• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Təhsil naziri Şirvanda dərs prosesini izləyib

Fevralın 9-da təhsil naziri Emin Əmrullayev Şirvan şəhərinə səfəri çərçivəsində pandemiya şəraitində tədris prosesi ilə yaxından tanış olmaq məqsədilə Şirvan şəhər 10 nömrəli tam orta məktəbdə olub.   Nazir həmin məktəbdə müəllim,  şagird və valideynlərlə görüşüb, onlarla səmimi söhbət aparıb. Təhsil naziri həmçinin sözügedən ümumi təhsil  müəssisəsində Azərbaycan və rus bölmələri üzrə VIII siniflərdə dərs prosesini izləyib.      Daha sonra təhsil naziri Şirvan şəhər 21 nömrəli tam orta məktəb üçün inşa olunan yeni tədris binasının tikinti işləri ilə tanış olub. 

Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzində yeni dərzi emalatxanası

Tekstil sektorunda keyfiyyətli kadrların hazırlanması məqsədilə Xidmət Sahələri üzrə Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzində yeni dərzi emalatxanası yaradılıb.   Emalatxana Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi (JİCA) tərəfindən maliyyələşdirilən “Tekstil sektorunda keyfiyyətli kadrların hazırlanması üçün Sumqayıtda peşə təhsili müəssisəsində dərzi emalatxanasının qurulması” mini-qrant layihəsi çərçivəsində yaradılıb. “Dərzi” ixtisası üzrə müasir əmək bazarının tələblərinə cavab verən bilik və bacarıqlara malik kadrların hazırlanması üçün həyata keçirilən layihənin əsas məqsədi gənclərin, xüsusilə qadınların peşə təhsilinə cəlb edilməsi, onların məşğulluq imkanlarının artırılması və qadın sahibkarlığının inkişaf etdirilməsindən ibarətdir.   Layihə çərçivəsində müasir tikiş avadanlıqları ilə təchiz olunan emalatxananın cari ilin fevral ayından etibarən tam istifadəyə verilməsi nəzərdə tutulub. 

Şirvan STEAM mərkəzi ilə tanışlıq

Fevralın 9-da Şirvan şəhəri Kimya-Biologiya Təmayüllü Respublika liseyinin nəzdindəki STEAM mərkəzi ilə tanışlıq olub.   Tədbirdə təhsil naziri Emin Əmrullayev, Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov və tanınmış ictimaiyyət nümayəndələri iştirak edib.   Təhsil naziri Emin Əmrullayev bildirib ki,  Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü və Təhsil Nazirliyinin dəstəyi ilə 2019-2020-ci tədris ilinin əvvəlindən STEAM layihəsinin məktəblərimizdə tətbiqinə başlanılıb. Emin Əmrullayevin sözlərinə görə, STEAM təhsili praktik məşğələlər vasitəsilə elmi, texniki biliklərin gündəlik həyatda tətbiqini şagirdlərə göstərməklə yanaşı, onlara mühəndislik səriştələri öyrədir. Nazir diqqətə çatdırıb ki, mərkəz bütün yaş qruplarının istifadəsi üçün nəzərdə tutulub və STEAM məzmununa uyğun lazımi innovativ texnologiyalarla tam təmin olunub. Mərkəzdə yaradılmış imkanlardan sözügedən liseylə yanaşı, regionun digər məktəblərinin şagird və müəllimləri də istifadə edə bilərlər.   Bildirilib ki, STEAM layihəsinin əsas məqsədi respublikanın ümumtəhsil məktəblərində təhsil alan şagirdlərdə XXI əsr bacarıqlarını – kreativlik, tənqidi düşünmə, əməkdaşlığin inkişaf etdirilməsi, müxtəlif proqramlaşdırma dillərini tətbiq etməklə müasir İKT avadanlıqlarından istifadə edə bilmə qabiliyyətlərini yüksəltməkdir. Layihə hazırda 147 ümumtəhsil məktəbdə tətbiq olunur və 25 000-dən çox şagird, 800 müəllimi əhatə edir.   Qeyd edək ki, Şirvan şəhəri Kimya-Biologiya Təmayüllü Respublika liseyi ilə yanaşı, Təhsil Nazirliyinin tabeliyindəki Bakı Avropa Liseyi, eləcə də Abşeron rayonu Xırdalan şəhəri 3 nömrəli tam orta məktəbin nəzdində STEAM mərkəzi yaradılıb. Gəncə və Quba şəhərlərində isə bu cür mərkəzlərin layihələndirilməsinə başlanılıb. Bu mərkəzlərin sayının 10-a çatdırılması nəzərdə tutulur.  

