• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Anım Gününə həsr olunan “Qürur tariximiz” adlı tədbir keçirilib

Sentyabrın 27-də Təhsil Nazirliyinin dəstəyi, 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə Anım Gününə həsr olunan “Qürur tariximiz” adlı tədbir keçirilib.

 

Tədbirin keçirilməsində məqsəd Vətən müharibəsi şəhidlərinin xatirəsini ehtiramla yad etmək, böyüməkdə olan gənc nəsildə vətənə, torpağa məhəbbət hissini artırmaq, hərbi-vətənpərvərlik ruhunu təbliğ etmək, milli-mənəvi dəyərlərimizi qorumaq, uşaqların yaradıcılıq qabiliyyətlərini inkişaf etdirmək və istedadlarını üzə çıxarmaqdan ibarət olub.

 

Tədbirdə təhsil nazirinin müavini Muxtar Məmmədov, Nəsimi rayon İcra Hakimiyyəti başçısının birinci müavini Gülarə Verdiyeva, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Uşaq Problemləri şöbəsinin müdiri Cəmilə Bağırova, Xalq rəssamı Arif Hüseynov, Xalq artisti Nurəddin Mehdixanlı, Bakı Kitab Mərkəzinin direktoru Günel Rzayeva, Firidun bəy Köçərli adına Uşaq Kitabxanasının direktoru Şəhla Qəmbərova, şəhid ailələri, qazilər və digər qonaqlar iştirak edib.

 

Tədbir Dövlət himninin səsləndirilməsi ilə başlayıb, şəhidlərimizin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

 

Tədbirdə çıxış edən təhsil nazirinin müavini Muxtar Məmmədov Ali Baş Komandan Prezident İlham Əliyevin rəhbərliyi ilə müzəffər Milli Ordumuzun 27 sentyabr 2020-ci il tarixindən başlanan əks-hücum əməliyyatları nəticəsində işğal altında olan torpaqlarımızı azad etməklə milli çağdaş tarixinə şanlı səhifə yazdığını tədbir iştirakçılarının bir daha diqqətinə çatdırıb, şəhidlərimizə Allahdan rəhmət diləyib.

 

Daha sonra çıxış edən Nəsimi rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Gülarə Verdiyeva və Xalq artisti Nurəddin Mehdixanlı Vətən müharibəsində ordumuzun göstərdiyi şücaətdən bəhs edərək 27 sentyabr tarixinin ölkəmiz üçün qələbənin başlanğıc tarixi olduğunu bildiriblər.

 

Layihədə mərkəzin bədii qiraət, teatr, rəqs, vokal dərnəyinin istedadlı və fəal uşaqlarının iştirakı ilə ədəbi-bədii kompozisiya baş tutub. Rəsm, dizayner, dekotariv-tətbiqi sənət ilə məşğul olan uşaqlar və gənclər Qarabağ atlarının təsviri olan böyük və kiçik maketlərin üzərində kompozisiyalar işləyib, müxtəlif materiallarda rəsmlər çəkiblər. Həmçinin mərkəzin gənc rəssamlarının vətənpərvərlik mövzusunda çəkdikləri rəsmlərin sərgisi nümayiş etdirilib.


3 il əvvəl