• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Direktor olmaq istəyənlərin nəzərinə!

Cari ilin 10-13 fevral tarixlərində dövlət ümumi təhsil müəssisələrində direktor vəzifəsinə işə qəbul üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsi həyata keçiriləcək.   Direktorların işə qəbulu üzrə müsabiqədə pedaqoji və ya idarəetmə ixtisas sahələri üzrə ali təhsili, 5 ildən az olmayaraq (təhsilin təşkili və idarə olunması ixtisası üzrə elmi dərəcəsi və elmi adı olduqda 3 il) pedaqoji stajı olan və hazırda ümumi təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan şəxslər iştirak edə bilərlər.   Müsabiqə dörd mərhələdən ibarətdir: elektron sənəd qəbulu, test imtahanı, müsahibə və vakansiyalara yerləşdirilmə.   Nəzərinizə çatdırırıq ki,ötən dövr ərzində ümumi təhsil müəssisələrində direktor vəzifəsi üzrə yeni vakant yerlər yarandığından həmin vakansiyaların cari ildə keçirilən müsabiqə üçün elan edilməsi nəzərdə tutulub. 2020-ci ilin 28 sentyabr - 5 oktyabr tarixlərində elektron qeydiyyatdan keçməyən, ərizəsini təsdiq etməyən namizədlərə elektron qeydiyyatı tamamlamaq, elektron ərizəsi qəbul edilmiş namizədlərə yenidən vakansiya seçimi etmək imkanı veriləcək. Həmin şəxslər vakansiya seçimi edərək 13 fevral tarixinədək elektron ərizələrini təsdiq etməlidirlər.   Fevralın 19-da direktorların işə qəbulu üzrə onlayn sınaq imtahanının keçirilməsi nəzərdə tutulub. Sınaq imtahanında direktor vəzifəsinə işə qəbul üzrə müsabiqədə elektron qeydiyyatdan keçən şəxslər iştirak edə bilərlər.   Qeyd edək ki, direktorların işə qəbulu imtahanları ənənəvi olaraq, Bakı şəhərində deyil, ölkənin müxtəlif şəhər və rayonlarında yaradılmış 24 imtahan mərkəzində karantin rejiminin müvafiq tələblərinə əməl edilməklə təşkil ediləcək. Hər bir imtahan mərkəzində imtahanların təşkilinə cəlb olunan bütün əməkdaşlar COVID-19 testindən keçiriləcək. İmtahan mərkəzlərinin hazırda qüvvədə olan sanitar-epidemioloji tələblərə uyğun olaraq dezinfeksiya edilməsi təmin olunacaq.   Direktor vəzifəsinə işə qəbul üzrə müsabiqəyə dair sual-cavab   Test imtahanı və müsahibə mərhələsi üzrə müsabiqə proqramı Test imtahanı mərhələsi üzrə  proqram İmtahan mərhələsi ilə bağlı test tapşırığı nümunələri

