• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzində yeni dərzi emalatxanası

Tekstil sektorunda keyfiyyətli kadrların hazırlanması məqsədilə Xidmət Sahələri üzrə Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzində yeni dərzi emalatxanası yaradılıb.

 

Emalatxana Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi (JİCA) tərəfindən maliyyələşdirilən “Tekstil sektorunda keyfiyyətli kadrların hazırlanması üçün Sumqayıtda peşə təhsili müəssisəsində dərzi emalatxanasının qurulması” mini-qrant layihəsi çərçivəsində yaradılıb. “Dərzi” ixtisası üzrə müasir əmək bazarının tələblərinə cavab verən bilik və bacarıqlara malik kadrların hazırlanması üçün həyata keçirilən layihənin əsas məqsədi gənclərin, xüsusilə qadınların peşə təhsilinə cəlb edilməsi, onların məşğulluq imkanlarının artırılması və qadın sahibkarlığının inkişaf etdirilməsindən ibarətdir.

 

Layihə çərçivəsində müasir tikiş avadanlıqları ilə təchiz olunan emalatxananın cari ilin fevral ayından etibarən tam istifadəyə verilməsi nəzərdə tutulub. 


3 il əvvəl