• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

“Virtual məktəb”in imkanlarından geniş istifadə olunur

Müəllim və şagirdlər ölkənin ən iri milli onlayn platforması olan “Virtual məktəb”də tədrisin keyfiyyətli təşkilini, interaktivliyini və fasiləsizliyini təmin edən imkanlardan faydalanmaqdadırlar.
 

 2021-ci il yanvar ayı üzrə statistik göstəricilərə əsasən, platformada ev tapşırığı və qiymətləndirmə modulundan  istifadə edənlər ümumilikdə 1 014 743 nəfər, platformanı Azərbaycan dilində istifadə edənlər 830 159 nəfər, dərslərdə rəqəmsal lövhədən istifadə edənlər 201 771 nəfər, e-poçt xidmətindən istifadə edənlər 343 764 nəfər, e-saxlanc xidmətindən istifadə edənlər isə 224 459 nəfər təşkil edib. Bu dövr ərzində ofis proqramları üzrə isə “Word” proqramından 132 900 nəfər, “Excel” proqramından 30 627 nəfər, “PowerPoint” proqramından isə 65 233 nəfər istifadə edib.

 


3 il əvvəl