• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Avqustun 12-də təhsil naziri Misir Mərdanov Bakının Şüvəlan qəsəbəsindəki 16 nömrəli internat məktəbdə istedadlı uşaqlar üçün açılmış yay təlim-istirahət düşərgəsində olub, burada dincələn şagirdlərlə görüşüb.

Avqustun 12-də təhsil naziri Misir Mərdanov Bakının Şüvəlan qəsəbəsindəki 16 nömrəli internat məktəbdə istedadlı uşaqlar üçün açılmış yay təlim-istirahət düşərgəsində olub, burada dincələn şagirdlərlə görüşüb. Görüşdə təhsil nazirinin müavini İsgəndər İsgəndərov, nazirliyin Kənd məktəbləri üzrə ümumi təhsil və məktəbəqədər tərbiyə şöbəsinin müdiri Aydın Əhmədov, respublika fənn olimpiadalarının kimya və biologiya üzrə münsiflər heyətinin sədrləri, tanınmış alimlər Vaqif Abbasov, Ədalət Fərəcov və KİV nümayəndələri iştirak ediblər. Uşaqları səmimi salamlayan nazir bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev cəmiyyətin sərvəti olan istedadlı uşaqların aşkara çıxarılması və inkişafına böyük diqqət yetirir. Bu məqsədlə ölkə başçısının xüsusi sərəncamı ilə iki il əvvəl “Xüsusi istedada malik uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramı” (2006-2010-cu illər) təsdiq olunub. Dövlət Proqramının icrası ilə bağlı təhsil Nazirliyinin Fəaliyyət Planına əsasən yerlərdə riyaziyyat, fizika, kimya, biologiya fənləri üzrə aşkara çıxarılmış istedadlı şagirdlər arasından ən istedadlılarını müəyyənləşdirmək məqsədi ilə bu ilin mayında Bakı şəhərində alim və mütəxəssislərin iştirakı ilə təkrar seçim aparılıb. Bu düşərgəyə də məhz həmin seçim zamanı ən yüksək bal toplayanlar cəlb olunub. Sonra nazir düşərgədə şagirdlərin istirahətlərinin necə keçməsi ilə maraqlanıb. Günlərinin xoş və mənalı keçdiyini deyən uşaqlar yaradılan şəraitdən razılıq edib, istedadlı uşaqların inkişafına göstərdiyi qayğıya görə Azərbaycan Prezidentinə minnətdarlıqlarını bildiriblər. Nazirə məlumat verilib ki, istirahətlərini səmərəli keçirmək üçün uşaqlara hər cür şərait yaradılıb, müxtəlif tədbirlərlə zəngin gün rejimi tərtib olunub. Onlar hər gün sevdikləri idman növləri ilə məşğul ola bilir, şahmat, dama oynayır, şəhərin görməli yerlərinə gəzintilərə çıxırlar. İndiyədək Qız qalasına, Şirvanşahlar sarayına, Mərdəkan dendrarisinə, Atəşgaha gəzintilər təşkil olunub, bir sıra idman növləri üzrə yarışlar keçirilib. İnternat məktəbin zəngin kitabxanası, kompüter otaqları, idman zalı, hovuzu istedadlı uşaqların ixtiyarındadır. Uşaqlarla söhbət edən nazir onların arzu-istəkləri ilə maraqlanıb, çoxsaylı suallarını cavablandırıb. Nazir istedadlı uşaqların düşərgədə olduqları müddətdən maksimum səmərəli istifadə etmələri üçün paytaxtın tarixi-mədəni abidələrinə, muzeylərinə, xüsusən də Azərbaycan tarixi, xalça muzeylərinə ekskursiyaya aparılmasını tövsiyə edib. Təhsil naziri istedadlı uşaqlar üçün düşərgədə yaradılmış şəraiti, onlarla keçirilən mədəni-kütləvi tədbirləri, alimlərin şagirdlərlə görüşünü yüksək qiymətləndirib, bu işdə əməyi olanlara təşəkkür edib. Görüşün sonunda Misir Mərdanov yay təlim-istirahət düşərgəsində dincələn istedadlı uşaqlarla xatirə şəkli çəkdirib.

