• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Qazaxıstanda 2021-2022-ci tədris ili üzrə HTP çərçivəsində təhsil imkanı

Qazaxıstanın Elm və Təhsil Nazirliyi 2021-2022-ci tədris ili üzrə Azərbaycan vətəndaşları üçün təqaüd proqramı elan edir.    Təqaüd proqramı “Qazaxıstan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Azərbaycan Respublikası Təhsil Nazirliyi arasında təhsil sahəsində əməkdaşlığa dair 3 aprel 2017-ci il tarixində imzalanmış müqavilə”yə əsasən həyata keçirilir. Proqram hər iki ölkənin vətəndaşlarına tələbə mübadiləsi əsasında qarşı ölkənin ali təhsil müəssisələrində bakalavriat və magistratura təhsil səviyyələri üzrə təhsil almaq imkanı yaradır.   Təqaüd proqramına müraciət üçün son tarix 30 aprel 2021-ci il nəzərdə tutulub.   Ətraflı məlumatı elan vasitəsilə əldə edə bilərsiniz.

Təhsil işçiləri üçün “Təhsilin ulduzu” müsabiqəsinə start verilir

Təhsil Nazirliyinin dəstəyi  və “T-Network” təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının təşkilatçılığı ilə təhsil işçiləri arasında “Təhsilin ulduzu” müsabiqəsinə start verilir.    Məqsəd tədris prosesində tətbiq oluna bilən, təhsilin inkişafına töhfə verən, real təcrübəyə söykənən yeni yanaşmaları və ideyaları tapmaq, geniş auditoriyaya çatdırmaq, beləliklə, öz fəaliyyətində yeniliklərlə seçilənləri aşkara çıxarıb onlara “Təhsilin ulduzu”nu təqdim etməkdir. Buna görə müsabiqəyə təqdim edilən ideyalar təhsildəki bir problemin həllinə və ya mövcud vəziyyətin yaxşılaşdırılmasına yönəlməlidir.    Müsabiqədə bütün təhsil işçiləri  fərdi qaydada iştirak edə bilər. İştirakçı öz ideyasını əvvəlcə yazılı formada müvafiq keçid (https://bit.ly/3dg04ZW) vasitəsi ilə təqdim etməlidir. Birinci mərhələdə müraciətlər münsiflər heyəti tərəfindən dəyərləndiriləcək və meyarlara uyğun namizədlərlə əlaqə saxlanılacaq. Yazılı müraciətlər 1 mart 2021-ci il tarixinədək qəbul edilir. Müraciəti müsbət dəyərləndirilən namizədlər daha sonra ideyanı təqdim etmək üçün video formatında çıxış hazırlayaraq müsabiqəyə təqdim etməlidirlər. Çıxışlar 15 dəqiqədən çox olmamalıdır. Videoçıxışlar 15 mart 2021-ci il tarixinədək  info@tnetwork.az e-mail ünvanına göndərilməlidir.   Ən yaxşı 3 ideyanın müəllifi yekun təşkil ediləcək tədbirdə çıxışlarını canlı təqdim edəcəklər. Canlı yayımda “Təhsilin ulduzu” seçiləcək. Final mərhələsinin tarixi yaxın günlərdə açıqlanacaq. Qalib iştirakçıya “Təhsilin ulduzu” kuboku, fəxri diplom və planşet təqdim ediləcək.   Qeyd edək ki, müsabiqənin qiymətləndirmə meyarları, münsiflər heyəti ilə bağlı T-Network platformasından (http://tnetwork.az/) ətraflı məlumat əldə edə bilərsiniz.  Əziz təhsil işçiləri, hər birinizi “Təhsilin ulduzu” müsabiqəsində iştirak etməyə, öz təcrübələrinizə əsaslanaraq təhsil prosesində həllini vacib hesab etdiyiniz məsələlərlə bağlı yeni yanaşmalarınızı, təklifərinizi, müşahidə və qənaətlərinizi paylaşmağa dəvət edirik.  