Tələbələrin 50 faizi dövlət büdcəsi hesabına təqaüd ala biləcək

2020-2021-ci tədris ilində ali təhsil müəssisələrində təhsil alan tələbələrin 50 faizi dövlət büdcəsinin vəsaiti hesabına təqaüd ala biləcəklər.   Belə ki, “Ali təhsil müəssisələrində təqaüd sisteminin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” ölkə Prezidentinin müvafiq sərəncamında təqaüd alan tələbələrin sayının tələbələrin ümumi sayına olan nisbətinin 2020-2021-ci tədris ilindən başlayaraq 50 faizdən az olmayan səviyyəyə çatdırılması nəzərdə tutulub. Bu hədəfin reallaşdırılması üçün təhsil nazirinin müvafiq əmri ilə əlavə təqaüd yerlərinin sayı müəyyən edilib.   2020-2021-ci tədris ili üzrə dövlət büdcəsi hesabına maliyyələşən əlavə təqaüd yerlərinin sayı 20 365-dir ki, əvvəlki tədris ilinə nisbətən 27.3 faiz və ya 4,365 təqaüd yeri çoxdur.  Bununla da, 2020-2021-ci tədris ilində təqaüd alan tələbələrin sayı təhsil alan tələbələrin ümumi sayının 50 faiz nisbətinə çatdırılıb. Cari tədris ilində orta hesabla 93 min tələbə dövlət büdcəsi hesabına təqaüd alacaq.   Dövlət büdcəsi hesabına ayrılan əlavə təqaüd yerləri ölkədə yüksəkixtisaslı, peşəkar kadrların hazırlanmasına dövlət qayğısının artırılmasının bariz nümunəsidir və təhsildə yüksək nəticələr əldə edən tələbələrə təqaüd almaları üçün əlavə imkanlar yaradır.   Qeyd edək ki, Nazirlər Kabinetinin müvafiq Qərarı ilə təsdiq edilmiş “Doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrinin, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsinin tələbələrinə təqaüdlərin təyin olunması və ödənilməsi Qaydası”na əsasən, hər tədris ili üçün təqaüd yerlərinin ümumi sayı dövlət sifarişi və dövlət hesabına əyani və qiyabi təhsilalma formasında təhsilalanların sayının və əlavə təqaüd yerlərinin sayının cəmindən ibarətdir. Əlavə təqaüd yerlərinin ali təhsil müəssisələri arasında bölgüsü hər bir ali təhsil müəssisəsinə qəbul olunmuş təhsilalanların sayının bütün ali təhsil müəssisələrinə qəbul olunmuş təhsilalanların ümumi sayında xüsusi çəkisinə uyğun olaraq müəyyən edilir.

İkili diplom proqramına qəbul

 9 fevral saat 19:00-da  Azərbaycan Dövlət Pedaqoji Universiteti və Corc Vaşinqton Universiteti arasında ikili diplom proqramına 2021-2022-ci tədris ili üçün qəbula dair canlı yayım keçiriləcək.    Canlı yayımı Təhsil Nazirliyinin rəsmi "Facebook" səhifəsi üzərindən izləyə bilərsiniz.

“Virtual məktəb”in imkanlarından geniş istifadə olunur

Müəllim və şagirdlər ölkənin ən iri milli onlayn platforması olan “Virtual məktəb”də tədrisin keyfiyyətli təşkilini, interaktivliyini və fasiləsizliyini təmin edən imkanlardan faydalanmaqdadırlar.    2021-ci il yanvar ayı üzrə statistik göstəricilərə əsasən, platformada ev tapşırığı və qiymətləndirmə modulundan  istifadə edənlər ümumilikdə 1 014 743 nəfər, platformanı Azərbaycan dilində istifadə edənlər 830 159 nəfər, dərslərdə rəqəmsal lövhədən istifadə edənlər 201 771 nəfər, e-poçt xidmətindən istifadə edənlər 343 764 nəfər, e-saxlanc xidmətindən istifadə edənlər isə 224 459 nəfər təşkil edib. Bu dövr ərzində ofis proqramları üzrə isə “Word” proqramından 132 900 nəfər, “Excel” proqramından 30 627 nəfər, “PowerPoint” proqramından isə 65 233 nəfər istifadə edib.  

