• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

“Gələcək üçün Peşə Təhsili və Təlimi” layihəsi yeni fürsətlər yaradır

 “Gələcək üçün Peşə Təhsili və Təlimi” layihəsinin onlayn qaydada təqdimat tədbiri keçirilib.   Avropa İttifaqının (Aİ) maliyyələşdirdiyi və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (BMTİP) həyata keçirdiyi bu dörd illik layihə əmək bazarının mövcud ehtiyaclarına uyğun tədrisin təşkili məqsədilə peşə təhsili müəssisələrinin müasirləşdirilməsində Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinə dəstək olacaq. Azərbaycanda peşə təhsilinin müasirləşdirilməsinə yönələn layihə 5.6 milyon avro dəyərindədir.   Layihənin təqdimat tədbirində təhsil naziri Emin Əmrullayev gələcək tələblərə cavab verən bacarıqların inkişaf etdirilməsinin vacibliyini vurğulayıb. Nazir qeyd edib ki, peşə təhsili iqtisadiyyatın gələcəyi, həmçinin əmək bazarı, təhsil təminatı və iqtisadiyyat arasında olan məqsədyönlü əlaqənin qurulması baxımından böyük əhəmiyyət daşıyır. Nazirin sözlərinə görə, məhz bacarıq və səriştələr növbəti illərdə iqtisadiyyatın dayanıqlı və rəqabətədavamlı inkişafını təmin edən məsələlərdən olmalıdır.   Tədbirdə çıxış edən Aİ-nin Azərbaycandakı səfiri Kestutis Yankauskas qeyd edib ki, peşə təhsili və təlimi üzrə icrasına başlanılan bu yeni proqram Azərbaycanda insan kapitalı üçün edilən əsaslı sərmayədir. Kestutis Yankauskas bildirib ki, keyfiyyətli peşə təhsili iqtisadi böyümə və rəqabətə davamlı iş mühiti üçün əsas təşviqedici amillərdən biridir.   Tədbirdə qeyd edilib ki, layihə innovasiya və rəqəmsallaşdırmanın tətbiqi, dayanıqlı və gələcək bacarıq üzrə konsepsiyaların inteqrasiyası, layihə üzrə seçilmiş yeddi peşə təhsili müəssisəsi üçün avadanlıq və infrastrukturun müasirləşdirilməsi, eləcə də peşə təhsili müəssisələrinin şəbəkələşdirilməsi və potensialının artırılması sahələrində fəaliyyət göstərəcək. Layihə ilə ölkə daxilində 3 000-dən çox şəxs peşə təhsili müəssisələrinin müasirləşdirilməsindən birbaşa faydalanacaq.   Tədbirdə çıxış edən BMT-nin İnkişaf Proqramının Azərbaycandakı Rezident nümayəndəsi Alessandro Frakassetti də öz növbəsində bildirib ki, keyfiyyətli təhsilin təmin edilməsi gələcəyin işlərinə Azərbaycanın bacarıqlı gənclərini hazırlayacaq, eləcə də hər kəs üçün keyfiyyətli təhsil imkanlarını təbliğ edərək Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasına töhfə verəcək. Layihə Avropa İttifaqının “Məşğulluq üçün Təhsil” Proqramı çərçivəsində tam maliyyələşdirilir və 2024-cü ildə başa çatacaq.

“Bir sevinək, bir gülək” Respublika Uşaq Yaradıcılıq Müsabiqə - Festivalına start verilir

