• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Doktorantların və gənc tədqiqatçıların XXIV Respublika elmi konfransı keçiriləcək

23-24 noyabr 2021-ci il tarixlərində doktorantların və gənc tədqiqatçıların XXIV Respublika elmi konfransı keçiriləcək.  Böyük Azərbaycan şairi Nizami Gəncəvinin 880 illik yubileyinə həsr edilən konfrans gəncləri elmi yaradıcılığa fəal surətdə cəlb etmək və  onların apardıqları elmi tədqiqatların nəticələrinin müzakirəsini təşkil etmək məqsədilə keçirilir. Konfransın istiqamətləri aşağıdakılardır: - Təbiət elmləri (riyaziyyat, fizika, mexanika, kimya, biologiya, tibb, ekologiya, yer haqqında elmlər); - Texnika elmləri (texniki qurğular və texnologiyalar, kompüter elmləri, elektronika, avtomatlaşdırma, maşınqayırma, nəqliyyat); - Sosial-humanitar elmlər və iqtisadiyyat (sosiologiya, politologiya, kulturologiya, hüquq, tarix, dilçilik, ədəbiyyatşünaslıq, psixologiya, pedaqogika, iqtisadiyyat).  Qeyd edək ki, konfransda təşkilati-hüquqi formasından asılı olmayaraq, respublikada fəaliyyət göstərən ali təhsil müəssisələrində fəlsəfə doktorları proqramı üzrə  təhsil alan doktorantlar və tədqiqatçılar, o cümlədən  əcnəbi doktorant və dissertantlar iştirak edə bilərlər. Konfrans iştirakçıları ali təhsil müəssisələri tərəfindən seçilir. Hər iştirakçı yalnız bir məruzə təqdim edə bilər.   Doktorantların və gənc tədqiqatçıların XXIV Respublika elmi konfransının keçirilməsi barədə Azərbaycan Respublikası Təhsil nazirinin əmri

“Mart soyqırımı” adlı dəyirmi masa keçirilib

Təhsil Nazirliyi 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi və Quba rayon Uşaq-Gənclər İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş "Mart soyqırımı" adlı dəyirmi masa keçirilib.   Onlayn təşkil olunan görüşdə hər iki mərkəzin dərnək üzvləri, pedaqoji və inzibati işçiləri iştirak edib.   Tədbiri giriş sözü ilə açan 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Lalə Qəti görüşün məqsədi barədə məlumat verib. Daha sonra mart qırğını ilə bağlı videoçarx nümayiş olunub.   Quba rayon Uşaq-Gənclər İnkişaf Mərkəzinin gənc fəalları Quba Soyqırımı Memorial Kompleksi barədə və Quba qırğını ilə bağlı şəkillər üzrə tədbir iştirakçılarına ətraflı məlumat veriblər. Həmçinin dərnək üzvləri mövzu ilə bağlı şeirlər səsləndirib, rəsm işlərini nümayiş etdiriblər.   Görüşün sonunda tədbir iştirakçıları 44 günlük Vətən müharibəsində Böyük Qələbə sevincini xalqımıza yaşatdığına görə cənab Ali Baş Komandan İlham Əliyevə, rəşadətli ordumuzun igid əsgər və zabitlərinə təşəkkürlərini ifadə edib, şəhidlərimizə rəhmət diləyiblər.

Rumıniyada növbəti tədris ili üzrə təhsil imkanı

Rumıniyanın Təhsil və Tədqiqat Nazirliyi tərəfindən Azərbaycan vətəndaşları üçün 2021-2022-ci tədris ili üzrə elan edilən təqaüd proqramına qeydiyyat davam edir.   Təqaüd proqramına müraciət üçün son tarix 5 aprel 2021-ci il nəzərdə tutulub.   Təqaüd proqramı “Rumıniyanın Təhsil və Tədqiqat Nazirliyi ilə Azərbaycan Respublikası Təhsil Nazirliyi arasında təhsil sahəsində əməkdaşlığa dair 11 oktyabr 2004-cü il tarixində imzalanmış müqavilə”yə əsasən həyata keçirilir. Proqram hər iki ölkənin vətəndaşlarına tələbə mübadiləsi əsasında qarşı ölkənin ali təhsil müəssisələrində bakalavriat, magistratura və doktorantura səviyyələri üzrə təhsil almaq imkanı yaradır.   Ətraflı məlumatı elan vasitəsilə əldə edə bilərsiniz.

