• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Respublika fənn olimpiadaları davam edir

Fevralın 11-də 2020-2021-ci tədris ili üçün fizika, coğrafiya, biologiya və informatika fənləri üzrə Respublika fənn olimpiadaları keçirilir.   Olimpiadalar ölkənin bütün rayon və şəhərlərində yaradılan 80 müxtəlif mərkəzdə təşkil edilib.   Qeyd edək ki, 12 fevral 2021-ci il tarixində Azərbaycan dili və ədəbiyyat, tarix fənləri üzrə olimpiadalar təşkil ediləcək.    Olimpiadaların təşkilində məqsəd istedadlı şagirdlərin aşkar edilməsi, onlarda fənlərin dərindən öyrənilməsinə marağın artırılması, bilik və bacarığı, eləcə də çalışqanlığı ilə seçilən şagirdlərin qiymətləndirilməsindən ibarətdir.   Respublika fənn olimpiadaları “Kapital Bank”ın baş sponsorluğu ilə həyata keçirilir    

Təhsil naziri Latviya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri ilə görüşüb

Fevralın 10-da təhsil naziri Emin Əmrullayev Latviya Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Daynis Qarançs ilə görüşüb.   Görüş zamanı Azərbaycan Respublikası ilə Latviya Respublikası arasında təhsil sahəsində əlaqələrin hazırkı vəziyyəti və mümkün əməkdaşlıq perspektivləri müzakirə edilib.

SABAH V Karyera Qış Məktəbinin açılışı baş tutub

Fevralın 10-da SABAH V Karyera Qış Məktəbinin açılış mərasimi keçirilib.   Onlayn təşkil edilən tədbirdə təhsil naziri Emin Əmrullayev, Milli Məclisin Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev, millət vəkili Şahin Seyidzadə, SABAH qrupları layihəsinin əməkdaşları, SABAH Karyera Akademiyasının rəsmi tərəfdaşları və IV kursda təhsil alan SABAH tələbələri iştirak ediblər.   Təhsil naziri Emin Əmrullayev məzunların uğurlu karyera qurması üçün yaradılan şəxsi və peşəkar inkişaf imkanları barədə ətraflı məlumat verib, dövlət və özəl strukturlarla əməkdaşlığın savadlı, bacarıqlı və hazırlıqlı kadrların yetişməsində əhəmiyyətini vurğulayıb.   Milli məclisin Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev Azərbaycan gənclərinin inkişafına göstərilən dövlət dəstəyi, əmək bazarının tələblərinə uyğun mütəxəssislərin hazırlanması ilə bağlı görülən işlər barədə fikirlərini bölüşüb.   SABAH qrupları İcra Komitəsi rəhbərinin tədris işləri üzrə müavini Eldar Qocayev öz növbəsində SABAH Karyera Akamediyası haqqında məlumat verib.      Tədbir iştirakçılarının diqqətinə çatdırılıb ki, SABAH Karyera Akademiyası çərçivəsində 10-12 fevral tarixlərində onlayn formatda “Microsoft Teams” platforması üzərindən V Karyera Qış Məktəbinin keçirilməsi nəzərdə tutulub. Qış Məktəbində IV kursda təhsil alan SABAH tələbələri, SABAH mərkəzi əməkdaşları, SABAH qrupları layihəsi ilə tərəfdaşlıq edən qabaqcıl şirkət və qurumların nümayəndələri, texniki və təşkilati heyət daxil olmaqla, ümumilikdə 215 nəfərin  iştirakı nəzərdə tutulur. Qış məktəbi dövründə SABAH tələbələrinə işədüzəlmə, start-upların inkişafı/sahibkarlıq, elmi tədqiqatlar, magistratura təhsili istiqamətləri üzrə praktiki təlimlər, SABAH mərkəzlərində çalışan əməkdaşlara isə təhsilin təşkili və idarəetməsi üzrə seminarlar keçiriləcək. Qış Məktəbinin təşkilinə bir çox tərəfdaş müəssisələr (Dövlət Vergi  Xidmətinin Tədris Mərkəzi, “Azercell”, "Kapital Bank", “GoldenPay”, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, “Horeca”, Azərbaycan İnsan Resursları Assosiasiyası) və fərdi təlimçilər yaxından dəstək göstərəcəklər.   Qeyd edək ki, SABAH qrupları Təhsil Nazirliyinin təşəbbüsü ilə 2014-2015-ci tədris ilindən etibarən dövlət ali təhsil müəssisələrində tədrisin keyfiyyətinin yüksəldilməsi, yenilikçi mühitin yaradılması məqsədilə formalaşdırılmış müxtəlif ixtisaslar üzrə savadlı, bacarıqlı və hazırlıqlı tələbələrdən ibarət qruplardır. Bu qruplar hazırda 11 ali təhsil müəssisəsində 35 ixtisas üzrə 2400-dən çox tələbəni əhatə edir.   SABAH Karyera Akademiyası məzun olmağa hazırlaşan SABAH tələbələrinin gələcək peşəkar inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi və bu sahədə tələbələrə dəstək verilməsi məqsədilə yaradılıb.

