• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

V qrant müsabiqəsinə qəbul başa çatıb

Aprelin 1-də Təhsildə inkişaf və innovasiyalar üzrə V qrant müsabiqəsinə qrant layihələrinin qəbulu başa çatıb.   Müsabiqəyə ümumilikdə 971 qrant layihəsi təqdim edilib. Layihə qəbulu ümumi təhsil müəssisəsi və fərdi kateqoriya üzrə aparılıb. Layihələrdən 229-u ümumi təhsil müəssisəsi, 742-i isə fərdi kateqoriya üzrə olub. Təqdim edilmiş layihələr üzrə texniki və məzmun ekspertizası başa çatdıqdan sonra nəticələr Təhsil Nazirliyinin rəsmi internet saytı vasitəsilə elan ediləcək.    Layihələrin sayının elan edilmiş mövzular üzrə paylanması aşağıdakı cədvəldə göstərilib:

Dərslik layihələrinə dair ictimai rəyin öyrənilməsinə başlanılıb

2021-2022-ci tədris ilinə ölkənin dövlət ümumi təhsil müəssisələrinin II və VI sinifləri üçün yeni hazırlanmış və ya təkmilləşdirilmiş dərslik və dərsliklərin metodik vəsaitlərinə dair ictimai rəyin öyrənilməsi prosesinə başlanılıb. Bu məqsədlə dərslik və dərsliklərin metodik vəsaitlərinin layihələri www.trims.edu.az saytının “İctimai müzakirədə olanlar” bölməsində yerləşdirilib. Yaxın müddətdə bütün layihələrin sayta yerləşdirilməsi başa çatacaq.   Sayta daxil olaraq qeyd edilən bölmədə yerləşdirilmiş dərslik komplektlərinin məzmunu ilə tanış olmaq, eyni zamanda xüsusi ayrılmış sahədə irad və təklifləri yazmaq  mümkündür. İrad və təkliflər derslik@edu.gov.az elektron ünvanına da göndərilə bilər.   Təhsil Nazirliyi elm adamlarını, təhsil işçilərini, valideynləri, aidiyyəti dövlət qurumlarını, müxtəlif ictimai birlikləri və bütün maraqlı tərəfləri müzakirəyə çıxarılmış dərslik layihələrinə dair rəy, irad və təkliflərini bildirməyə dəvət edir.

