SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
“Plastik boru qaynaqçısı” peşəsi üzrə biliklər qiymətləndirilib
Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən “Plastik boru qaynaqçısı” peşə ixtisası üzrə qeyri-formal və informal yollarla əldə edilmiş bilik, bacarıq, səriştə və təcrübələrin qiymətləndirilməsinin ilkin mərhələsi həyata keçirilib.
Agentliyin inzibati binasında keçirilən test imtahanı mövcud karantin rejiminin tələblərinə uyğun olaraq təşkil edilib. Agentliyin nümayəndəsinin sədrlik etdiyi Komissiya tərəfindən qiymətləndirmə aparıldıqdan sonra yüksək nəticə göstərmiş ərizəçilər bacarıq, səriştə və təcrübələrin praktiki qiymətləndirilmə mərhələsində iştirak etmək hüququ əldə edəcəklər. Praktiki imtahanlar aprelin 22-də “Crocus Trading” MMC-nin təşkilatı dəstəyi ilə “CroPlast” zavodunun istehsalat bazasında həyata keçiriləcək.
Qeyd edək ki, “Plastik boru qaynaqçısı” ixtisası üzrə qeyri-formal və informal təhsilin tanınması üçün qeydiyyat https://bit.ly/2Q8AoVF davam edir.
3 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
2 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
2 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
2 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
2 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
2 il əvvəl