Universitetlərdə ənənəvi tədris qismən bərpa olunub

Fevralın 16-dan ali və orta ixtisas təhsili, eləcə də peşə təhsili müəssisələrində ənənəvi tədris forması qismən bərpa olunub.   Bu gündən etibarən sözügedən təhsil müəssisələrində praktiki məşğələlər tələb olunan ixtisaslar üzrə (müvafiq laboratoriya və xüsusi təchiz edilmiş auditoriyalarda) və təhsilalanların fiziki iştirakını tələb edən fənlərin və mövzuların əvvəlcədən müəyyən edilmiş cədvəllər üzrə tədrisi (tibb, yaradıcılıq, mühəndislik və s.) ənənəvi formada aparılacaq.   Qeyd edək ki, digər ixtisaslar üzrə tədris isə distant qaydada davam etdiriləcək.   

Təhsil naziri Litva Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri ilə görüşüb

Fevralın 15-də təhsil naziri Emin Əmrullayev Litva Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Eqidius Navikas ilə görüşüb.   Görüş zamanı Azərbaycan Respublikası ilə Litva Respublikası arasında təhsil sahəsində əlaqələrin hazırkı vəziyyəti və mümkün əməkdaşlıq perspektivləri müzakirə edilib.

Bakı Mühəndislik Universitetində Himayəçilər Şurasının iclası keçirilib

Bakı Mühəndislik Universitetində (BMU) Himayəçilər Şurasının növbəti iclası keçirilib.   Təhsil nazirinin müavini İdris İsayevin sədrliyi ilə baş tutan iclasda Şuranın üzvləri - Təhsil Nazirliyi Aparat rəhbərinin müavini Yaqub Piriyev, AMEA-nın Fizika İnstitutunun direktoru Arif Həşimov, “Azərkimya” İstehsalat Birliyinin baş direktoru İmran Arzumanzadə, “SAP Azerbaijan” şirkətinin baş meneceri Rüfət Hacıəlibəyov və universitetin müəllim-professor heyəti iştirak edib.   Əvvəlcə Vətən uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.   Açılış nitqi ilə çıxış edən təhsil nazirinin müavini İdris İsayev torpaqlarımızın işğaldan azad edilməsinin 200 illik tariximizin ən mühüm hadisəsi olduğunu vurğulayıb. Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə tarixi ədalətin bərpa olunduğunu, qısa müddətli hərbi əməliyyatlar nəticəsində möhtəşəm qələbə əldə edildiyini qeyd edən nazir müavini əlavə edib ki, bununla da bütün dünya sürətlə inkişaf edən Azərbaycanın, onun Prezidenti və Ordusunun gücünün bir daha əyani şahidi oldu. İdris İsayev çıxışında 2020-ci ildə ölkə başçısının rəhbərliyi ilə təhsil sahəsində aparılan islahatlardan da danışıb, ali təhsil sistemi ilə bağlı mövcud pandemiya şəraitində görülmüş işlərə, təhsilalanların və təhsilverənlərin sosial müdafiəsinin gücləndirilməsi ilə əlaqədar dövlət tərəfindən həyata keçirilən tədbirlərə toxunub.   İdris İsayev Himayəçilər Şurasının ali təhsil müəssisəsinin strateji inkişaf məsələləri üzrə fəaliyyət göstərən idarəetmə orqanı olduğunu və iclasın gündəliyinin “Dövlət tərəfindən yaradılan ali təhsil müəssisələrinin Himayəçilər Şurası haqqında Əsasnamə”sinə uyğun tərtib edildiyini bildirib.   Daha sonra çıxış edən BMU-nun rektoru Havar Məmmədov hesabat məruzəsində universitetin fəaliyyət istiqamətlərinə toxunub və 2020-2021-ci tədris ilində BMU-ya tələbə qəbulu üzrə yüksək göstəricilərin qeydə alındığını diqqətə çatdırıb. Rektor ötən il universitetə yeni və innovativ ixtisaslar üzrə tələbə qəbulunun həyata keçirildiyini, distant təhsilin əhatə dairəsinin genişləndirilməsi və təhsildə keyfiyyətin artırılması sahəsində işlərin daha da təkmilləşdirilməsi məqsədilə Distant Təhsil və Keyfiyyətin Təminatı Mərkəzinin fəaliyyətə başladığını bildirib. BMU-da elmi araşdırmaların sayının əhəmiyyətli dərəcədə artdığını qeyd edən Havar Məmmədov universitetin beynəlxalq əlaqələrindən də söz açıb və bildirib ki, 6 ölkənin nüfuzlu ali təhsil müəssisələri ilə əməkdaşlıq müqavilələri imzalanıb, eyni zamanda Koreyanın İnha Universiteti ilə ikili diplom proqramı icra edilir. Sosial və ictimai fəaliyyətlərdən söz açan rektor ötən il universitetdə tələbərlə aktiv iş aparıldığını, onların narahat edən problemlərə həssaslıqla yanaşıldığını  qeyd edib.   İclas universitetin elmi işlər üzrə prorektoru Elçin Süleymanovun Strateji İnkişaf Proqramının 2020-ci ildəki icra vəziyyəti barədə təqdimatı ilə davam edib.   Sonra BMU-nun baş mühasibi Samir Musayevin, Audit Komitəsinin üzvü Elçin Əhmədovun 2020-ci ili əhatə edən hesabatları dinlənilib.   Gündəlikdəki məsələlərlə bağlı Şuranın üzvləri çıxış edərək rəy və təkliflərini bildiriblər. Strateji İnkişaf Proqramından irəli gələn vəzifələr ətraflı şəkildə müzakirə olunub, gələcək fəaliyyətlə bağlı müvafiq vəzifələr müəyyənləşdirilib.   İclasda gündəlikdəki məsələlər səsə qoyularaq təsdiq olunub.    Sonda Himayəçilər Şurasının cari il üzrə iş planı qəbul edilib.