Dövlət Proqramı məzunundan növbəti təlim proqramı

  “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı“ məzunlarının ictimaiyyətə tanıdılması, eyni zamanda əldə etdikləri bilik və bacarıqların paylaşılması məqsədilə davamlı olaraq təlimlər keçirilir.   12 fevral saat 14:00-da baş tutacaq təlim proqramı “Azərbaycan iqtisadiyyatı: 2020-ci ilin icmalı və 2021-ci il üzrə gözləntilər” mövzusuna həsr edilib. Təlimçi yuxarıda qeyd olunan Dövlət Proqramı çərçivəsində Böyük Britaniyanın Şeffild Universitetinin (University of Sheffield) iqtisadiyyat ixtisası üzrə magistratura pilləsindən məzun Ülvi Sərkarlıdır.   Təlimdə iştirak etmək üçün müvafiq link https://bit.ly/3jBy4AT vasitəsilə  qeydiyyatdan keçmək mümkündür.   Qeyd edək ki, onlayn təlimə dair keçid yalnız qeydiyyatdan keçmiş şəxslərə göndəriləcək.

Şəhid və qazi ailəsinin üzvü olan 23 nəfər işə qəbul olunub

 Şəhid və qazi ailəsi üzvlərinin sosial müdafiəsinin, məşğulluğunun təmin edilməsi məqsədilə cari ilin 28 yanvar tarixindən etibarən Təhsil Nazirliyi sisteminə daxil olan dövlət ümumi təhsil müəssisələrində müvafiq vakansiyalara işə qəbul prosesi dayandırılıb və həmin kateqoriyadan olan şəxslərə üstünlük verilməsi üçün tədbirlər həyata keçirilib.   Belə ki, Təhsil Nazirliyinə şəhid və qazi ailəsi üzvləri tərəfindən işə qəbulla əlaqədar 56 müraciət daxil olub, müraciətlər araşdırıldıqdan və vakant yerlərlə bağlı həmin şəxslərlə əlaqə saxlanılaraq rəylər alındıqdan sonra 23 müraciət müsbət həllini tapıb.  

“Sabahın alimləri” X respublika müsabiqəsinə start verilib

Fevralın 10-da “Sabahın alimləri” X respublika müsabiqəsi başlanılıb. Müsabiqə 10-17 fevral 2021-ci il tarixlərini əhatə edəcək. Pandemiya şəraiti ilə əlaqədar müsabiqə onlayn şəkildə təşkil olunub.     Müsabiqəyə 123 layihə üzrə 208 şagird buraxılıb. Layihələrdən 37-si fərdi və 86-sı kollektiv işlənmiş layihədir. Müsabiqə 8 kateqoriya üzrə keçirilir. Respublikanın şəhər və rayonlarından IX-X sinif şagirdləri riyaziyyat üzrə 14, fizika və astronomiya üzrə 16, kimya üzrə 8, biologiya üzrə 16, tibb və sağlamlıq üzrə 12, ekologiya və ətraf mühitin idarəolunması üzrə 20, kompüter elmləri üzrə 10, mühəndislik üzrə 17 layihə ilə müsabiqədə iştirak edir.   Qeyd edək ki, 2012-ci ildən başlayaraq Azərbaycanda “Sabahın alimləri” respublika müsabiqəsi keçirilməyə başlanılıb. Müsabiqə İSEF – Beynəlxalq Elm və Mühəndislik Sərgisi çərçivəsində keçirilir. Müsabiqənin məqsədi ölkəmizdə fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin IX-XI siniflərində təhsil alan şagirdlərin elmi axtarışlara sövq edilməsi, onların elmi və yaradıcılıq fəaliyyətinin stimullaşdırılması, elmi tədqiqat işinə meyli olan istedadlı şagirdlərin aşkar edilməsi, həmçinin yüksək elmi-tədqiqat nəticələri əldə etmiş Azərbaycan məktəblilərinin seçilib ABŞ-da keçirilən İntel İSEF – Beynəlxalq Elm və Mühəndislik Sərgisinə  göndərilməsidir. Müsabiqədə qiymətləndirmə 8 kateqoriya (riyaziyyat, fizika və astronomiya, kimya, biologiya, tibb və sağlamlıq, ekologiya və ətraf mühitin idarə olunması, mühəndislik, kompüter elmləri) üzrə həyata keçirilir.  

