SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Dama üzrə onlayn respublika turniri keçirilib
12-13 aprel tarixlərində dama üzrə onlayn respublika turniri başa çatıb. “Təhsil” Respublika İdman Mərkəzinin təşkilatçılığı ilə keçirilən turnir Nizami Gəncəvinin 880 illiyinə həsr olunub.
Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən Uşaq-Gənclər İdman-Şahmat məktəblərindən 17-yaşadək 81 oğlan və 30 qız damaçısı olmaqla, ümumilikdə 111 iştirakçının qatıldığı yarış İsveçrə sistemi üzrə 11 turdan ibarət olmaqla www.playok.com internet portalı üzərindən keçirilib.
Yarışın yekun nəticəsinə əsasən, ümumi hesabda “Təhsil” RİM-in 4 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman-Şahmat məktəbinin yetirmələri Sadiq Babayev I yerə, Orxan Məmmədzadə II yerə, Asif Aşurov III yerə layiq görülüb.
Qeyd edək ki, Təhsil Nazirliyinin və Azərbaycan Dama Federasiyasının dəstəyi ilə təşkil olunan yarışın keçirilməsində məqsəd dahi Azərbaycan şairi Nizami Gəncəvinin 880 illiyinin qeyd edilməsi, məktəblilərin asudə vaxtlarının səmərəli təşkili, sürətli dama üzrə qaliblərin müəyyənləşdirilməsi və müasir texnologiyalardan istifadə etməklə damaçıların oyun təcrübələrinin artırılmasından ibarət olub.
3 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
2 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
2 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
2 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
2 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
2 il əvvəl