“Virtual məktəb”in 1 illik yolu – fasiləsiz və innovativ təhsil

Ötən il bütün dünyada COVID-19 pandemiyası səbəbindən təhsil müəssisələrinin fəaliyyətində fasilələr yaranarkən, ölkəmizdə təhsilin davamlılığını təmin etmək məqsədi ilə Təhsil Nazirliyi tərəfindən təxirəsalınmadan yeni təşəbbüslərin reallaşdırılmasına başlanılmışdır. Belə ki, atılan çevik addımlardan biri 2 aprel 2020-ci il tarixində hazırda ölkədə ən iri milli onlayn platforma olan “Virtual məktəb”in fəaliyyətə başlaması olmuşdur.   Əhatə - Ümumi təhsil, peşə təhsili, orta-ixtisas və ali təhsil pillələri üzrə təqdim olunan “Virtual məktəb” platforması 1 il ərzində ölkədə innovativ öyrənmə metodlarının və yeni yanaşmaların təhsilə sürətli inteqrasiyasına yol açıb və yeni imkanları yaradıb. “Microsoft” korporasiyası ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən “Virtual məktəb”də hazırda 1,4 milyondan çox şagird qeydiyyatdan keçib. 2020-ci ildə virtual.edu.az saytı “Amazon Alexa” reytinqinə əsasən, Azərbaycanda ən çox müraciət olunan top 3 sayt siyahısına daxil olub. 2021-ci ilin yanvar ayında həftəlik dərslərin sayı 6 milyondan artıq olub, aktiv istifadəçilərin sayı 1,2 milyonu keçib.   Milli məzmun - Milli təhsil məzmunu əsasında və Azərbaycan dilinə tərcümə edilmiş interfeys vasitəsi ilə təşkil edilən məsafədən təlim-tədris prosesində hazırda video və audiodərslər, qrup işləri, məlumat paylaşımı, ev tapşırıqları, qiymətləndirmə, tədris cədvəlləri, bilik yarışmaları, pedaqoji şuralar, monitorinq, nəzarət mexanizmləri kimi geniş imkanlardan istifadə olunur. “Virtual məktəb”də keçirilən dərsləri daha maraqlı və öyrədici formada təşkil etmək məqsədi ilə müxtəlif interaktiv alətlər, tədris məzmunlu resurslar platformaya inteqrasiya olunub. Bununla bağlı, “Virtual məktəb” saytında innovativ müəllimlər üçün öz təhsil məzmunlu bloqlarını təqdim etmək imkanı da yaradılıb. Həmçinin, “Virtual məktəb”də təhsil sistemində məlumat paylaşımına imkan verən vahid mühitin təmin olunması ilə yanaşı, platforma geniş məzmun bazası kimi də fəaliyyət göstərir. Belə ki, bu gün "Microsoft Stream" vasitəsilə yazılan və yüklənən mühazirələr gələcək illər ərzində də əlçatan olacaq.   Peşəkar inkişaf - Platformadan istifadə müəllimlərin İKT-dən istifadə bacarıqları inkişafına və tədrisdə rəqəmsal texnologiyaların tətbiqinə şərait yaradıb, müəllimlik vəzifəsinə hazırlaşan tələbələr üçün onlayn təcrübə proqramları həyata keçirilib. Peşəkar inkişaf və məktəbdənkənar fəaliyyətin təşkili istiqamətində 22 847 nəfər şagirdin iştirak etdiyi 34 dərnək, 110 326 nəfər müəllimin iştirak etdiyi 194 vebinar həyata keçirilib.   Platformanın geniş imkanları - Qiymətləndirmə alətlərinə malik “Virtual məktəb” platforması vasitəsilə IV, VI və IX siniflərdə tədris dili, riyaziyyat və ingilis dili fənləri üzrə üzrə keyfiyyət dəyişikliklərini dəyərləndirmək məqsədilə monitorinq qiymətləndirmə təşkil olunub. Bununla yanaşı, cari ilin yanvar ayı ərzində müəllimlər “Virtual məktəb”də təqdim edilən müxtəlif qiymətləndirmə metodlarından istifadə etməklə məktəbdaxili qiymətləndirmə həyata keçiriblər.   “Virtual məktəb” istifadəçiləri üçün rəsmi elektron poçt və ödənişsiz virtual saxlanc xidmətləri mövcuddur. Elektron poçt vasitəsilə Təhsil Nazirliyi ilə müəllimlər arasında, müəllimlərlə şagirdlər arasında məktubların rahat və təhlükəsiz mübadiləsi aparılır. Həmçinin 1TB həcmində olan virtual saxlanc xidməti vasitəsilə onlayn mühitdə tədrislə əlaqədar faylların saxlanılması, paylaşılması və onlayn redaktə edilməsi imkanları təqdim edilir.   2021-ci il yanvar ayı üzrə statistik göstəricilərə əsasən, platformada ev tapşırığı və qiymətləndirmə modulundan  istifadə edənlər ümumilikdə 1 014 743 nəfər, rəqəmsal lövhədən istifadə edənlər 201 771 nəfər, ofis proqramları üzrə “Word” proqramından 132 900 nəfər, “Excel” proqramından 30 627 nəfər, “PowerPoint” proqramından isə 65 233 nəfər istifadə edib.   Valideyn nəzarəti - “Virtual məktəb” vasitəsi ilə valideynlər övladlarının tədris prosesini izləyə bilir,  bu da öz növbəsində şagird nailiyyətlərinin yaxşılaşdırılmasında öz müsbət rolunu göstərməkdədir. Belə ki, valideynlər platforma vasitəsi ilə şagirdin dərs prosesində iştirakına və nəticələrinə nəzarət edə bilir, ev tapşırıqlarının yerinə yətirilməsində yaxından iştirak edir, həmçinin, platformada təşkil edilən psixoloji dəstək saatları və digər maarifləndirici vebinar və tədbirlərə qoşula bilirlər.    Azərbaycan təcrübəsinin beynəlxalq səviyyədə öyrənilməsi - Son illər ölkədə təhsil sahəsində rəqəmsal texnologiyaların uğurlu tətbiqi nəticəsində Azərbaycanın “Microsoft” korporasiyasının formalaşdırdığı, YUNESKO və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının iştirak etdiyi “Təhsilin Rəqəmsal Transformasiyası üzrə Dünyanın Lider Ölkələri” koalisiyasında iştirakı mümkün olub. Koalisiya aparıcı ölkələrin texnologiya liderləri ilə təcrübə mübadiləsi əsasında rəqəmsal transformasiyanın daha effektiv və səmərəli olmasına dəstək olur. "Microsoft" şirkətinin rəsmi internet saytında Azərbaycanın uğurlu rəqəmsal təhsil təcrübəsindən bəhs edən məqalələr dərc olunub. Məqalələrdə Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən pandemiyanın yaratdığı çətinliklərə cavab olaraq, qısa zaman kəsiyində seçdiyi düzgün strategiya, resurs və texnologiyalar vasitəsi ilə qurduğu onlayn təhsil imkanları barədə ətraflı məlumat verilib.   Data-əsaslı təhsil modeli - Platformada mərkəzləşdirilmiş monitorinq imkanı vardır ki, bu da öyrənmə nəticələrinə çevik reaksiya verərək, vaxtında düzəlişlər etməyə və effektiv tədris strategiyaları qurmağa şərait yaradır. Şagirdlərin testləri necə yerinə yetirdiklərini, hansı fənləri daha yaxşı mənimsədiklərini təhlil etmək üçün "Power BI" aləti vasitəsilə təhlil olunub, boşluqları müəyyən edib, məzmunu lazım olan yerlərdə zənginləşdirməyə imkan verir.    Texniki dəstək - “Virtual məktəb” saytında platformada fəaliyyətin təşkili ilə bağlı müəllim və şagirdlər üçün detallı video təlimatlar təqdim olunur. Həmçinin, platformadan istifadə ilə bağlı əlavə sualı yaranan vətəndaşlar üçün “Virtual Bələdçi” xidməti, 146-4 “Qaynar xətt” xidməti və teams@tsii.edu.az elektron poçt ünvanı fəaliyyət göstərir.