17 fevral - 17 mart 2021-ci il tarixlərində sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi təhsil, ümumtəhsil və məktəbdənkənar təhsil müəssisələrinin şagird və dərnək üzvləri arasında Bahar bayramına həsr olunmuş “Bir sevinək, bir gülək” adlı onlayn Respublika Uşaq Yaradıcılıq Müsabiqə-Festivalına start verilib. Müsabiqə-Festival Təhsil Nazirliyinin dəstəyi və 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə keçirilir.   Müsabiqənin keçirilməsində məqsəd uşaq və gənclərin yaradıcılıq qabiliyyətlərini inkişaf etdirmək, onların istedad və bacarıqlarını üzə çıxarmaq, xüsusi qayğıya ehtiyacı olan uşaqların cəmiyyətə inteqrasiya olunmasına şərait yaratmaq, Novruz adət-ənənələrini, milli mənəvi dəyərlərimizi təbliğ etməkdən ibarətdir.   Onlayn təşkil olunan müsabiqə 3 yaş qrupu (6-9, 10-13, 14-17) və 3 nominasiya – “Bədii qiraət”, “Təsviri-tətbiqi sənət” və “Vokal ifaçılığı” üzrə keçirilir.   “Bədii qiraət” nominasiyası üzrə tələblər: - İştirakçı yaş qrupuna müvafiq olaraq müsabiqəyə yalnız bir şeir təqdim edə bilər; - Şeirin müddəti 3-5 dəqiqədən çox olmamalıdır; - Videogörüntü telefon, planşet və ya kamera ilə çəkilə bilər; - Videogörüntülər mümkün qədər aydın və keyfiyyətli olmalıdır; - İfa zamanı səhnə mədəniyyəti, aydın intonasiya, düzgün tələffüz, nitqin səlisliyi və ifadəliliyi, jest və mimikalardan, səs tonundan məqsədyönlü istifadə, təqdim etmə bacarığı kimi meyarlar nəzərə alınmalıdır.   “Təsviri-tətbiqi sənət” nominasiyası üzrə tələblər: - İşlərin işlənmə texnikası sərbəstdir; - İşlərin formatına məhdudiyyət qoyulmur; - Novruz adət-ənənələrini əks etdirən rəsm və dekorativ tətbiqi sənət nümunələrində ideya bədii cəhətdən qeyri-adi ifadə tərzi, orijinal yanaşma və müxtəlif texnikaların tətbiqi öz əksini tapmalıdır; - Müsabiqəyə təqdim edilən yaradıcılıq nümunələrinə tətbiqi sənətin müxtəlif sahələri - keramika, xalçaçılıq, metal üzrə iş, daş və ağac üzərində oyma, bədii toxuma və tikmə,qurama, şüşə üzərində iş, qobelen və batika daxildir.   "Vokal ifaçılığı" nominasiyası üzrə tələblər: - Xalq və bəstəkar mahnıları olmalıdır; - Folklor janrı (saz ifası, nəlbəkidə ifa, tütək, balaban, ney, kanon, qara zurna, ud); - İştirakçı yalnız bir nominasiya üzrə iştirak edə bilər; - İştirakçı seçdiyi nominasiya üzrə bir nömrədən ibarət videogörüntü təqdim etməlidir; - Təqdim olunan mahnı 3-4 dəqiqədən artıq olmamalıdır; - Müsabiqəyə təqdim olunan mahnı minusla və ya akopella oxuna bilər; - İştirakçının videogörüntüsü telefon, planşet və ya kamera ilə çəkilə bilər; - Təqdim olunan videogörüntülər aydın və keyiyyətli olmalıdır.   İşlər göndərilərkən iştirakçının adı, soyadı, yaşı, təhsil müəssisəsinin və ya məşğul olduğu müəssisənin adı, təqdim etdiyi işin adı qeyd olunmalıdır. "Bədii qiraət” nominasiyası üzrə işlər 11 mart 2021-ci il tarixinədək ugim-1@mk.edu.az , “Təsviri-tətbiqi sənət” nominasiyası üzrə işlər incesenet.art@list.ru, “Vokal ifacılığı” üzrə işlər biz.birinci@gmail.com elektron poçt ünvanlarına göndərilməlidir.   Müsabiqənin qalibləri diplom və sertifikatlarla təltif olunacaq və qalib işlər sosial şəbəkələrdə, o cümlədən kütləvi informasiya vasitələrində geniş işıqlandırılacaq.

“Əlaqə mərkəzi təmsilçisi” təliminə start verilir

 17 fevral tarixindən etibarən Peşə Təhsili üzrə Dövlət Agentliyi “Əlaqə mərkəzi təmsilçisi” adlı təlimə ərizə qəbulunu açıq elan edir.   Təlimdə iştirak üçün son müraciət tarixi 25 fevral 2021-ci il nəzərdə tutulub.   Seçilən iştirakçılar təlim proqramı çərçivəsində dövlət qurumları, ticarət, xidmət və digər sektorlardan müraciət edənlərin gözlənti, irad və şikayətlərini təqib və təhlil etməyi, eləcə də mümkün həll yollarını öyrənəcəklər. Təlimin məqsədi sözügedən xidmət sahəsində peşəkarlığın yüksəldilməsi, əmək bazarında rəqabətlilik və məşğulluq səviyyəsinin artırılmasıdır.   Ümumilikdə 50 saat müddətində təşkil ediləcək onlayn interaktiv və praktiki məşğələlərdən ibarət təlimin sonunda təlimi müvəffəqiyyətlə başa vuran  iştirakçılara sertifikatlar təqdim olunacaq.   Daha ətraflı məlumatla elan vasitəsilə tanış ola bilərsiniz.

