• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

İctimaiyyətlə əlaqələrə məsul şəxslər üçün təlim

Martın 12-də Təhsil Nazirliyinin təşkilatçılığı ilə yerli təhsili idarəetmə qurumlarının ictimaiyyətlə əlaqələrə məsul şəxsləri üçün onlayn təlim keçiriləcək.

 

Təlimin təşkilində məqsəd regionlarda ictimaiyyətlə əlaqələrə dair  iş keyfiyyətinin artırılması, ictimaiyyətlə əlaqələr üzrə məsul şəxslərin peşə bacarıqlarının inkişaf etdirilməsindən ibarətdir.

 

Təlim rayon (şəhər) təhsil şöbələrinin (idarələrinin) rəsmi  internet saytının və sosial şəbəkələrdəki səhifələrinin idarə edilməsi, media ilə əlaqə, böhran vəziyyətlərində kommunikasiya, daxil olan sorğuların operativ cavablandırılması kimi mövzuları əhatə edir.

 

Qeyd edək ki, bu istiqamətdə təlimlərin mütəmadi təşkili nəzərdə tutulur.


3 il əvvəl