• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Taylandda təqaüd proqramına müraciət üçün 5 gün qaldı

Tayland Beynəlxalq Əməkdaşlıq Agentliyi 2021-2022-ci tədris ili üçün magistratura səviyyəsi üzrə təqaüd proqramı elan edir.   Proqram Azərbaycan vətəndaşları üçün Tayland universitetlərində magistratura səviyyəsində təhsil almaq imkanı yaradır. Proqramın şərtlərinə əsasən, dövlət sektorunda çalışan əməkdaşlara üstünlük verilir.   Təqaüd proqramına müraciət üçün son tarix 15 mart 2021-ci il nəzərdə tutulub. Təqaüd proqramı ilə bağlı sualları htpinfo@edu.gov.az elektron ünvanına göndərmək mümkündür.   Ətraflı məlumatı elan vasitəsilə əldə edə bilərsiniz.

“Milli dəyərlərimiz-ornamentlər” adlı rəsm müsabiqəsi

10 mart- 30 aprel tarixlərində Təhsil Nazirliyinin dəstəyi və Gənclərin Respublika Bədii Yaradıcılıq Evinin təşkilatçılığı ilə məktəbdənkənar təhsil müəssisələrinin dərnək üzvləri arasında “Milli dəyərlərimiz-ornamentlər” adlı onlayn respublika rəsm müsabiqəsinə start verilir.   Müsabiqənin keçirilməsində əsas məqsəd uşaq və gəncləri milli-mənəvi və ümumbəşəri dəyərlərə hörmət ruhunda tərbiyə etmək, adət-ənənələrimizin qorunub saxlanılmasına marağı artırmaq, yeni istedadları üzə çıxarmaq və uşaqların yaradıcılıq bacarıqlarının inkişaf etməsinə dəstək olmaqdan ibarətdir.   Mövcud pandemiya şəraiti ilə əlaqədar onlayn platformada təşkil olunan müsabiqə 3 yaş qrupu (6-10, 11-15, 16-20) üzrə 2 mərhələdə keçirilir.   I mərhələ - 10 mart - 25 aprel 2021-ci il -  Bu mərhələdə rəsm işləri grbye@mk.edu.az elektron ünvanına və ya +99455-539-55-22 əlaqə nömrəsinə whatsap proqramı vasitəsi ilə göndərilməlidir.   II mərhələ - 26-30 aprel 2021-ci il -  Bu mərhələdə qaliblər müəyyən edilir.   Müsabiqə üzrə tələblər aşağıdakılardır: - müsabiqəyə Azərbaycan xalqına məxsus milli ornamentləri, naxışları özündə əks etdirən rəsmlər təqdim olunmalıdır; - müsabiqəyə hər müəssisədən yaş qrupları üzrə 1 iştirakçı yalnız 1 rəsm işi təqdim etməlidir; - rəsm işinin ölçüsünə məhdudiyyət qoyulmur; -rəsmlərin işlənmə texnikası sərbəstdir; - seçim zamanı iştirakçının yaşı nəzərə alınmaqla düzgün kompozisiya və ideya əsas götürülür; - Müsabiqəyə təqdim olunan rəsmin aşağı sağ küncündə iştirakçının adı, soyadı, ata adı, təvəllüdü, məşğul olduğu müəssisənin, şəhərin (rayonun) adı göstərilməlidir. Müsabiqənin qalibləri və fəal iştirakçıları Təhsil Nazirliyi Gənclərin Respublika Bədii Yaradıcılıq Evinin diplom və sertifikatları ilə təltif olunacaq.

2400-ə yaxın şagirdin biliyi yoxlanılıb

III, VI və VII sinif şagirdləri arasında keçirilən milli qiymətləndirmə tədqiqatı davam edir. Bu günə qədər 20 region üzrə III sinifdə təhsil alan şagirdlərin qiymətləndirməsi yekunlaşıb.   Təqribən 2400  nəfər III sinif şagirdinin  tədris dili, riyaziyyat, xarici dil, fiziki tərbiyə, musiqi, texnologiya, təsviri incəsənət və həyat bilgisi fənləri üzrə bilikləri yoxlanılıb.   Qeyd edək ki, milli qiymətləndirmə şagirdlərin məktəbdaxili qiymətləndirmə üzrə nəticələrinə təsir göstərmir. Bu qiymətləndirmə tədqiqat xarakteri daşıyır və tədris ili ərzində mütəmadi təşkil olunacaq. Tədqiqatın nəticələri əsasında şagirdlərə dəstək üsulları hazırlanacaq.

Təhsil naziri Dünya Bankının Azərbaycandakı nümayəndəliyinin rəhbəri ilə görüşüb

Martın 9-da təhsil naziri Emin Əmrullayev Dünya Bankının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Sara Maykl ilə görüşüb.   Görüş zamanı Dünya Bankının təhsil sahəsində həyata keçirdiyi layihələr haqqında məlumat verilib və gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib. 

