• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Müəllimlər üçün qiymətləndirmə çərçivəsi

Təhsil İnstitutu tərəfindən müəllimlərin işə qəbulu müsabiqəsinin qiymətləndirmə çərçivəsini müəyyən edən sənədlər toplusu hazırlanıb. Sənədlər toplusu ümumi və tam orta təhsil müəssisələrində fəaliyyət göstərən və ya göstərmək istəyən mütəxəssislər üçün nəzərdə tutulub. Həmin sənədlər 18 fənni, ibtidai sinif, metodika və pedaqogikanı əhatə edən məlumat kitabçasında öz əksini tapıb.

 

Məlumat kitabçasında hər fənn üzrə qiymətləndirmənin əsas məzmun sahələri və bu sahələr üzrə istifadə olunacaq tapşırıqların sayı göstərilib, iddiaçıların müsabiqəyə hazırlığına yardım etmək üçün müxtəlif fənlər üzrə əsas mövzular verilib. Bu, həm müsabiqə iştirakçılarını test tapşırıqlarının informasiya mənbəyi ilə tanış etmək, həm də onların fənnin tədrisi üçün zəruri olan nəzəri və praktiki bacarıqlarını yoxlamaq, mövcud dərsliklərdəki mövzuları bilmə, mənimsəmə səviyyəsini ölçmək məqsədini daşıyır.

 

Mövzular seçilərkən ümumtəhsil məktəblərinin ümumi və tam orta təhsil pilləsində istifadə olunan mövcud proqram və dərsliklərdəki tədris materialları əsas götürülüb.

 

Qeyd edək ki, müəllimlərin işə qəbulu müsabiqəsinin qiymətləndirmə çərçivəsində öz əksini tapmış fənlər üzrə mövzular ölkəmizdə fəaliyyət göstərən ali təhsil müəssisələrinin pedaqoji ixtisaslarını bitirmiş məzunların hər birinə bu və ya digər səviyyədə tanışdır.

 

MİQ-Çərçivə Sənədi-2021


3 il əvvəl