Avropa Birliyinin beynəlxalq tədbirində Azərbaycan təcrübəsindən danışılıb

Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) əməkdaşı Avropa Birliyinin təşkilatçılığı ilə keçirilən beynəlxalq onlayn tədbirdə iştirak edib.   Paneldə Avropa Birliyində qeyri-formal və informal təhsilin tanınması üzrə istifadəyə verilmiş alətlər barədə müzakirə edilib. Tədbir iştirakçıları kvalifikasiyaları tanınan ərizəçilərin bacarıq və səriştələrini özündə əks etdirən “Youthpass” adlı onlayn resursu təqdim edərək, onun qonşu ölkələrdə tətbiqi imkanları barədə fikir mübadiləsi aparıb.   Onlayn panel müzakirəsində TKTA-nın departament direktoru Nicat Əsədli Azərbaycanda peşə təhsili üzrə qeyri-formal və informal təhsilin tanınması sahəsində görülən işlər barədə geniş məlumat verib. Cari ilin sonunadək 5 ixtisas üzrə sertifikasiya prosesinin aparılacağı, 100 sertifikatın təqdim ediləcəyi və müraciətləri onlayn şəkildə qəbul edən elektron sistemin yaradılacağı bildirilib. Yuxarıda qeyd olunan digər alətlərin də gələcəkdə Azərbaycanda tətbiqinin mümkün olacağı qeyd edilib.   Əlavə olaraq, agentliyin təmsilçisi qeyri-formal və informal təhsilin tanınması prosesini tətbiq etməyi planlaşdıran ölkələrə öz tövsiyələrini də verib. Prosesin səmərəli icrası üçün digər ölkələrdə uğurla tətbiq edilmiş modellərin öyrənilməsi, ən uğurlu təcrübələrin seçilməsi, tətbiq olunacaq ölkənin formatına uyğunlaşdırılması və ilkin olaraq pilot formatda test edilməsinin əhəmiyyətli olduğu vurğulanıb.   Qeyd edək ki, Azərbaycanda da qeyri-formal və informal üsullarla əldə edilmiş təhsilin tanınması prosesi əldə olunan nəticələr əsasında daimi olaraq təkmilləşdirilərək əməkbazarının, işəgötürənlərin və vətəndaşların tələbləri nəzərə alınmaqla təşkil olunur.

Peşə təhsili üzrə teledərslərin 2 aprel cədvəli

Peşə Təhsili üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə "ARB Günəş" telekanalında yayımlanan peşə teledərslərinin 2 aprel tarixi üçün cədvəlini təqdim edirik. Dərslər saat 18:10-da yayımlanacaq.     Qeyd edək ki, teledərsləri Peşə Təhsili üzrə Dövlət Agentliyinin rəsmi "Youtube" (https://bit.ly/2WYaWU9) kanalı ilə yanaşı, "Facebook" (https://bit.ly/34erIjf) səhifəsindən və Təhsil Nazirliyinin videodərslər portalından (https://video.edu.az/) izləmək mümkündür.