Təhsildə inkişaf və innovasiyalar üzrə V qrant müsabiqəsi

Təhsil Nazirliyi dövlət tam orta ümumi təhsil müəssisələri və təşkilati-hüquqi formasından asılı olmayaraq bütün ümumi təhsil müəssisələrində çalışan pedaqoji işçilər üçün “Təhsildə inkişaf və innovasiyalar üzrə V qrant müsabiqəsi”ni (bundan sonra Müsabiqə) elan edir. Müsabiqə Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş “Təhsildə inkişaf və innovasiyalar üzrə qrantların məbləği və ayrılması şərtləri, o cümlədən vəsaitlərin verilmə prosedurları, monitorinqin aparılması, hesabat və qiymətləndirmə üzrə tələblər” əsasında layihə təkliflərinin qəbulu, texniki ekspertiza, məzmun ekspertizası, qaliblərin elan edilməsi mərhələləri üzrə keçiriləcək.   Müsabiqə aşağıdakı kateqoriyalar üzrə keçirilir: 1) “Fərdi” kateqoriya” və 2) “Ümumi təhsil müəssisələri”.   Müsabiqə fondunun büdcəsi 1000000 (bir milyon) manat təşkil edir.   Müsabiqəyə təqdim olunacaq layihə sənədlərinin (ərizə, layihə təklifi, xərclər smetası, icra planı) qəbulu 01.03.2021-01.04.2021 tarixlərində www.grants.edu.az  saytı üzərindən həyata keçirilir. Müsabiqə aşağıdakı mövzuları əhatə edir:   1) İstedad və yaradıcılıq meyillərinə görə təhsilalanların kurikulumdan kənar bilik və bacarıqlarının formalaşdırılması (mövzunun əhatə etdiyi istiqamətlər: təhsilalanların müxtəlif müsabiqə, olimpiada, yarış, festival, sərgilər və s. üçün hazırlaşdırılması və onlarda iştirakın təmin edilməsi; STEAM, veb dizayn, kodlaşdırma, 3 ölçülü çap, qrafik dizayn, animasiya, robototexnika, leqo, incəsənət, rəqs, ictimai nitq, debat, peşə seçimi, iqtisadi və maliyyə savadlığı və s. öyrədən dərnəklərin, klubların təşkili; Xarici dil bilən təhsilalanların Coursera, Udemy, edX, Duolingo və bu kimi beynəlxalq onlayn öyrənmə platformalarındakı ödənişsiz və ya ödənişli kurslarda iştirakının təmin edilməsi.)   2) Pedaqoji işçilər üçün metodik dəstəyin təkmilləşdirilməsi, məktəbdə öyrədici mühitin formalaşdırılması (mövzunun əhatə etdiyi istiqamətlər: inklüziv təhsil, məsafədən təhsil, oyun əsaslı təlim, layihə əsaslı təlim, problem əsaslı təlim, tətbiqlər (app-lər) vasitəsilə təlim və s. üzrə məktəbdaxili və məktəblərarası metodik və mentorluq xidmətlərinin təkmilləşdirilməsi; müəllimlərin ölkədaxili və ölkəxarici həmkarları (əsasən xarici dil müəllimləri) ilə əməkdaşlığının qurulması və şagirdlərə dərslərin birgə distant tədrisi; Xarici dildə mövcud olan açıq öyrədici əlavə resursların (kitabların) Azərbaycan dilinə tərcüməsi, adaptasiyası və məktəbdə tətbiqi; sinif otaqlarının və fənn kabinetlərinin uyğun resurslarla (şagirdlərlə birlikdə hazırlanmış resurslar, satın alınmış cihaz və qurğular) təminatına dəstək; və s.)   3) Təhsilalanların məsafədən təhsilə əlçatanlığının təmin olunması (mövzunun əhatə etdiyi istiqamətlər: məsafədən təhsil üçün texnoloji avadanlıqlarla (internet, kompüter və digər İKT vasitələri ilə) təchiz olunmuş fərdi tədris məkanlarının (məktəbdə) yaradılması və  pandemiyanın sanitar-gigiyena normaları nəzərə alınmaqla məsafədən təhsilə qoşula bilməyən təhsilalanların istifadəsinə verilməsi; təhsilalanların məsafədən təhsilə qoşulması üçün motivasiya sisteminin yaradılması və tətbiqi.)   