“Əmək bazarının təhlili” mövzusunda onlayn görüş keçiriləcək

Aprelin 2-də Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən “Əmək bazarında işçi qüvvəsinə olan tələb və təklif, prioritet peşə ixtisaslarının müəyyən edilməsi” mövzusunda onlayn konfrans keçiriləcək.   Konfransda iştirak etmək üçün müvafiq link (https://bit.ly/3luJKGA) vasitəsilə qeydiyyatdan keçmək lazımdır. Qeydiyyat prosesi bu gün başa çatır.   Konfransda işəgötürənlərin kadr ehtiyacları, müvafiq peşə sahələri üzrə peşəkar işçilərin müəyyənləşdirilməsində yaranan problemlər, cari ildə prioritet peşə ixtisaslarının qiymətləndirilməsi və tanınması yönündə görüləcək işlər kimi aktual mövzular müzakirə olunacaq. Əlavə olaraq, Agentlik tərəfindən əmək bazarının təhlilinə dair keçirilmiş sorğunun nəticələri əsasında hazırlanmış hesabat iştirakçılara təqdim olunacaq.     Qeyd edək ki, onlayn konfransda iştiraka dair keçid yalnız qeydiyyatdan keçmiş şəxslərə göndəriləcək.

Avropa İttifaqının təhsil proqramları haqqında vebinar keçirilib

Yerli ali təhsil müəssisələri üçün Təhsil Nazirliyinin təşkilatçılığı ilə Azərbaycandakı Milli Erasmus+Ofisinin direktoru Pərviz Bağırovun təqdimatında onlayn vebinar keçirilib.   Vebinarın məqsədi Avropa İttifaqının (Aİ) təhsil proqramlarında növbəti illərdə tətbiq olunacaq yeniliklər ilə əlaqədar ali təhsil müəssisələrini məlumatlandırmaq, o cümlədən ERASMUS+ proqramının Azərbaycan universitetləri üçün yaratdığı imkanlar, mövcud proqramlar (ERASMUS Mundus, Jean Monnet və digər) və onlara qəbul şərtləri ilə bağlı ali məktəb nümayəndələrini maarifləndirmək olub.   Onlayn vebinarda 20-ə yaxın ali təhsil müəssisəsindən 80-ə yaxın nümayəndə iştirak edib. Tədbirdə Milli Erasmus+ Ofisi tərəfindən yeni ERASMUS Mundus proqramı (2021- 2027) haqqında  təqdimat nümayiş edilib.   Sonda görüş iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.   Vebinarın videoyazısı aşağıda təqdim edilir.  

Peşə təhsili üzrə teledərslərin yayımından bir il ötür

 30 mart 2020-ci il tarixindən etibarən peşə təhsili pilləsi üzrə teledərslərin yayımına start verilib.   Bu təşəbbüs çərçivəsində ümumilikdə 8 baza və 23 ixtisas üzrə 300-dək video dərsin çəkilişi həyata keçirilib. Bir il ərzində həftədə iki dəfə telekanallarda yayımlanan dərslər bir sıra ixtisaslar üzrə təhsil alan tələbələrin nəzəri və praktiki biliklərinin dərinləşdirilməsinə, eyni zamanda dərs mövzularına dair qısa izah və təlimatların verilməsinə istiqamətlənib.   Peşə dərslərinin teledərs formatında yayımlanması bilavasitə tədrisin əhatəliliyinin artırılmasına dəstək verməkdədir. Hazırda həftənin 2 günü “ARB Günəş” telekanalında yayımlanan peşə teledərslərinə ekran qarşısında baxa bilməyənlər keçirilmiş dərsləri Peşə Təhsili üzrə Dövlət Agentliyinin rəsmi "Youtube" kanalı və videodərs portalından (https://video.edu.az/vocational-school) izləyə bilərlər.   Qeyd edək ki, son bir il ərzində yayımlanan teledərslərin bir qisminin hazırlanması prosesinə müvafiq olaraq Avropa İttifaqı, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti maliyyə və təşkilati dəstək göstərib.

