• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Fənn olimpiadalarının birinci mərhələsinin nəticələri açıqlanıb

10-12 fevral 2021-ci il tarixlərində keçirilən Respublika Fənn Olimpiadalarının rayon (şəhər) mərhələsinin nəticələri açıqlanıb. Nəticələrə əsasən, olimpiadaların respublika mərhələsinin yarımfinal turunda iştirak edəcək şagirdlərin siyahısı ilə  www.olimpiada.edu.az saytından tanış olmaq mümkündür.

 

Respublika Fənn Olimpiadalarının rayon (şəhər) mərhələsinin ümumi nəticələrini yerli təhsili idarəetmə orqanlarından, həmçinin ümumi təhsil müəssisələrindən əldə edə bilərsiniz.

 

Rayon (şəhər) mərhələsində uğur qazanan şagirdlər və Təhsil Nazirliyi tərəfindən ötən tədris ilində iştirakı təsdiq edilən beynəlxalq fənn olimpiadalarının qalibləri respublika mərhələsinin yarımfinal turunda iştirak edəcək. Şagirdlərin ümumi nəticələri barədə məlumat yerli təşkilat komitələrinə artıq göndərilib. Növbəti mərhələyə qeydiyyat 24-28 fevral 2021-ci il tarixlərində www.olimpiada.edu.az saytı vasitəsilə aparılacaq. 

 

Qeyd edək ki, Respublika Fənn Olimpiadaları  “Kapital Bank”ın baş sponsorluğu ilə həyata keçirilir.

 

RFO təşkilat komitəsi və münsiflər heyəti olimpiada iştirakçılarına uğurlar arzulayır!


3 il əvvəl