4) Fiziki və psixososial sağlamlığın qorunması, təhlükəsizlik, milli-mənəvi və ümumbəşəri dəyərlərin təbliği (mövzunun əhatə etdiyi istiqamətlər:  sağlam həyat tərzi, düzgün qidalanma, zərərli vərdişlərdən qorunma, fiziki-psixoloji zorakılıqdan və qısnamadan (o cümlədən, virtual aləmdə) müdafiə,  valideynlərin iştirakı ilə məktəbdə psixososial durumun yaxşılaşdırılması, həssas qruplara mənsub olan təhsilalanların (sağlamlıq imkanları məhdud, aztəminatlı, miqrant və readmissiya edilmiş ailələrdən olan təhsilalanlar və s.) sosial inklüziyası, Dayanıqlı İnkişaf Məqsədləri, yol hərəkəti, fəlakət riskləri, fövqəladə hallar, mina təhlükəsizliyi, ətraf mühitə qayğıkeş münasibət, milli təəssübkeşlik, vətənpərvərlik, əməksevərlik, tolerantlıq, davranış qaydaları və s. məsələlərə yönəlmiş layihələr; təhsilalanların məktəb icmasında mövcud olan sosial-ictimai problemlərin həllində iştirakı; öz məktəb tarixinin (məktəb məzunu olmuş şəhidlər, qazilər, məşhur şəxslər və s.) araşdırılması və tanıdılması və s.)   5) Məktəb idarəetməsinin təkmilləşdirilməsi (mövzunun əhatə etdiyi istiqamətlər: mütərəqqi məktəb idarəetmə modellərinin və ya onun elementlərinin məktəbdə tətbiqi; məktəbdaxili qiymətləndirmə, təhsilalanların attestasiyası, milli və beynəlxalq qiymətləndirmə (TIMSS, PISA və PIRLS və s.), fənn müsabiqələri, olimpiadaların nəticələrinin idarəetmə baxımından təhlili, məktəbin zəif cəhətlərinin müəyyənləşdirilməsi və aradan qaldırılması üzrə tədbirlər planı əsasında fəaliyyət; məktəblərarası təcrübə mübadiləsi (“Qardaşlaşmış məktəblər”, “Bölgələrdən bölgələrə” və s. təşəbbüslər) layihələrinin həyata keçirilməsi və s.)   Müsabiqənin əsas iştirak şərtləri:   · “Ümumi təhsil müəssisələri” kateqoriyası üzrə müsabiqədə dövlət tam orta ümumi təhsil müəssisələri iştirak edə bilər. İbtidai və orta ümumi təhsil müəssisələri yalnız tam orta ümumi təhsil müəssisələri ilə birgə layihə ilə iştirak edə bilər.   · “Fərdi” kateqoriya üzrə müsabiqədə təşkilati-hüquqi formasından asılı olmayaraq bütün ümumi təhsil müəssisələrində çalışan pedaqoji işçilər iştirak edə bilər. · Ümumi təhsil müəssisələri və pedaqoji işçilər müsabiqəyə yalnız 1 layihə təqdim edə bilər.   · Təhsildə inkişaf və innovasiyalar üzrə əvvəlki qrant müsabiqələri çərçivəsində maliyyələşdirilmiş və 01.04.2021 tarixinədək icrası başa çatmamış yaxud yekun hesabatı təqdim edilməmiş layihələrin resipiyentlərinin müsabiqədə iştirakına yol verilmir.   Müsabiqəyə təqdim olunan qrant layihəsinə verilən tələblər:   · Layihənin icra müddəti 3 aydan az, 12 aydan çox olmamalı  və icrası 2021-2022-ci tədris ili ərzində həyata keçirilməlidir.   · Layihənin məbləği “Ümumi təhsil müəssisələri” kateqoriyası üzrə 100000 (yüz min), “Fərdi” kateqoriya üzrə 10000 (on min) manatdan çox olmamalıdır.   Əlaqə:   Ünvan: AZ1008, Azərbaycan Respublikası, Bakı şəhəri, Xətai prospekti 49   Email: grants@edu.gov.az