Peşə təhsili üzrə teledərslərin 16 fevral cədvəli

Peşə Təhsili üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə "ARB Günəş" telekanalında yayımlanan peşə teledərslərinin 16 fevral tarixi üçün cədvəlini təqdim edirik. Dərslər saat 18:10-da yayımlanacaq.   Qeyd edək ki, teledərsləri Peşə Təhsili üzrə Dövlət Agentliyinin rəsmi "Youtube" (https://bit.ly/2WYaWU9) kanalı ilə yanaşı, "Facebook" (https://bit.ly/34erIjf) səhifəsindən və Təhsil Nazirliyinin videodərslər portalından (https://video.edu.az/) izləmək mümkündür.

Təhsil Nazirliyi vətəndaşları video formatda qəbul edəcək

Təhsil Nazirliyi tərəfindən 15 fevral tarixindən etibarən vətəndaş qəbulu prosesi videoqəbul formatında həyata keçiriləcək.    Videoqəbulların təşkilində əsas məqsəd vətəndaş qəbulu prosesini səmərəli təşkil etməkdir.    Nazirliyin vəzifəli şəxslərinin qəbuluna yazılmaq istəyən vətəndaşlar Telefon Məlumat Mərkəzinin 146-1 nömrəli telefonuna zəng etməklə qəbula yazıla bilərlər. Videoqəbullarda müraciətlərə “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq baxılacaq.   Qeyd edək ki, qəbul günləri haqqında məlumatları Telefon Məlumat Mərkəzinin əməkdaşlarından əldə edə bilərsiniz. 

Bakı, Sumqayıt və Abşeronda V-IX sinif şagirdləri məktəbə yollanıb - FOTO

 Fevralın 15-dən Bakı, Sumqayıt və Abşeronda yerləşən ümumi təhsil müəssisələrinin V-IX siniflərində ənənəvi tədris forması qismən bərpa olunub.    Bu gün Bakı üzrə 225 692 nəfər, Sumqayıt üzrə 27 675 nəfər, Abşeron üzrə isə 29 216 nəfər V-IX sinif şagirdi  məktəbə gedib.    Bu günə dair məktəblərdən çəkilmiş görüntüləri diqqətinizə çatdırırıq.

