• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

“Əmək bazarının təhlili” mövzusunda onlayn görüş keçiriləcək

Aprelin 2-də Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən “Əmək bazarında işçi qüvvəsinə olan tələb və təklif, prioritet peşə ixtisaslarının müəyyən edilməsi” mövzusunda konfrans təşkil olunacaq.

 

Onlayn keçirilməsi nəzərdə tutulan konfransda işəgötürənlərin kadr ehtiyacları, müvafiq peşə sahələri üzrə peşəkar işçilərin müəyyənləşdirilməsində yaranan problemlər, cari ildə prioritet peşə ixtisaslarının qiymətləndirilməsi və tanınması yönündə görüləcək işlər kimi aktual mövzular müzakirə olunacaq. Əlavə olaraq, Agentlik tərəfindən əmək bazarının təhlilinə dair keçirilmiş sorğunun nəticələri əsasında hazırlanmış hesabat iştirakçılara təqdim olunacaq.

 

Konfransda iştirak etmək üçün müvafiq link vasitəsilə qeydiyyatdan keçməyiniz xahiş olunur:

https://docs.google.com/forms/d/e/1FAIpQLSfo7fuGt1tXfrjWhg35ZDBF36-EXFPemKyuzfZYvdwraOCkwg/viewform?usp=sf_link

 

Qeyd edək ki, onlayn konfransa dair keçid yalnız qeydiyyatdan keçmiş şəxslərə göndəriləcək


3 il əvvəl