Direktor olmaq istəyənlərin elektron müraciətləri yoxlanılıb

Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində direktor vəzifəsinə işə qəbul üzrə müsabiqədə iştirak etmək istəyən namizədlərin elektron ərizələrinin yoxlanılması başa çatıb.   Müsabiqədə iştirak etmək üçün 4992 namizəd elektron qeydiyyatdan keçib. Onlardan 3270 namizəd test imtahanı mərhələsində iştirak hüququ qazanıb.   Qeyd edək ki, müsabiqə dörd mərhələdən (elektron sənəd qəbulu, test imtahanı, müsahibə və vakansiyalara yerləşdirilmə) ibarətdir. Yaxın günlərdə test imtahanı mərhələsinin keçiriləcəyi tarix barədə məlumat veriləcək.   Test imtahanı mәrhәlәsindә namizәdlәrә әmәk, tәhsil qanunvericiliyi və mәntiq  üzrə 60 test tapşırığı tәqdim olunacaq. Test imtahanı zamanı toplanılan bal yalnız müsahibә mәrhәlәsindә iştirak üçün keçәrlidir. Dövlәt ümumi tәhsil müәssisәlәrinә direktor vәzifәsinә keçid balı namizәdlәrin test imtahanında göstәrdiyi nәticәlәr vә vakansiyaların sayı nәzәrә alınmaqla müәyyәn edilir.   Nəzərinizə çatdırırıq ki, fevral ayının 19-da direktorların işə qəbulu üzrə ilk onlayn sınaq imtahanı keçiriləcək. Sınaq imtahanında direktor vəzifəsinə işə qəbul üzrə müsabiqədə elektron qeydiyyatdan keçmiş şəxslər iştirak edə bilərlər.

Taylandda növbəti tədris ili üçün təqaüd proqramı

Tayland Beynəlxalq Əməkdaşlıq Agentliyi 2021-2022-ci tədris ili üçün magistratura səviyyəsi üzrə təqaüd proqramı elan edir.   Proqram Azərbaycan vətəndaşları üçün Tayland universitetlərində magistratura səviyyəsində təhsil almaq imkanı yaradır. Proqramın şərtlərinə əsasən, dövlət sektorunda çalışan əməkdaşlara üstünlük verilir.   Təqaüd proqramına müraciət üçün son tarix 15 mart 2021-ci il nəzərdə tutulub.   Ətraflı məlumatı elan vasitəsilə əldə edə bilərsiniz.

“Bərbər” ixtisası üzrə bacarıq və səriştələrin qiymətləndirilməsi mərhələsi başa çatıb

“Bərbər”  ixtisası üzrə qeyri-formal və informal yollarla əldə edilmiş bilik, bacarıq, səriştə və təcrübələrin qiymətləndirilməsi həyata keçirilib. Proses Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) təşəbbüsü və “Beauttech” MMC-nin təşkilati dəstəyi ilə ölkə ərazisində mövcud karantin rejiminin tələblərinə əməl olunaraq baş tutub.    Məlum olduğu kimi, bir müddət əvvəl Agentlik tərəfindən “Bərbər”  ixtisasının “Saçın rənglənməsi” və “Saç düzümləri” modulları üzrə qeyri-formal və informal yollarla əldə edilmiş bilik, bacarıq, səriştə və təcrübələrin qiymətləndirilməsinin ilkin mərhələsi test imtahanları formatında onlayn qaydada təşkil edilib.    TKTA tərəfindən yaradılmış Qiymətləndirmə Komissiyasına “D.İ.” Studionun rəhbəri Dmitriy İskakov, “SHER Academy”nin rəhbəri Rövşən İsmayılov və Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin istehsalat təlimi müəllimi Mərziyə İsmayılova cəlb olunub.     Agentliyin nümayəndəsinin sədrlik etdiyi Komissiya tərəfindən qiymətləndirilmə aparıldıqdan sonra yüksək nəticə göstərmiş ərizəçilər dövlət nümunəli sənədlə (sertifikatla) təltif olunacaqlar.   Qeyd edək ki, Nazirlər Kabinetinin müvafiq qərarı ilə “Vətəndaşların peşə təhsili üzrə qeyri-formal və informal təhsil formaları vasitəsilə əldə etdikləri bilik, bacarıq, səriştə və təcrübənin qiymətləndirilməsi və tanınması məqsədilə imtahanın keçirilməsi və onlara peşə ixtisasını təsdiq edən sənədin verilməsi Qaydası” təsdiq edilib.   

