• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Məktəblərdə “COVİD-19”-la bağlı vəziyyətə dair məlumat

Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyətinin təşkili ilə bağlı əlavə tədbirlər barədə” qərarına və Təhsil Nazirliyinin müvafiq əmrinə əsasən, fevralın 1-dən ölkə üzrə ümumi təhsil müəssisələrində ənənəvi tədris qismən davam etdirilir. 22 fevral - 10 mart tarixlərində ölkə ərazisində 4416 məktəb, 89223 sinifdə qismən ənənəvi tədris təşkil edilib.

 

22 fevral - 10 mart tarixlərində distant təhsilə keçirilmiş siniflərin sayı 302 (ümumi siniflərin 0.34 faizi), distant təhsilə keçirilmiş məktəblərin sayı 13-dür (ümumi məktəblərin 0.29 faizi). Gigiyena və Epidemiologiya mərkəzlərinin qərarına əsasən, distant təhsilə keçirilmiş təhsil müəssisələri Respublika İncəsənət Gimnaziyası,  Bakı şəhəri Müşfiqabad qəsəbəsi 274 və 320 nömrəli, Gəncə şəhəri 37 nömrəli və V.Əliyev adına 12 nömrəli,  Mingəçevir şəhəri  N.Nərimanov adına 1 nömrəli, Ağdam rayonu 19 nömrəli  və Əfətli kənd,  Şəki rayon Baş Zəyzid kənd və 9 nömrəli, Kəlbəcər rayon 1 nömrəli, Qazax rayonu İ. Şıxlı adına Kosalar kənd  və  Şəmkir rayon Dəllər-Cəyir kənd tam orta məktəbləridir.  

 

Daha öncə distant təhsilə keçirilmiş Bakı şəhəri 82 nömrəli və 106 nömrəli tam orta məktəblərində tədris ənənəvi formada davam etdirilir.


3 il əvvəl