Respublika fənn olimpiadalarına start verilib

Fevralın 10-da 2020-2021-ci tədris ili üçün riyaziyyat və kimya fənləri üzrə Respublika fənn olimpiadalarına start verilib.     Olimpiadalar ölkənin bütün rayon və şəhərlərində yaradılan 80 müxtəlif mərkəzdə keçirilir.   Qeyd edək ki, 11 fevral 2021-ci il tarixində fizika, coğrafiya, biologiya və informatika fənləri üzrə, 12 fevral 2021-ci il tarixində isə tarix, Azərbaycan dili və ədəbiyyat fənləri üzrə olimpiadalar təşkil ediləcək.   Olimpiadaların təşkilində məqsəd istedadlı şagirdlərin aşkar edilməsi, onlarda fənlərin dərindən öyrənilməsinə marağın artırılması, bilik və bacarığı, eləcə də çalışqanlığı ilə seçilən şagirdlərin qiymətləndirilməsindən ibarətdir.   Respublika fənn olimpiadaları “Kapital Bank”ın baş sponsorluğu ilə həyata keçirilir

Təhsil naziri Özbəkistanın ölkəmizdəki səfiri ilə görüşüb

Fevralın 9-da təhsil naziri Emin Əmrullayev Özbəkistan Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Bahrom Aşrafxanov ilə görüşüb.   Görüş zamanı Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında təhsil sahəsində əlaqələrin hazırkı vəziyyəti və mümkün əməkdaşlıq perspektivləri müzakirə edilib.

Təhsil haqqında dövlət sənədləri elektron qaydada veriləcək

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 18 dekabr 2020-ci il tarixli “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanunu təsdiq edib.   Qanuna əsasən, təhsil müəssisəsində təhsilin hər hansı pilləsini və səviyyəsini (doktorantura istisna olmaqla) bitirən şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”ndə elektron sənəd formasında yaradılan müvafiq təhsil haqqında dövlət sənədi veriləcək.   Eyni zamanda, müxtəlif səbəblərdən təhsilin hər hansı pilləsini və səviyyəsini başa vurmayan şəxslərə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”ndə elektron sənəd formasında yaradılan müvafiq təhsil haqqında arayış veriləcək.   Qeyd edək ki, sözügedən işlər ölkədə təhsil sənədlərinin hazırlanması və verilməsi prosesinin ən son texnologiyaların tətbiqi ilə bütünlükdə elektronlaşdırılması, nəticədə bu prosesin daha çevik, sadə və şəffaf təşkili, elektron sənədlərin vahid yoxlama portalı vasitəsi ilə istənilən məkandan həqiqiliyinin yoxlanılması, təhsil sənədlərinin elektron resurslarda ömürboyu saxlanılması kimi geniş imkanlar yaradacaq.

623 vakant direktor vəzifəsi müsabiqəyə çıxarılacaq

Cari il üzrə ümumi təhsil müəssisələrinə direktorların işə qəbulu müsabiqəsinə 623 vakant yer çıxarılacaq.   Qeyd edək ki, direktorların işə qəbulu üzrə müsabiqəyə elektron sənəd qəbuluna 10 fevral tarixində start verilir. Müsabiqədə iştirak etmək istəyən namizədlər 13 fevral saat 23:59-dək elektron qeydiyyat zamanı müvafiq məlumatları daxil edərək tələb olunan sənədləri yüklədikdən və vakant yerləri seçdikdən sonra ərizələrini təsdiq etməlidirlər.    2020-ci ilin 28 sentyabr-5 oktyabr tarixlərində elektron qeydiyyatdan keçmiş və elektron ərizəsi qəbul edilmiş namizədlərin ərizələri vakansiya seçimi mərhələsinə qaytarılacaq. Həmin şəxslər də 13 fevral tarixinədək yenidən vakansiya seçimi edərək elektron ərizələrini təsdiq etməlidirlər.   Namizədlər aşağıda qeyd olunan link vasitəsilə müsabiqə üzrə elan ediləcək vakant yerlər və müvafiq məlumatlarla tanış ola bilərlər:   Direktor vəzifəsinə işə qəbul üzrə müsabiqəyə çıxarılacaq vakant yerlər - SİYAHI 

21/02/2022

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz

Ətraflı
21/02/2022

#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV

Ətraflı
21/02/2022

19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb

Ətraflı