Təhsil nazirinin müavini YUNESKO-nun yüksək səviyyəli görüşündə

Martın 29-da təhsil nazirinin müavini İdris İsayev YUNESKO tərəfindən təşkil olunmuş “COVID-lə bir il: Nəsil fəlakətinin qarşısının alınması məqsədilə təhsilin bərpasının prioritetləşdirilməsi” mövzusunda yüksək səviyyəli virtual görüşdə iştirak edib.   “COVID-19” pandemiyasının təhsil sahəsinə təsiri mövzusuna həsr olunan virtual tədbirdə YUNESKO-nun Baş direktoru Odri Azulay, BMT-nin Baş katibi Antonio Qutyereş və bir sıra ölkələrin təhsil nazirləri iştirak edib.   İdris İsayev çıxışında Azərbaycanda pandemiya dövründə təhsilin davamlılığının təmin edilməsi məqsədilə atılan addımlar barədə tədbir iştirakçılarını məlumatlandırıb. Nazir müavini həmçinin ölkəmizdə icra edilən “Virtual məktəb” layihəsinin xüsusi rolunu qeyd edib və yaratdığı imkanlardan söz açıb.

“Biz zəfər qazandıq!” rəsm müsabiqə-sərgisi keçiriləcək

Aprelin 1-dən ümumtəhsil məktəblərinin şagirdləri (incəsənət təmayüllü məktəb və liseylər istisna olmaqla) və məktəbdənkənar təhsil müəssisələrinin dərnək üzvləri arasında “Biz zəfər qazandıq!” adlı respublika onlayn rəsm müsabiqə-sərgisinə start veriləcək.   Təhsil Nazirliyi 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə onlayn platformada keçirilən rəsm müsabiqə-sərgisinin məqsədi böyüməkdə olan gənc nəsildə vətənə, torpağa məhəbbət hissinin artırılması və hərbi-vətənpərvərlik ruhunun təbliği, uşaq və gənclərin yaradıcılıq qabiliyyətlərinin inkişaf etdirilməsi və asudə vaxtlarının səmərəli təşkili, istedadlı uşaq və gənclərin aşkar edilməsi, həmçinin Vətən müharibəsində şəhid olan qəhrəmanlarımızın əziz xatirəsinin ehtiramla yad edilməsindən ibarətdir.   Rəsm müsabiqə-sərgisi təsviri sənət nominasiyası üzrə 3 yaş (6-9, 10-13, 14-17) qrupunda keçirilir.   Müsabiqə üzrə tələblər aşağıdakılardır: - Rəsm müsabiqə-sərgisinə hər bir iştirakçı yaş qrupu üzrə 1 rəsm işi göndərə bilər; - 2 və daha çox iştirakçının hazırladığı işlər qəbul edilmir; - Rəsm əsərlərinin işlənmə texnikası sərbəstdir və müxtəlif texniki vasitələrlə (akvarel, quaş, yağlı boya, akril, pastel, flomaster, marker, rəngli karandaşlar və s.) işlənilə bilər; - Rəsmlərin çəkilməsi zamanı ölçülərə məhdudiyyət qoyulmur; - İnternet və digər oxşar resurslardan köçürülmüş məzmunda olan rəsmlər qəbul edilmir; - İşlər təqdim edilərkən müəllif haqqında ətraflı məlumat - adı, soyadı, atasının adı, təvəllüdü, oxuduğu məktəb, sinif, məşğul olduğu müəssisə və əlaqə vasitəsi qeyd olunmalıdır.   Rəsm müsabiqə-sərgisi 3 mərhələdə keçirilməklə aşağıdakı mövzuları əhatə edir: - Ordumuzun qazandığı nailiyyətlər; - Qarabağın tarixi abidələri, zəngin təbiəti; - Qəhrəmanlarımızın rəşadəti.   I mərhələ - 1-22 aprel 2021-ci il. Respublikada fəaliyyət göstərən hər bir ümumtəhsil məktəb və uşaq-gənclər inkişaf mərkəzinin təşkilat komitəsi tərəfindən hər yaş qrupu üzrə seçilmiş 1 rəsm işi incesenet.art@list.ru  elektron poçt ünvanına göndərilməlidir.   II mərhələ - 22–27 aprel 2021-ci il. Münsiflər heyəti tərəfindən işlər qiymətləndirilir və qaliblər müəyyənləşdirilir. Təqdim edilən işlər meyarlar üzrə 5 bal ilə qiymətləndirilir.   III  mərhələ - 30 aprel 2021-ci il. Rəsm müsabiqə-sərgisində qalib olmuş rəsm əsərlərindən ibarət sərgi təşkil olunacaq.   Qeyd edək ki, müsabiqə ilə bağlı sual yarandığı halda +994 12 597 13 42 və +994 50 497 97 55 telefon nömrələri ilə əlaqə saxlanıla bilər.   Hər yaş qrupu üzrə I, II, III və həvəsləndirici yerlərə layiq görülən iştirakçılar Təhsil Nazirliyinin diplom və hədiyyələri ilə təltif olunacaq,  qalib işlər sosial şəbəkələr və kütləvi informasiya vasitələrində geniş işıqlandırılacaq.