Təhsil naziri Böyük Britaniyanın Avropa Qonşuluğu və Amerika üzrə dövlət naziri ilə görüşüb

Fevralın 8-də təhsil naziri Emin Əmrullayev Böyük Britaniyanın Avropa Qonşuluğu və Amerika üzrə dövlət naziri Vendi Morton ilə görüşüb.   Görüş zamanı Azərbaycan Respublikası ilə Böyük Britaniya arasında təhsil sahəsində əməkdaşlığın hazırkı vəziyyəti və gələcək inkişaf perspektivləri müzakirə edilib. Tərəflər həmçinin, Britaniya Şurasının dəstəyi ilə ölkəmizdə həyata keçirilən layihələr ətrafında fikir mübadiləsi aparıb.

Tələbələrin köçürülməsi üzrə elektron sənəd qəbulu başa çatıb

Tələbələrin ölkə daxilində və xaricdə yerləşən ali təhsil müəssisələrindən köçürülməsi, yaxud bir ixtisasdan digərinə dəyişdirilməsi, eləcə də ölkəmizdə yerləşən orta ixtisas təhsili müəssisələri tələbələrinin, magistratura səviyyəsində təhsilalanların köçürülməsi üzrə elektron sənəd qəbulu başa çatıb.   Fevralın 1-dən transfer.edu.az portalından 969 nəfər tələbə orta ixtisas təhsil müəssisələrinə köçürülmək üçün qeydiyyatdan keçib. Onlardan 198 nəfəri sorğusunu təsdiq edib. Portal vasitəsi ilə ali təhsil müəssisələrinə köçürülmək üçün  qeydiyyatdan keçənlərin sayı 5990 nəfər olub. Onlardan 2721 nəfəri öz sorğusunu təsdiq edib.   Tələbələr tələb olunan məlumatları daxil etməklə, köçürülmə meyarlarına uyğun gəlib-gəlmədiyini müəyyən edə bilirlər. Nəticələr mart ayında elan olunacaq.   Qeyd edək ki, ötən ildən etibarən Təhsil Nazirliyi və Dövlət İmtahan Mərkəzi ilə birgə fəaliyyət çərçivəsində yaradılan transfer.edu.az portalı tələbələrin köçürülməsi prosesinin sadələşdirilməsinə və şəffaflığın təmin olunması məqsədinə xidmət edir.

Peşə təhsili üzrə teledərslərin 9 fevral cədvəli

Peşə Təhsili üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə "ARB Günəş" telekanalında yayımlanan peşə teledərslərinin 9 fevral tarixi üçün cədvəlini təqdim edirik. Dərslər saat 18:10-da yayımlanacaq.   Qeyd edək ki, teledərsləri Peşə Təhsili üzrə Dövlət Agentliyinin rəsmi "Youtube" (https://bit.ly/2WYaWU9) kanalı ilə yanaşı, "Facebook" (https://bit.ly/34erIjf) səhifəsindən və Təhsil Nazirliyinin videodərslər portalından (https://video.edu.az/) izləmək mümkündür.

İslam İnkişaf Bankından növbəti tədris ili üçün təqaüd imkanları

İslam İnkişaf Bankı 2021-2022-ci tədris ilində müxtəlif təhsil səviyyələri üzrə təhsil üçün təqaüd imkanları elan edir.   Təqaüd proqramına müraciət üçün son tarix 28 fevral 2021-ci il nəzərdə tutulub.   Ətraflı məlumatı elan vasitəsilə əldə edə bilərsiniz.

21/02/2022

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz

Ətraflı
21/02/2022

#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV

Ətraflı
21/02/2022

19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb

Ətraflı