• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

“Yeni çağırışlar”da Türkiyənin təhsil təcrübəsindən danışılıb

Martın 17-si “Yeni çağırışlar” onlayn müzakirə proqramının növbəti buraxılışı yayımlanıb. Bu buraxılışda qonaq olan Türkiyənin Təhsil Dərnəyinin (TED) prezidenti Səlcuq Pəhlivanoğlu ölkəsinin təhsil təcrübəsi, təhsildə dəyişiklik və liderlik, davamlı öyrənmə və XXI əsrdə tələb edilən yeni bacarıqlar haqqında fikirlərini bölüşüb.

 

Səlcuq Pəhlivanoğlu təhsilin məqsədi haqqında danışarkən bildirib ki, prezidenti olduğu qurumda uşaqlara uğurlu yox, xoşbəxt olmaları üçün təhsil verilir. Qonağın fikrincə uğur imtahan nəticələri ilə ölçülür, xoşbəxtlik isə insanın özünü tanıması, özü ilə barışıq olması ilə əlaqəlidir. Buna görə TED-in təhsil prosesində incəsənət və sosial fəaliyyət də əsas yer alır. TED prezidenti təhsilalanların qiymətləndirilməsi barədə fikirlərini paylaşarkən qeyd edib ki, TED-də qiymətləndirmənin məqsədi fərqlidir. İmtahanlar biliyin qiymətləndirilməsini deyil, yetkinliyi, səriştəni ölçmək məqsədi daşıyır. Çünki biliyi ölçən imtahanlar əzbərçiliyə söykənir, səriştəni ölçmək məqsədi ilə keçirilən imtahanlar isə mühakiməni, yaradıcılığı dəyərləndirir. PISA kimi qiymətləndirmə proqramları da səriştəni, təməli bacarıqları ölçür. Bizim məqsədimiz uşaqları  imtahana hazırlamaq yox, həyata hazırlamaq olmalıdır. Qonağın sözlərinə görə, Allahdan  sonra  gələcəyi dəyişdirə biləcək yeganə məxluq müəllimdir. Müəllim tək bir qığılcımla gələcəyi işıqlandıra bilər. Səlcuq Pəhlivanoğlu 2015-ci ildə TED-in təqdim etdiyi “Milli təhsil proqramı” haqqında da danışıb. Bildirib ki, Milli proqramda məktəb müdiri yox, təhsil lideri, il boyu açıq məktəblər, müstəqil monitorinq mərkəzləri kimi təkliflər yer alıb. Çünki məktəblərin yay tətilində tamamilə bağlanması düzgün deyil. Yay tətillərində yoxsul uşaqlar üçün kurs təşkil etmək olar. Məktəb müdirlərini müəllimlərin arasından da seçmək düzgün deyil. Çünki idarəçilik bir karyera, peşədir və həmin şəxs mütləq liderlik bacarığına malik olmalıdır. Bütün qiymətləndirilmələr müstəqil qurumlar tərəfindən həyata keçirilməlidir.  

 

TED prezidenti həmçinin deyib ki, məktəbi səhər evdən çıxıb, axşam evə geri dönəcəyimiz yerə deyil, inkişaf  məkanına çevirməliyik. Bunun üçün məktəblər dərs əzbərləmə yeri yox, bacarıqların önə çıxmasına səbəb olan təhsil ocağına çevrilməlidir. Məktəblərdə idman, musiqi, incəsənət kimi fənlər riyaziyyat qədər dəstəklənməlidir. Qonaq buna misal olaraq məzunlardan və müxtəlif peşə sahiblərindən ibarət olan TED simfonik orkestrini, basketbol, voleybol komandalarını nümunə göstərib.

 

Proqramın ənənəvi “Təhsildə yeni çağırışları 8 guşəli ulduza bənzətsək, onun guşələri hansı çağırışlardan ibarət olar?" sualını Səlcuq Pəhlivanoğlu belə cavablandırıb: “Bugünkü təhsil XXI əsrin bacarıqlarına yönəlməlidir. Bunu nəzərə alsaq 1-ci guşə qlobal şüuru, 2-ci guşə yaradıcılığı, 3-cü tənqidi düşüncəni, 4-cü liderliyi təmsil etməlidir.  5-ci guşə isə sosial və mədəniyyətlərarası səriştəni, 6-cı guşə öhdəlik götürməyi və təşəbbüskarlığı, 7-ci media savadlılığını, 8-ci guşə isə maliyyə və rəqəmsal savadlılığı əks etdirməlidir”. 

 

Qeyd edək ki, Səlcuq Pəhlivanoğlu həmçinin Türkiyə Prezident Administrasiyasının Təhsil və Təlim şurasının üzvü, TED Ali Təhsil Fondunun qurucusu, TED Universitetinin İdarə heyyətinin və Qəyyumlar Şurasının sədridir. Türkiyə Təhsil Dərnəyi Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürkün təşəbbüsü ilə 1928-ci ildə qurulub. Hazırda TED 41 məktəbi və eyni adlı universiteti, Ali Təhsil Fondu, “tedmem” düşüncə qurumu, eləcə də simfonik orkestri və digər qurumları ilə fəaliyyət göstərir.

 

Təhsil Nazirliyinin dəstəyi və "T-Network" təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının təşkilatçılığı ilə davam edən “Yeni çağırışlar”ın əvvəlki qonaqları dünyaca məşhur "Khan Academy"nin qurucusu və CEO-su Sal Khan, Nobel Sülh mükafatçısı, professor Məhəmməd Yunus, tanınmış təhsil tədqiqatçısı və yazıçı Dr. Özgür Bolat, dünyaca məşhur finlandiyalı professor Pasi Sahlberg, Harvardlı alim, Harvardakı Dəyişiklik üzrə liderlik qrupunun rəhbəri Toni Vagner olub. "Yeni çağırışlar” müzakirə proqramı haqqında ətraflı məlumatla T-network-un "Facebook" səhifəsindən (https://www.facebook.com/tnetwork.az) tanış ola bilərsiniz.


3 il əvvəl