib, videoçarx nümayiş etdirilib. Üç gün davam edəcək turnirin sonunda yaş qrupları üzrə qaliblər diplom və medalla təltif ediləcəklər.

 

21-23 sentyabr 2021-ci il tarixlərində Sumqayıt şəhər 1 nömrəli ixtisaslaşdırılmış olimpiya ehtiyatları uşaq-gənclər idman-şahmat məktəbinin futbol idman növü üzrə açıq birinciliyi keçirilib. Birincilikdə 2009-2010-cu il təvəllüdlü idmançılardan ibarət 8 komanda olmaqla 130-a yaxın idmançı iştirak edib.

 

Mükafata layiq yerləri tutmuş komandalar diplom, medal və kubokla təltif edilib. 

 

24-27 sentyabr 2021-ci il tarixlərində Şirvan şəhər Uşaq-gənclər idman-şahmat məktəbinin boks idman növü üzrə birinciliyi keçirilib.

 

Birincilikdə Uşaq-gənclər idman-şahmat məktəbinin 70-ə yaxın idmançısı mübarizə aparıb. Yarışda I, II, III yerləri tutan idmançılar diplom və medal ilə təltif edilib.

 

 

***

 

 Sentyabrın 27-də Anım Günü ilə əlaqədar 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə Xətai Sənət Mərkəzində “Qarabağ, torpağım mənim!” adlı ədəbi-bədii kompozisiyalı tədbir keçirilib.

 

Tədbirin əsas məqsədi II Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizin xatirəsini ehtiramla yad etmək, uşaq və gənclər arasında vətənə, torpağa məhəbbət hissini artırmaq, hərbi-vətənpərvərlik ruhunu təbliğ etməkdən ibarət olub.

 

Əvvəlcə tədbirdə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

Tədbirdə çıxış edən Vətən müharibəsi qaziləri Həsən Yaqubov və Ülvi Qədir müharibə xatirələri barədə iştirakçılara ətraflı məlumat veriblər.

 

Daha sonra dərnək üzvlərinin ifasında vətənpərvərlik ruhunda səhnəciklər, rəqs və mahnılar təqdim olunub.

 

Sonda isə dərnək üzvlərinin çəkdikləri rəsmlərdən ibarət sərgiyə baxış keçirilib.

 

***

Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi tərəfindən sentyabrın 27-də Anım Gününə həsr olunmuş "dəyirmi masa" keçirilib.

 

Tədbirdə II Vətən müharibəsi qaziləri gizir Elvin Vəliyev, gizir Nazim Məmmədov, müxbir siyasi şərhçi Nicat Hacıyev, müxbir Kəmalə Əliyeva və Mərkəzin 50 dərnək rəhbəri iştirak edib.

 

Tədbirdə II Vətən müharibəsi qazisi, gizir Elvin Vəliyev qazanılan möhtəşəm qələbədən danışıb, uşaqların vətənpərvərlik ruhunda böyüməsi, onlarda vətənpərvərlik hislərinin aşılanması məqsədi ilə məktəbdənkənar təhsil müəssisələrinin tədris proqramlarına Hərbi Qənimətlər Parkına, hərbi hissələrə mütəmadi ekskursiyaların təşkil olunmasını, qazilər və zabitlərlə görüşlərin keçirilməsini təklif edib. Aprel döyüşlərinin və II Vətən müharibəsinin qazisi Nazim Məmmədov aprel döyüşlərinin qələbəyə aparan ilk addım olduğunu qeyd edib və 44 günlük müharibə haqda təəssüratlarını tədbir iştirakçıları ilə bölüşüb. Daha sonra müxbir siyasi şərhçi Nicat Hacıyev öz çıxışında informasiya müharibəsinin məqamlarından danışıb. Vətən müharibəsi ərzində xalqımıza düzgün məlumatların çatdırılmasının vacibliyini vurğulayaraq cəbhə bölgəsində apardığı reportajlar haqqında ətraflı məlumat verib.

 

Sonra qonaqlar "dəyirmi masa" iştirakçılarının suallarını cavablandırıb.


3 il əvvəl