• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

“Əlaqə mərkəzi təmsilçisi” təliminə start verilir

 17 fevral tarixindən etibarən Peşə Təhsili üzrə Dövlət Agentliyi “Əlaqə mərkəzi təmsilçisi” adlı təlimə ərizə qəbulunu açıq elan edir.

 

Təlimdə iştirak üçün son müraciət tarixi 25 fevral 2021-ci il nəzərdə tutulub.

 

Seçilən iştirakçılar təlim proqramı çərçivəsində dövlət qurumları, ticarət, xidmət və digər sektorlardan müraciət edənlərin gözlənti, irad və şikayətlərini təqib və təhlil etməyi, eləcə də mümkün həll yollarını öyrənəcəklər. Təlimin məqsədi sözügedən xidmət sahəsində peşəkarlığın yüksəldilməsi, əmək bazarında rəqabətlilik və məşğulluq səviyyəsinin artırılmasıdır.

 

Ümumilikdə 50 saat müddətində təşkil ediləcək onlayn interaktiv və praktiki məşğələlərdən ibarət təlimin sonunda təlimi müvəffəqiyyətlə başa vuran  iştirakçılara sertifikatlar təqdim olunacaq.

 

Daha ətraflı məlumatla elan vasitəsilə tanış ola bilərsiniz.


3 il əvvəl