Direktor vəzifəsinə işə qəbul üzrə müsabiqəyə elektron sənəd qəbulu başa çatıb

Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində direktor vəzifəsinə işə qəbul üzrə elektron sənəd qəbulu başa çatıb. Müsabiqədə iştirak etmək üçün 4992 namizəd elektron qeydiyyatdan keçib. Onlardan 3743 nəfəri elektron ərizəsini təsdiq edib. Bu say direktorların işə qəbulu üzrə ötənilki müsabiqələrlə müqayisədə rekord göstəricidir.   Qeyd edək ki, müsabiqə dörd mərhələdən (elektron sənəd qəbulu, test imtahanı, müsahibə və vakansiyalara yerləşdirilmə) ibarətdir. Hazırda elektron ərizələrin yoxlanılması prosesi həyata keçirilir. Proses başa çatdıqdan sonra test imtahanı mərhələsinin keçiriləcəyi tarix barədə məlumat veriləcək.   Test imtahanı mәrhәlәsindә namizәdlәrә әmәk, tәhsil qanunvericiliyi və mәntiq  üzrə 60 test tapşırığı tәqdim olunacaq. Test imtahanı zamanı toplanılan bal yalnız müsahibә mәrhәlәsindә iştirak üçün keçәrlidir. Dövlәt ümumi tәhsil müәssisәlәrinә direktor vәzifәsinә keçid balı namizәdlәrin test imtahanında göstәrdiyi nәticәlәr vә vakansiyaların sayı nәzәrә alınmaqla müәyyәn edilir.   Nəzərinizə çatdırırıq ki, fevral ayının 19-da direktorların işə qəbulu üzrə ilk onlayn sınaq imtahanı keçiriləcək. Sınaq imtahanında direktor vəzifəsinə işə qəbul üzrə müsabiqədə elektron qeydiyyatdan keçmiş şəxslər iştirak edə bilərlər.

Apellyasiya Şurasının növbəti iclası keçirilib

Fevralın 12-də təhsil nazirinin müavini, nazirliyin Apellyasiya Şurasının sədri Firudin Qurbanovun rəhbərliyi ilə şuranın növbəti iclası keçirilib.   “Microsoft Teams” platforması üzərindən keçirilən iclasda Təhsil Nazirliyinin Hüquq şöbəsində Normativ-hüquqi təminat sektorunda aparıcı məsləhətçi vəzifəsinə namizəd Fərid Əhmədovun, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İnkişaf layihələri sektorunda aparıcı məsləhətçi vəzifəsinə namizədlər Zərifə Səmədzadənin və Əliağa Hüseyninin, Daxili nəzarət sektorunda məsləhətçi vəzifəsinə namizədlər Aytac Nəsirovanın və Vüqar Şahbazovun, Balakən Rayon Təhsil Şöbəsində aparıcı məsləhətçi vəzifəsinə namizəd Sevinc İbadovanın, Astara Rayon Təhsil Şöbəsində məsləhətçi vəzifəsinə namizədlər Elçin Mirzəzadənin və Elgün Şabanovun, Cəlilabad Rayon Təhsil Şöbəsində aparıcı məsləhətçi vəzifəsinə namizəd Nərmin Məmmədlinin və Mingəçevir Şəhər Təhsil Şöbəsində məsləhətçi vəzifəsinə namizəd Vüqar Teymurovun müsahibə nəticələri ilə əlaqədar şikayətlərinə  baxılıb.   İclasda müsahibə komissiyaları üzvlərinin təqdim etdiyi məlumat və videogörüntülər əsasında şikayətlər araşdırılıb. 4 nəfərin şikayətinin  təmin olunması,  6 nəfərin  şikayətinin təmin olunmaması barədə Şura tərəfindən qərar qəbul olunub.

21/02/2022

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz

Ətraflı
21/02/2022

#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV

Ətraflı
21/02/2022

19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb

Ətraflı