Respublika fənn olimpiadalarının yarımfinal turu keçirilir

Martın 10-da  respublika fənn olimpiadalarının yarımfinal turu keçirilir. Yarımfinal turu Bakı şəhərində 12, Naxçıvan Muxtar Respublikasında 1 və bölgələrdə 22 mərkəz olmaqla ümumilikdə 35 mərkəzdə təşkil edilib.   Yarımfinal turu Azərbaycan dili və ədəbiyyat, riyaziyyat, fizika, kimya, biologiya, tarix və coğrafiya fənləri üzrə keçirilir. İnformatika fənni üzrə yarımfinal turu isə  martın 8-də təşkil olunub.   Yarımfinal turunun nəticələrinə əsasən, finalda iştirak edəcək şagirdlər müəyyən ediləcək. Qaydalara görə, hər bir fənn üzrə aşağı yaş qrupu üzrə 24, yuxarı yaş qrupu üzrə isə 48 şagird final turunda iştirak edəcək.   Qeyd edək ki, respublika fənn olimpiadasının rayon (şəhər) mərhələsi 10-12 fevral tarixlərində 28 mindən çox şagirdin iştirakı ilə keçirilib.   Respublika fənn olimpiadaları “Kapital Bank”ın sponsorluğu ilə təşkil edilir.

“Azərbaycana xoş gəlmisiniz!” beynəlxalq onlayn görüş

Təhsil Nazirliyinin dəstəyi və 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə turizm və ekologiya mövzusuna həsr olunmuş “Azərbaycana xoş gəlmisiniz!” adlı beynəlxalq onlayn görüş keçirilib.   Koronavirus (COVİD 19) pandemiyası ilə əlaqədar onlayn platformada təşkil olunan tədbirin keçirilməsində əsas məqsəd müxtəlif ölkələrin turizm və səyahətlə məşğul olan uşaq və gənclərini bir araya gətirmək, onlar arasında dostluq əlaqələri yaratmaq, xaricdə yaşayan uşaq və gənclərə Azərbaycanın tarixi və görməli yerlərini tanıtdırmaq, uşaq və gənclərdən ibarət turist qruplarını Azərbaycana səyahətə cəlb etməkdən ibarət olub.   Görüşdə Belarus, Ukrayna, Rusiya, Moldova, Qazaxıstan, Tacikistan və Azərbaycanın uşaq-gənclər inkişaf mərkəzlərinin, gənc turist və diyarşünaslıq stansiyalarının turizm, diyarşünaslıq və ekoloji istiqamətlər üzrə dərnəklərində məşğul olan 12-17 yaşlı məktəblilər və pedaqoji heyət iştirak edib.   İştirakçılar Azərbaycan haqqında - onun tarixi, təbiəti, memarlığı, mətbəxi, adət-ənənələri barədə bildikləri məlumatları bölüşüb, onlayn platformada təqdimatlarla, Azərbaycanın görməli və səfalı yerləri ilə tanış olublar. Həmçinin mərkəzin “Gənc səyahətçilər” dərnəyinin təklif etdiyi yeni layihələr və səyahətlər barədə müzakirələr aparılıb.

Harvardlı alim “Yeni çağırışlar” proqramında

Martın 8-də “Yeni çağırışlar” onlayn müzakirə proqramının növbəti buraxılışı yayımlanıb. Bu buraxılışda Harvard Universitetində Dəyişiklik üzrə liderlik qrupunun qurucusu, dünyaca tanınmış təhsil tədqiqatçısı, alim və yazıçı Toni Vaqner öz təcrübələrini bölüşüb.   Təhsil Nazirliyinin dəstəyi və "T-Network" təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının təşkilatçılığı ilə davam edən “Yeni çağırışlar”da beynəlxalq qiymətləndirmə proqramlarında qabaqcıl ölkələrin təhsilinin uğur təcrübəsi, təhsildə yenilik, dəyişiklik və liderlik, qeyri-ənənəvi təhsil haqqında danışılıb.   Proqramda Harvardlı alim Toni Vaqner səriştə əsaslı təhsilin vacibliyini diqqətə çatdıraraq bu günün və gələcəyin əsas bacarıqlarını 7 başlıqda təqdim edib: Tənqidi düşüncə və problem həll etmə, müxtəlif qruplarla əməkdaşlıq  və onlara təsir etmə, çeviklik və adaptasiya, təşəbbüskarlıq, şifahi və yazılı ünsiyyət, məlumatın əldə edilməsi və onun təhlili, xəyal etmə və kəşf marağı. Bununla yanaşı, alim əlavə edib ki, sual vermək və hesabatlılıq bacarığının formalaşdırılması da təhsilin əsas məqsədini təşkil etməlidir. Hər şeyi bilən yox, bildiyini tətbiq edən yetişdirilməlidir. Bu bacarıqlar fəal vətəndaşlığın əsas sütunudur. Süni intellektin təhsildə fərdiləşməni daha da inkişaf etdirəcəyini vurğulayan qonaq təhsil alanlar üçün rəqəmsal portfelin hazırlanmasının əhəmiyyətini də xüsusi qeyd edib.   Qeyd edək ki, “Yeni çağırışlar”ın əvvəlki qonaqları dünyaca məşhur "Khan Academy"nin qurucusu və CEO-su Sal Khan, Nobel Sülh mükafatçısı, professor Məhəmməd Yunus, tanınmış təhsil tədqiqatçısı və yazıçı Dr. Özgür Bolat, dünyaca məşhur finlandiyalı professor Pasi Sahlberg olub. "Yeni çağırışlar” müzakirə proqramı haqqında ətraflı məlumatla T-network-un "Facebook" səhifəsindən ( https://www.facebook.com/tnetwork.az) tanış ola bilərsiniz.

