• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

“Gələcək üçün Peşə Təhsili və Təlimi” layihəsi yeni fürsətlər yaradır

 “Gələcək üçün Peşə Təhsili və Təlimi” layihəsinin onlayn qaydada təqdimat tədbiri keçirilib.

 

Avropa İttifaqının (Aİ) maliyyələşdirdiyi və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (BMTİP) həyata keçirdiyi bu dörd illik layihə əmək bazarının mövcud ehtiyaclarına uyğun tədrisin təşkili məqsədilə peşə təhsili müəssisələrinin müasirləşdirilməsində Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinə dəstək olacaq. Azərbaycanda peşə təhsilinin müasirləşdirilməsinə yönələn layihə 5.6 milyon avro dəyərindədir.

 

Layihənin təqdimat tədbirində təhsil naziri Emin Əmrullayev gələcək tələblərə cavab verən bacarıqların inkişaf etdirilməsinin vacibliyini vurğulayıb. Nazir qeyd edib ki, peşə təhsili iqtisadiyyatın gələcəyi, həmçinin əmək bazarı, təhsil təminatı və iqtisadiyyat arasında olan məqsədyönlü əlaqənin qurulması baxımından böyük əhəmiyyət daşıyır. Nazirin sözlərinə görə, məhz bacarıq və səriştələr növbəti illərdə iqtisadiyyatın dayanıqlı və rəqabətədavamlı inkişafını təmin edən məsələlərdən olmalıdır.

 

Tədbirdə çıxış edən Aİ-nin Azərbaycandakı səfiri Kestutis Yankauskas qeyd edib ki, peşə təhsili və təlimi üzrə icrasına başlanılan bu yeni proqram Azərbaycanda insan kapitalı üçün edilən əsaslı sərmayədir. Kestutis Yankauskas bildirib ki, keyfiyyətli peşə təhsili iqtisadi böyümə və rəqabətə davamlı iş mühiti üçün əsas təşviqedici amillərdən biridir.

 

Tədbirdə qeyd edilib ki, layihə innovasiya və rəqəmsallaşdırmanın tətbiqi, dayanıqlı və gələcək bacarıq üzrə konsepsiyaların inteqrasiyası, layihə üzrə seçilmiş yeddi peşə təhsili müəssisəsi üçün avadanlıq və infrastrukturun müasirləşdirilməsi, eləcə də peşə təhsili müəssisələrinin şəbəkələşdirilməsi və potensialının artırılması sahələrində fəaliyyət göstərəcək. Layihə ilə ölkə daxilində 3 000-dən çox şəxs peşə təhsili müəssisələrinin müasirləşdirilməsindən birbaşa faydalanacaq.

 

Tədbirdə çıxış edən BMT-nin İnkişaf Proqramının Azərbaycandakı Rezident nümayəndəsi Alessandro Frakassetti də öz növbəsində bildirib ki, keyfiyyətli təhsilin təmin edilməsi gələcəyin işlərinə Azərbaycanın bacarıqlı gənclərini hazırlayacaq, eləcə də hər kəs üçün keyfiyyətli təhsil imkanlarını təbliğ edərək Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasına töhfə verəcək. Layihə Avropa İttifaqının “Məşğulluq üçün Təhsil” Proqramı çərçivəsində tam maliyyələşdirilir və 2024-cü ildə başa çatacaq.


3 il əvvəl