Bölgələrdə V-IX siniflər ənənəvi tədrisə başlayıb - FOTO

Fevralın 8-dən  Bakı, Sumqayıt və Abşeron istisna olmaqla, digər şəhər və rayonlarda V-IX siniflər üzrə ənənəvi tədris forması qismən bərpa olunub.    Şagirdlər arasında ən azı 1.5 metr məsafəni gözləməyə imkan verən məktəblərdə tədris qeyd edilən siniflər üzrə həftədə 5 dəfə, həmin şərti ödəməyən məktəblərdə isə həftədə 3 dəfə təşkil ediləcək. Gəncə, Quba, İsmayıllı, Ağstafa, Daşkəsən, Şəki, Ağdam və Füzulidə yerləşən məktəblərdən bu günə dair görüntüləri təqdim edirik. 

Respublika fənn olimpiadalarının birinci mərhələsi keçiriləcək

10-12 fevral tarixlərində  2020-2021-ci tədris ili üçün Respublika fənn olimpiadalarının birinci - rayon (şəhər) mərhələsi keçiriləcək.   Müvafiq fənlər üzrə olimpiadaların fərqli günlərdə təşkili nəzərdə tutulur. Bu, mövcud pandemiya şəraitinə uyğun olaraq şagird sıxlığının minimuma endirilməsi məqsədi daşıyır.   10 fevral 2021-ci il tarixində riyaziyyat və kimya fənləri üzrə, 11 fevral 2021-ci il tarixində fizika, coğrafiya, biologiya və informatika fənləri üzrə, 12 fevral 2021-ci il tarixində isə tarix, Azərbaycan dili və ədəbiyyat fənləri üzrə olimpiadalar təşkil ediləcək.   Olimpiadalar ölkənin bütün rayon və şəhərlərində yaradılan 80 müxtəlif mərkəzdə keçiriləcək.  Respublika fənn olimpiadalarında iştirak etmək üçün 30 000-dən çox şagird qeydiyyatdan keçib. IX, X və XI sinif şagirdlərinin, eyni zamanda xüsusi istedada malik VIII sinif şagirdlərinin iştirak etdiyi olimpiadaya ən çox şagird Azərbaycan dili və ədəbiyyat, riyaziyyat, ən az şagird isə fizika və informatika fənlərindən qatılacaq. Şagirdlərə tapşırıqlar Azərbaycan və rus bölmələrinə müvafiq olaraq iki dildə təqdim ediləcək.   Qeyd edək ki, olimpiadaların təşkilində məqsəd istedadlı şagirdlərin aşkar edilməsi, onlarda fənlərin dərindən öyrənilməsinə marağın artırılması, bilik və bacarığı, eləcə də çalışqanlığı ilə seçilən şagirdlərin qiymətləndirilməsindən ibarətdir.   Respublika fənn olimpiadaları “Kapital Bank”ın baş sponsorluğu ilə həyata keçirilir.

Apellyasiya Şurasının onlayn iclası keçirilib

Fevralın 5-də Təhsil Nazirliyinin Apellyasiya Şurasının növbəti onlayn iclası keçirilib.   “Microsoft Teams” platforması üzərindən keçirilən iclasda Təhsil Nazirliyinin Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İnkişaf layihələri sektorunda məsləhətçi vəzifəsinə namizədlər Nuranə Mustafayeva və Vüsalə Yusifovanın, aparıcı məsləhətçi vəzifəsinə namizədlər Aysel Feziyeva, Vüqar Şahbazov və Sahib Tağıyevin, baş məsləhətçi vəzifəsinə namizəd Zərifə Səmədzadənin, İctimaiyyətlə əlaqələr sektorunda məsləhətçi vəzifəsinə namizəd Aygün Şahbazovanın müsahibə nəticələri ilə əlaqədar şikayətlərinə  baxılıb.   İclasda müsahibə komissiyaları üzvlərinin təqdim etdiyi məlumat və videogörüntülər əsasında şikayətlər araşdırılıb. 3 nəfərin şikayətinin  təmin olunması,  4 nəfərin  şikayətinin isə təmin edilməməsi barədə Şura tərəfindən qərar qəbul olunub.

Ənənəvi tədrisin qismən bərpası

V-IX siniflər ənənəvi tədrisə başlayır

 Fevralın 8-dən  Bakı, Sumqayıt və Abşeron istisna olmaqla, digər şəhər və rayonlarda V-IX siniflər üzrə ənənəvi tədris forması qismən bərpa olunur.   Şagirdlər arasında ən azı 1.5 metr məsafəni gözləməyə imkan verən məktəblərdə tədris qeyd edilən siniflər üzrə həftədə 5 dəfə, həmin şərti ödəməyən məktəblərdə isə həftədə 3 dəfə təşkil ediləcək.   Eyni zamanda həmin tarixdən Təhsil Nazirliyinin tabeliyindəki və ən azı 1.5 metr məsafəni  gözləməyə imkan verən uşaq-gənclər inkişaf mərkəzlərində aşağı yaş qruplarında (I-IV siniflər) dərnək məşğələləri həftədə 2 dəfə olmaqla ənənəvi formada bərpa edilir.   Qeyd edək ki,  fevralın 1-dən ölkə üzrə ümumi təhsil müəssisələrində ibtidai siniflərdə ənənəvi tədris qismən bərpa olunub.