““Sağlam Təhsil–Sağlam Millət” layihəsinin 2021-2022-ci illər üzrə inkişafı” qrant müsabiqəsi

Ümumi və xüsusi təhsil müəssisələrində, eləcə də ümumi təhsil müəssisələrinin xüsusi siniflərində sağlam təlim mühitinin formalaşdırılması, sağlamlığı qoruyan təhsil texnologiyalarının hazırlanması və tətbiqi üzrə keçirilən ““Sağlam Təhsil–Sağlam Millət” layihəsinin 2021-2022-ci illər üzrə inkişafı” qrant müsabiqəsi elan olunur.   Müsabiqədə iştirak üçün müraciət sənədləri 1-20 aprel 2021-ci il tarixlərində elektron formada saglamtehsil@edu.gov.az ünvanına göndərilməlidir.   Layihələrin qəbulu üçün son müddət 20 aprel 2021-ci il saat 18:00-dır.   Qrant müsabiqəsi barədə daha ətraflı məlumatla aşağıdakı elan vasitəsilə tanış ola bilərsiniz.

“Məktəb inspektoru” vakansiyası üzrə namizədlər seçilir

Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən məktəblərdə keyfiyyətin monitorinqinin aparılması məqsədilə elan olunan “Məktəb inspektoru” vakansiyası üzrə növbəti yazılı imtahan keçirilib.   Namizədlərin sahə üzrə biliklərinin yoxlanılması məqsədilə 3 mart tarixində keçirilmiş imtahanda ümumilikdə 72  namizəd iştirak edib. Həmin namizədlərdən 50-si qadın, 22-si isə kişi olub.   Bir saat davam edən imtahanın nəticələrinə əsasən, 47 nəfər nəzərdə tutulan keçid balından aşağı, 25 nəfər isə yuxarı bal toplayıb.    İmtahandan uğurla keçən namizədlər 3 aprel tarixinədək müsahibədə iştirak etmək üçün Agentliyə dəvət olunacaqlar.

Pandemiya dövründə tədrisin təşkili

Bildiyimiz kimi, Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyətinin təşkili ilə bağlı əlavə tədbirlər barədə” qərarına və Təhsil Nazirliyinin müvafiq əmrinə əsasən, fevralın 1-dən ölkə üzrə ümumi təhsil müəssisələrində karantin rejiminin qaydalarına əməl edilməklə ənənəvi tədris mərhələli şəkildə qismən bərpa edilmişdir.   Mövcud pandemiya şəraiti ilə əlaqədar olaraq, növbəti həftədən etibarən tədrisin təşkili ilə bağlı yeni normaların tətbiqi planlaşdırılır. Belə ki, aprelin 5-dən Bakı, Sumqayıt, Gəncə, Şəki şəhərləri və Abşeron rayonunun ümumi təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin distant (məsafədən) formada təşkili nəzərdə tutulur. Digər şəhər və rayonlarda isə tədris sanitar-gigiyenik tələblərə əməl edilməklə qismən əyani formada davam etdiriləcək.   Məlumat üçün bildiririk ki, distant tədris zamanı dərslər "Virtual məktəb", eləcə də digər onlayn platformalar üzərindən keçirilə bilər. Həmçinin  şagirdlərə “Dərs vaxtı” teledərslərini izləmək tövsiyə olunur.   Qeyd edək ki, ümumi təhsil müəssisələrinin yaşı 50-dən yuxarı olan müəllim və texniki heyətinin martın ilk həftəsindən vaksinasiya prosesinə başlanılıb. Bu günədək proses çərçivəsində 55 faizdən çox müəllim və texniki heyət “COVID-19” əleyhinə peyvənd olunub. Təhsil prosesinin səmərəli təşkili üçün müəllim, o cümlədən texniki heyətin vaksinasiya prosesində iştirakı zəruridir.    Təhsil Nazirliyi ictimaiyyətə sanitar-gigiyenik qaydalara əməl etməyi, maska taxmaqla və sosial məsafəni gözləməklə “COVID-19” virusundan qorunmağı bir daha tövsiyə edir.