Təhsildə inklüzivlik üzrə təlim keçirilib

Avropa İttifaqının maliyyələşdirdiyi və BMT-nin İnkişaf Proqramının həyata keçirdiyi "Ənənəvi incəsənət vasitəsilə inklüziv təhsilin təşviqi" layihəsinin mütəxəssisləri tərəfindən peşə təhsil müəssisələrinin rəhbərləri üçün peşəkar təlim keçirilib. Təlimdə peşə təhsili müəssisələrindən 18 nəfər nümayəndə iştirak edib.   Təlim proqramı əlilliyin sosial modeli və inklüzivliyin prinsipləri, inklüziv mühitin yaradılması, təlimə dəstək planının strukturu və istifadə qaydaları, inklüziv təhsilin təşkili, eləcə də tədris prosesinin müxtəlif diaqnozlara uyğunlaşdırılması və tədris hədəflərinin müəyyənləşdirilməsi kimi mövzularını əhatə edir.   Qeyd edək ki, bu təşəbbüs “Vətəndaş cəmiyyətinin iştirakı və inklüziv təhsilin tətbiqi vasitəsilə Azərbaycanda təhsil sisteminin müasirləşdirilməsi” proqramı çərçivəsində həyata keçirilib.

İkili diplom proqramına sənədlərin qəbulu

ABŞ-ın Corc Vaşinqton Universiteti (CVU) və Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) arasında magistratura səviyyəsi üzrə birgə təşkil edilən ikili diplom proqramı çərçivəsində 2021-2022-ci tədris ili üçün sənəd qəbulu davam edir. Proqram üzrə ixtisaslar “Təhsil və insan inkişafı”, “Təhsil siyasəti və liderlik” (CVU),  “Menecment”dir (təhsilin təşkili və idarəolunması) (ADPU).   Müsabiqədə bakalavriat səviyyəsinin “Təhsil”, “Humanitar və sosial”, “İqtisadiyyat və idarəetmə” və “Təbiət” ixtisasları qruplarında yer alan ixtisaslardan birini bitirən şəxslər iştirak edə bilərlər.   Dövlət Proqramı çərçivəsində maliyyələşdirilən ikili diplom proqramının müddəti 2 ildir. Proqramı uğurla başa vuran tələbələr hər iki ali təhsil müəssisəsinin diplomunu əldə edəcəklər.   Proqram üzrə sənədlərin son qəbul tarixi 20 aprel 2021-ci ildir. İkili diplom proqramı ilə bağlı əlavə məlumat və müraciət qaydaları ilə elan vasitəsilə tanış olmaq mümkündür.

Yuxarı siniflər üzrə eşitməsində çətinliyi olan uşaqlar üçün teledərslər

Martın 10-dan “Dərs vaxtı”nda yuxarı siniflər üzrə eşitməsində çətinliyi olan uşaqlar üçün teledərslərin yayımına başlanılır.   Dərslər səs, daktil, mimika və jestlər əsasında hazırlanır. Prosesə pedaqoji metod, üsul və vasitələrdən istifadə edərək eşitmə qavrayışını və nitqi inkişaf etdirən, tələffüzü formalaşdıran surdopedaqoqlar da cəlb olunublar. Məqsəd çətinliklərə baxmayaraq, bütün uşaqların öyrənməsini təmin etməkdir.   Xatırladaq ki, fevralın 9-dan Təhsil Nazirliyinin dəstəyi ilə “Mədəniyyət” telekanalında efirə gedən “Dərs vaxtı” proqramı çərçivəsində ibtidai siniflər üzrə eşitməsində çətinliyi olan uşaqlar üçün teledərslər yayımlanır.  

21/02/2022

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz

Ətraflı
21/02/2022

#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV

Ətraflı
21/02/2022

19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb

Ətraflı