Dərs cədvəli nümunələri

  Əyani dərslər həftədə 3 dəfə olmaqla, bütöv sinif komplektində (V sinif)     Əyani dərslər həftədə 3 dəfə olmaqla, sinif iki yarımqrupa bölündüyü halda (V sinif)     Əyani dərslər həftədə 3 dəfə olmaqla, bütöv sinif komplektində (IX sinif)     Əyani dərslər həftədə 3 dəfə olmaqla, sinif iki yarımqrupa bölündüyü halda (IX sinif)    

Tanınmış təhsil tədqiqatçısı Özgür Bolat ilə “Yeni çağırışlar”

Fevralın 5-də yayımlanan “Yeni çağırışlar” onlayn müzakirə proqramının növbəti qonağı tanınmış alim, təhsil tədqiqatçısı və yazıçı Dr. Özgür Bolat olub. Proqramda Dr. Özgür Bolatın verdiyi seminarların əsas mövzuları olan effektiv öyrənmə mühiti, müəllim liderliyi, istedadın inkişafı, xoşbəxt və uğurlu fərd yetişdirməyin yolları müzakirə edilib, gələcəyin məktəb modellərindən söhbət açılıb.   Dr. Özgür Bolat təhsil proqramlarının bilmək yox, anlamaq məqsədli model üzərində qurulmasının əhəmiyyətindən danışıb. Özgür Bolat bildirib ki, anlamaq və bilmək arasında fərq var, çünki bilmək məlumatları yaddaşda saxlamaqdır, anlamaq isə təcrübə və kəşflə əmələ gələn düşüncə modelləri, sxemlərdir. Yəni anlayan şəxs bir məlumatın nə mənaya gəldiyini və o məlumatı necə istifadə edəcəyini bilir. Tədqiqatçı qeyd edib ki, öyrənənlərin biliklərinin qiymətləndirilməsi zamanı əks-əlaqəyə, rəylərə xüsusi diqqət yetirilməlidir. Heç bir rəssam, yaxud bəstəkar şagirdinə qiymət vermir, onlar sadəcə rəy verirlər. Belə olduqda öyrənən inkişaf etdirməli olduğu məqamları görür.   Proqramın aparıcısı, “T-network”-un koordinatoru Cəfər Mənsiminin “Təhsildə yeni çağırışları 8 guşəli ulduza bənzətsək, onun guşələri hansı çağırışlardan ibarət olar?" sualını Özgür Bolat belə cavablandırıb: “Ulduzun birinci guşəsi özünə inamdır. Təhsil insanlara “mən dəyərliyəm” deməyi öyrətməlidir. İkinci guşə muxtariyyətdir. Yəni, qərarlarımı özüm verə bilərəm. Digər guşə özünü təmin etməklə bağlıdır. Yəni, öz bacarıqlarından əmin olan fərdlər yetişdirilməlidir. Növbəti guşə həyat tərzinin dəyərlərə söykənməsinin aşılanmasını tələb edir. 5-ci guşə yetişməkdə olan nəsildə yaratmaq, digər insanların həyatını mənalandırmaq, yaxşılaşdırmaq məqsədlərinin formalaşdırılmasıdır. 6-cı guşə əməkdaşlıq, digər insanlarla çalışa bilmək bacarıqlarıdr. Ego yox eko, yəni bir bütünün parçası olmaq qabiliyyəti 7-ci guşədir. Təhsil prosesinin insanlara özünü tapmaqda yardımçı olması çağırışı isə 8 guşəli ulduzu tamamlayır”.   Təhsil tədqiqatçısı onu da qeyd edib ki, sadəcə gələcəyə yox, həyatın hər anına hazır olmaq üçün düşünməyi öyrənmək, kəşf etmək, təcrübə yaşamaq, daxili nəzarət, ağlın sərhədlərinin kənarına çıxmaq lazımdır. Müəllifi olduğu “Məni mükafatla cəzalandırma” kitabı haqqında suala cavab olaraq Özgür Bolat qeyd edib ki, mükafat xarici motivasiyaya təsir edir və mütəmadi aslılıq yaradır. Daxili motivasiyası yüksək olan fərdlər yetişdirmək üçün mükafatdan imtina etməliyik. Çünki xarici motivasiyalı insanları narahatlıq, daxili motivasiyası yüksək olan insanları isə sevgi idarə edir.  