• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Təhsil naziri Şirvanda dərs prosesini izləyib

Fevralın 9-da təhsil naziri Emin Əmrullayev Şirvan şəhərinə səfəri çərçivəsində pandemiya şəraitində tədris prosesi ilə yaxından tanış olmaq məqsədilə Şirvan şəhər 10 nömrəli tam orta məktəbdə olub.

 

Nazir həmin məktəbdə müəllim,  şagird və valideynlərlə görüşüb, onlarla səmimi söhbət aparıb. Təhsil naziri həmçinin sözügedən ümumi təhsil  müəssisəsində Azərbaycan və rus bölmələri üzrə VIII siniflərdə dərs prosesini izləyib.   

 

Daha sonra təhsil naziri Şirvan şəhər 21 nömrəli tam orta məktəb üçün inşa olunan yeni tədris binasının tikinti işləri ilə tanış olub. 


3 il əvvəl