Şagirdlərin elektron yerdəyişməsinə başlanılır

17 fevral saat 11:00-dan etibarən şagirdlərin elektron yerdəyişməsi prosesi davam etdiriləcək.    Şagird yerdəyişməsinin elektronlaşdırılması bu prosesdə məktəb və valideyn arasında olan məsafənin azaldılmasına və valideynin təhsil müəssisəsi ilə təmasının daha şəffaf şəkildə təşkilinə xidmət edir.   Qeyd edək ki, yanvarın 8-dən fevralın 17-dək şagirdlərin elektron yerdəyişməsi (www.sy.edu.az) portalı vasitəsilə sorğuların qəbulu müvəqqəti olaraq dayandırılmışdı. Səbəb məktəblərdə siniflərin II yarımil üçün komplektləşdirilməsi ilə bağlı idi.   

Müəllimlərin işə qəbulu üzrə onlayn müsahibələr davam edir

2020-2021-ci tədris ili üzrə müəllimlərin işə qəbulu müsabiqəsinin onlayn müsahibə mərhələsi davam edir.   5 fevral tarixindən etibarən start verilən müsahibələrdə bugünədək 2307 nəfər iştirak edib.   18 fevral tarixində yekunlaşdırılması nəzərdə tutulan müsahibə prosesində indiyədək olan iştirak nisbəti 98,9 faizdir. Müsahibə mərhələsinə ümumilkdə 2948 nəfər dəvət olunub.   Qeyd edək ki, "Microsoft Teams" platforması üzərindən təşkil edilən müsahibələrdə müsahibə komissiyası kimi yerli təhsili idarəetmə orqanlarının rəhbərləri, məktəb direktorları, diaqnostik qiymətləndirmə imtahanında yüksək nəticə göstərmiş fənn müəllimləri və psixoloqlar iştirak edir.   Müsahibə iştirakçılarına uğurlar arzulayırıq!

Şagirdlərin elektron yerdəyişməsinə yenidən start verilir

 17 fevral saat 11:00-dan etibarən şagirdlərin elektron yerdəyişməsi prosesi davam etdiriləcək.    Şagird yerdəyişməsinin elektronlaşdırılması bu prosesdə məktəb və valideyn arasında olan məsafənin azaldılmasına və valideynin təhsil müəssisəsi ilə təmasının daha şəffaf şəkildə təşkilinə xidmət edir.   Qeyd edək ki, yanvarın 8-dən fevralın 17-dək şagirdlərin elektron yerdəyişməsi (www.sy.edu.az) portalı vasitəsilə sorğuların qəbulu məktəblərdə siniflərin II yarımil üçün komplektləşdirilməsi ilə bağlı müvəqqəti olaraq dayandırılmışdı. 

Fənn olimpiadalarının birinci mərhələsinin nəticələri açıqlanıb

10-12 fevral 2021-ci il tarixlərində keçirilən Respublika Fənn Olimpiadalarının rayon (şəhər) mərhələsinin nəticələri açıqlanıb. Nəticələrə əsasən, olimpiadaların respublika mərhələsinin yarımfinal turunda iştirak edəcək şagirdlərin siyahısı ilə  www.olimpiada.edu.az saytından tanış olmaq mümkündür.   Respublika Fənn Olimpiadalarının rayon (şəhər) mərhələsinin ümumi nəticələrini yerli təhsili idarəetmə orqanlarından, həmçinin ümumi təhsil müəssisələrindən əldə edə bilərsiniz.   Rayon (şəhər) mərhələsində uğur qazanan şagirdlər və Təhsil Nazirliyi tərəfindən ötən tədris ilində iştirakı təsdiq edilən beynəlxalq fənn olimpiadalarının qalibləri respublika mərhələsinin yarımfinal turunda iştirak edəcək. Şagirdlərin ümumi nəticələri barədə məlumat yerli təşkilat komitələrinə artıq göndərilib. Növbəti mərhələyə qeydiyyat 24-28 fevral 2021-ci il tarixlərində www.olimpiada.edu.az saytı vasitəsilə aparılacaq.    Qeyd edək ki, Respublika Fənn Olimpiadaları  “Kapital Bank”ın baş sponsorluğu ilə həyata keçirilir.   RFO təşkilat komitəsi və münsiflər heyəti olimpiada iştirakçılarına uğurlar arzulayır!

21/02/2022

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz

Ətraflı
21/02/2022

#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV

Ətraflı
21/02/2022

19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb

Ətraflı