Xarici diplomların tanınmamasının səbəbləri

Təhsildə Keyfiyyət Təminatı Agentliyində xarici ali təhsilə aid kvalifikasiyaların tanınması üzrə müraciət edən ərizəçilər barədə mənfi qərarların səbəbləri arasında aşağıda qeyd edilən iki göstərici üstünlük təşkil edir:   1.Tələbənin təhsil səviyyəsi və forması üzrə ali təhsil müəssisəsində tələb olunan müddətdən az olması;   2.Təhsilin məzmununu mənimsəmək üçün tələb olunan minimal dil biliklərinin olmaması.   Qeyd edək ki, 2017-ci ildən etibarən verilən imtinaların 25 faizi ümumilikdə 10 ali təhsil müəssisəsini əhatə edir.   Həmin ali təhsil müəssisələri tələbələr ali təhsil standartlarına cavab vermədiyi, təhsil müəssisəsində tələb olunan müddətdən dəfələrlə az iştirak etdiyi və təhsil aldığı dildə sadə ünsiyyət belə qura bilmədiyi hallarda da məzunlara diplom təqdim edir. Bu səbəbdən Təhsildə Keyfiyyət Təminatı Agentliyi vətəndaşları seçim edərkən daha da diqqətli olmağa çağırır.   Sözügedən ali təhsil müəssisələrinin siyahısını diqqətinizə çatdırırıq:

Məktəblərdə “COVID-19”-la bağlı vəziyyətə dair məlumat

Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyətinin təşkili ilə bağlı əlavə tədbirlər barədə” qərarına və Təhsil Nazirliyinin müvafiq əmrinə əsasən, fevralın 1-dən ölkə üzrə ümumi təhsil müəssisələrində karantin rejiminin qaydalarına əməl edilməklə ənənəvi tədris qismən davam etdirilir.   Qeyd edək ki, ümumi təhsil müəssisələrinin yaşı 50-dən yuxarı olan müəllim və texniki heyətinin martın ilk həftəsindən vaksinasiya prosesinə başlanılıb. Bu proses çərçivəsində bu günədək 50 faizdən çox müəllim və texniki heyət “COVID-19” əleyhinə peyvənd olunub. Təhsil prosesinin səmərəli təşkili üçün müəllim, o cümlədən texniki heyətin vaksinasiya prosesində iştirakı zəruridir.    1 fevral – 29 mart 2021-ci il tarixlərində ümumi təhsil müəssisələrinin 1,6 faizi müxtəlif vaxtlarda distant təhsilə keçirilib ki, onların böyük bir qismində əyani təhsil yenidən bərpa edilib. Məktəblərdə müəllim, şagird və texniki heyət arasında yoluxma halları aşkar  olunarsa, Təhsil Nazirliyi Səhiyyə Nazirliyi ilə razılaşdırmaqla tədrisin distant formaya keçirilməsi barədə qərar qəbul edir.   Məlumat üçün bildiririk ki, 29 mart tarixindən teledərslərin yayımlandığı “Dərs vaxtı” proqramı, həmçinin “Virtual məktəb” platforması üzərindən də onlayn tədris davam etdirilir.   Təhsil Nazirliyi təhsil ictimaiyyətinə sanitar-gigiyenik qaydalara əməl etməyi, maska taxmaqla və sosial məsafəni gözləməklə “COVID-19” xəstəliyindən qorunmağı bir daha tövsiyə edir.

21/02/2022

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz

Ətraflı
21/02/2022

#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV

Ətraflı
21/02/2022

19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb

Ətraflı