• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

V qrant müsabiqəsinə qəbul başa çatıb

Aprelin 1-də Təhsildə inkişaf və innovasiyalar üzrə V qrant müsabiqəsinə qrant layihələrinin qəbulu başa çatıb.

 

Müsabiqəyə ümumilikdə 971 qrant layihəsi təqdim edilib. Layihə qəbulu ümumi təhsil müəssisəsi və fərdi kateqoriya üzrə aparılıb. Layihələrdən 229-u ümumi təhsil müəssisəsi, 742-i isə fərdi kateqoriya üzrə olub. Təqdim edilmiş layihələr üzrə texniki və məzmun ekspertizası başa çatdıqdan sonra nəticələr Təhsil Nazirliyinin rəsmi internet saytı vasitəsilə elan ediləcək. 

 

Layihələrin sayının elan edilmiş mövzular üzrə paylanması aşağıdakı cədvəldə göstərilib:


3 il əvvəl