V qrant müsabiqəsi üzrə layihələrin qəbulu üçün son gün

Aprelin 1-də təhsildə inkişaf və innovasiyalar üzrə V qrant müsabiqəsinə layihə sənədlərinin qəbulu başa çatır. Proses www.grants.edu.az  saytı üzərindən bu gün saat 00:00-dək həyata keçiriləcək.  Müsabiqə “İstedad və yaradıcılıq meyillərinə görə təhsilalanların kurikulumdan kənar bilik və bacarıqlarının formalaşdırılması”, “Pedaqoji işçilər üçün metodik dəstəyin təkmilləşdirilməsi, məktəbdə öyrədici mühitin formalaşdırılması”, “Təhsilalanların məsafədən təhsilə əlçatanlığının təmin olunması”, “Fiziki və psixososial sağlamlığın qorunması, təhlükəsizlik, milli-mənəvi və ümumbəşəri dəyərlərin təbliği” və “Məktəb idarəetməsinin təkmilləşdirilməsi” mövzularını əhatə edir. Müsabiqədə iştirak etmək üçün müraciət edən namizədlərdən şəxsi səhifələrini tez-tez yoxlamaları xahiş olunur.

“Qarabağ uşaqların gözü ilə” videoçarx müsabiqəsinə start verilir

Aprelin 1-dən ümumtəhsil məktəblərinin şagirdləri və məktəbdənkənar təhsil müəssisələrinin dərnək üzvləri arasında keçirilən “Qarabağ uşaqların gözü ilə” respublika onlayn videoçarx müsabiqəsi”nə start verilir.  Təhsil Nazirliyi 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə onlayn keçirilən müsabiqənin məqsədi Qarabağın qədim tarixi, mədəniyyət abidələri, ədəbiyyatı, incəsənəti, adət-ənənələri barədə məktəblilərin maarifləndirilməsi, böyüməkdə olan gənc nəsildə vətənə, torpağa məhəbbət hissinin artırılması və hərbi-vətənpərvərlik ruhunun təbliği, uşaq və gənclərin yaradıcılıq qabiliyyətlərinin inkişaf etdirilməsi, asudə vaxtlarının səmərəli təşkili, həmçinin istedadlı uşaq və gənclərin aşkar edilməsindən ibarətdir. 3 yaş qrupu (6-9, 10-13, 14-17) və 2 mərhələdə keçirilən müsabiqə üzrə tələblər aşağıdakılardır:  -    Videoçarx video kamera, planşet və ya mobil telefon vasitəsilə çəkilə bilər; -    Videoçarx məktəbli (dərnək üzvü) tərəfindən çəkilməlidir. Professional və ya peşəkarlar tərəfindən çəkilən videoçarxlar qəbul edilmir; -    Videoçarxın müddəti 3 dəqiqədən artıq olmamalıdır; -    Müsabiqə iştirakçıları videoçarx janrını seçməkdə sərbəstdir (videoklip, reportaj, müsahibə və s.); -    Videoçarxda şəkillərdən, arxiv materiallarından və s.-dan istifadə oluna bilər. -    Videoçarxda görüntülər aydın və keyfiyyətli çəkilməli, nitq səlis və ifadəli, jest, mimika, səs tonu aydın olmalıdır; -    Müsabiqəyə qoşulan iştirakçı yalnız bir videoçarx təqdim edə bilər; -    Videoçarxın əvvəlində müəllifin adı, soyadı, atasının adı, təvəllüdü, oxuduğu məktəb, sinif, məşğul olduğu müəssisə və əlaqə vasitəsi qeyd olunmalıdır. I mərhələ - 1 aprel - 20 may 2021-ci il. Respublikada fəaliyyət göstərən hər bir ümumtəhsil məktəbi və uşaq-gənclər inkişaf mərkəzi münsiflər heyəti təşkil edir və hər yaş qrupu üzrə seçilmiş 1 videoçarxı 2-ugim@mail.ru elektron poçt ünvanına göndərir. II mərhələ - 21 may - 1 iyun 2021-ci il. Münsiflər heyəti tərəfindən təqdim edilən işlər müvafiq meyarlar üzrə qiymətləndirilir və qaliblər seçilir. Qeyd edək ki, müsabiqə ilə bağlı sual yarandığı halda (+994) 12-372-72-63  və (+994) 55-783-23-71  telefon nömrələri ilə əlaqə saxlanıla bilər.  Hər yaş qrupu üzrə I, II, III və həvəsləndirici yerlərə layiq görülən iştirakçılar Təhsil Nazirliyinin diplom və hədiyyələri ilə təltif olunacaq, qalib işlər sosial şəbəkələr və kütləvi informasiya vasitələrində geniş işıqlandırılacaq.

21/02/2022

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz

Ətraflı
21/02/2022

#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV

Ətraflı
21/02/2022

19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb

Ətraflı