Daxili motivasiya şəxsiyyət, dəyərlər, prinsiplər üzərində qurulur. Xarici motivasiya isə vəzifə, pul, statusdan aslıdır. Öyrənənlər narahatlıq yaşadığı üçün öyrənmə prosesindən həzz almır, yaxud təhsil müəssisələrində özlərini xoşbəxt hiss etmirlər. Buna görə onları narahatlıqdan xilas etməli, maraq mühiti yaratmalıyıq.   Təhsil Nazirliyinin dəstəyi və “T-Network” təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının təşkilatçılığı ilə davam edən proqram çərçivəsində Özgür Bolat ilə görüş Təhsil Nazirliyinin rəsmi “Facebook” səhifəsi üzərindən canlı yayımlanıb. Görüşdə izləyicilərin sualları da cavablandırılıb.   Nəzərinizə çatdıraq ki, Dr. Özgür Bolat Kembric (doktorantura), Harvard (magistratura), Boğaziçi (bakalavr) universitetlərinin təhsil fakültələrindən kafedra birincisi olaraq məzun olub. O, həmçinin MIT Sloan İdarəetmə məktəbində (MIT Sloan School of Management) liderlik ixtisası üzrə doktorantura dərsləri alıb və orada tədqiqatlar aparıb. Müəllifi olduğu “Məni mükafatla cəzalandırma” adlı kitabı təxminən 500 min ədəd satılıb. Valideynlər məktəbinin (Anne-Baba okulu) yaradıcısıdır. Dr. Özgür Bolat “Lider müəllimlər”,“Özünə inam” və "Google" ilə “Rəqəmsal valideynlik” kimi layihələr, "İstedadı İdarəetmə Testi",  "Parentwiser" mobil tətbiqinin rəhbəridir.   Qeyd edək ki, “Yeni çağırışlar” T-Network koordinatoru Cəfər Mənsiminin təqdimatında ayda iki dəfə yayımlanır. Məqsəd yerli və xarici mütəxəssislərin iştirakı ilə təhsildə yeni çağırışları müzakirə etmək, davamlı öyrənmə və inkişaf prosesini dəstəkləmək, qlobal səviyyədə qabaqcıl təcrübələrlə tanış olmaqdır. Proqramın bundan öncəki qonaqları dünyaca məşhur "Khan Academy"nin qurucusu və CEO-su Sal Khan və Nobel Sülh mükafatçısı, professor Məhəmməd Yunus olub. "Yeni çağırışlar” müzakirə proqramı haqqında ətraflı məlumatla T-network-un "Facebook" səhifəsindən ( https://www.facebook.com/tnetwork.az  ) tanış ola bilərsiniz.

Bruney-Darüssalamda 2021-2022-ci tədris ili üçün təhsil imkanı

Bruney-Darüssalam 2021-2022-ci tədris ili üzrə bakalavriat və magistratura səviyyələrində təqaüd proqramı elan edir.  Təqaüd proqramına müraciət üçün son tarix 15 fevral 2021-ci il nəzərdə tutulub.  Ətraflı məlumatı elan vasitəsilə əldə edə bilərsiniz.  

21/02/2022

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz

Ətraflı
21/02/2022

#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV

Ətraflı
21/02/2022

19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb

Ətraflı