SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
45 min şagird resurs dəstindən faydalanacaq
Yeni tədris ilində ümumi təhsil müəssisələrinin I sinifləri üçün resurs dəsti paylanılıb.
Bu ildən pilot olaraq həyata keçirilən layihə çərçivəsində resurs dəstləri 27 şəhər və rayon üzrə seçilmiş məktəblərə təqdim edilib və ümumilikdə 45 minə yaxın şagirdi əhatə edir. Dəstin paylanılmasında məqsəd siniflərin tədris materiallarına olan ehtiyaclarının təmin edilməsidir.
Bu dəstlər yalnız I siniflər üçün nəzərdə tutulur və A 4, vatman kağızları, təbaşir, marker, qayçı, lövhə üçün transporter, ölçü vahidləri, həndəsə taxtası və digər lazımi vəsaitlər daxildir. Dəstə daxil olan bəzi resurslar tədris il boyu, bəziləri isə hətta 4 il müddətində istifadə oluna bilər.
Qeyd edək ki, məktəblərdə şagird və müəllimlərin lazımi tədris resursları ilə təminatı Təhsil Nazirliyinin əsas fəaliyyət istiqamətlərindəndir. Sözügedən proses növbəti illərdə də davam etdiriləcək. Layihə çərçivəsində 44 günlük Vətən müharibəsi zamanı zərər görmüş bölgələrdəki şagird və müəllimlərin tədrislə bağlı fərdi ehtiyacları xüsusi diqqətdə saxlanılacaq.
3 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
3 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
3 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
3 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
3 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
3 il əvvəl