• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Avropa Birliyinin beynəlxalq tədbirində Azərbaycan təcrübəsindən danışılıb

Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) əməkdaşı Avropa Birliyinin təşkilatçılığı ilə keçirilən beynəlxalq onlayn tədbirdə iştirak edib.

 

Paneldə Avropa Birliyində qeyri-formal və informal təhsilin tanınması üzrə istifadəyə verilmiş alətlər barədə müzakirə edilib. Tədbir iştirakçıları kvalifikasiyaları tanınan ərizəçilərin bacarıq və səriştələrini özündə əks etdirən “Youthpass” adlı onlayn resursu təqdim edərək, onun qonşu ölkələrdə tətbiqi imkanları barədə fikir mübadiləsi aparıb.

 

Onlayn panel müzakirəsində TKTA-nın departament direktoru Nicat Əsədli Azərbaycanda peşə təhsili üzrə qeyri-formal və informal təhsilin tanınması sahəsində görülən işlər barədə geniş məlumat verib. Cari ilin sonunadək 5 ixtisas üzrə sertifikasiya prosesinin aparılacağı, 100 sertifikatın təqdim ediləcəyi və müraciətləri onlayn şəkildə qəbul edən elektron sistemin yaradılacağı bildirilib. Yuxarıda qeyd olunan digər alətlərin də gələcəkdə Azərbaycanda tətbiqinin mümkün olacağı qeyd edilib.

 

Əlavə olaraq, agentliyin təmsilçisi qeyri-formal və informal təhsilin tanınması prosesini tətbiq etməyi planlaşdıran ölkələrə öz tövsiyələrini də verib. Prosesin səmərəli icrası üçün digər ölkələrdə uğurla tətbiq edilmiş modellərin öyrənilməsi, ən uğurlu təcrübələrin seçilməsi, tətbiq olunacaq ölkənin formatına uyğunlaşdırılması və ilkin olaraq pilot formatda test edilməsinin əhəmiyyətli olduğu vurğulanıb.

 

Qeyd edək ki, Azərbaycanda da qeyri-formal və informal üsullarla əldə edilmiş təhsilin tanınması prosesi əldə olunan nəticələr əsasında daimi olaraq təkmilləşdirilərək əməkbazarının, işəgötürənlərin və vətəndaşların tələbləri nəzərə alınmaqla təşkil olunur.


3 il əvvəl