ABŞERON RAYONUNDA YENİ DƏRS İLİNƏ CİDDİ HAZIRLIQ GÖRÜLÜR

AzərTAc xəbər verir ki, Abşeron rayonunda yeni dərs ilinə ciddi hazırlıq görülür. Abşeron Rayon İcra Hakimiyyəti başçısının müavini İradə Gülməmmədova bildirmişdir ki, rayonda fəaliyyət göstərən 34 məktəbin hamısında yeni dərs ilinə hazırlıqla əlaqədar cari təmir işləri aparılır. Xırdalan şəhər 1 nömrəli və Ceyranbatan qəsəbə 1 nömrəli məktəbləri Təhsil Nazirliyinin, Novxanı kənd 1 nömrəli məktəbi isə rayonun daxili imkanları hesabına əsaslı təmir olunur. Bununla yanaşı, Qobu qəsəbəsində rayonun daxili imkanları, Masazır kəndində isə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vəsaiti hesabına hər biri 200 şagird yerlik yeni məktəb binaları inşa edilir.

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”na uyğun olaraq ABŞ ali məktəblərinin magistraturasında təhsil almaq məqsədilə Azərbaycan Respublikası Təhsil Nazirliyi və ABŞ-ın Azərbaycandakı Səfirliyi Fulbrayt Tələbə Proqramı üçün ilk müsabiqəni elan edir.

1946-cı ildə təsis edilmiş Fulbrayt Tələbə Proqramı ABŞ Dövlət Departamentinin xarici əlaqələrində mühüm rol oynayıb. Bu proqram idarəetmə xüsusiyyətləri, açıq düşüncə nümayiş etdirəcək gələcəyin liderlərini hazırlamaq prinsiplərini rəhbər tutur. 2008-ci ilin 19 iyun tarixində Azərbaycan Respublikasının Hökuməti ilə ABŞ Hökuməti arasında Saziş imzalanıb. Bu Sazişin 4-cü maddəsində Tərəflərin təbiət, mühəndislik, informasiya texnologiyaları, sosial, humanitar elmlər, incəsənət, kommunikasiya, biznesin idarə edilməsi, kənd təsərrüfatı və səhiyyə, digər sahələr də daxil olmaqla, tələbə, alim və tədqiqatçıların daha geniş mübadiləsinin aparılması, birgə maliyyələşdirmək yolu ilə Fulbrayt proqramının genişləndirilməsi və Azərbaycan tərəfinin bu proqramı “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramı” vasitəsilə azərbaycanlı tələbələrin ABŞ universitetlərində təhsil almasının dəstəklənməsi qeyd olunub. Fulbrayt Tələbə Proqramı çərçivəsində elan olunan bu müsabiqə də məhz həmin Saziş əsasında aparılır. Müsahibədə Azərbaycan Respublikasının vətəndaşı olan, bakalavr dərəcəsinə malik, 2007-2008 və 2008-2009-cu illərdə magistr pilləsi üzrə keçirilən imtahanlarda müvafiq olaraq 70 və 80 bal toplayan, əvvəlki illərdə bakalavr və mütəxəssis proqramlarını yüksək göstəricilərlə başa vurmuş şəxslər iştirak edə bilərlər. Sənədlər sentyabrın 12-dək Təhsil Nazirliyi və ABŞ Səfirliyində qəbul olunacaq. Müsabiqə barədə elan “Azərbaycan müəllimi” qəzetində, Təhsil Nazirliyinin (www.edu.gov.az) və ABŞ səfirliyinin (www.azerbaijan.usembassy.gov) saytlarında verilib. Ərizə formasını isə göstərilən saytlardan əldə etmək olar.

Avqustun 8-də Təhsil Nazirliyində mətbuat konfransı keçirilib.

Mətbuat konfransı ABŞ ali məktəblərinin magistraturasında təhsil almaq məqsədilə Azərbaycan Respublikası Təhsil Nazirliyi və bu ölkənin Azərbaycandakı səfirliyinin Fulbrayt Tələbə Proqramı üçün ilk müsabiqəni elan etməsinə həsr olunmuşdu.  Təhsil naziri Misir Mərdanov öncə mətbuat konfransında iştirak edən ABŞ-ın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri xanım Ənn Dersi, səfirliyin İctimaiyyətlə əlaqə şöbəsinin yeni rəhbərini və media nümayəndələrini səmimi salamlayıb. Misir Mərdanov Fulbrayt Tələbə Proqramının başlanmasını hər iki ölkə üçün müsbət addım kimi dəyərləndirib. Sonra nazir bildirib ki, ölkə Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə təsdiq olunmuş “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”na uyğun olaraq cari ilin iyununda Azərbaycan Respublikasının Hökuməti ilə ABŞ Hökuməti arasında Saziş imzalanıb. Nazir əlavə edib ki, bu Sazişin 4-cü maddəsində Tərəflərin təbiət, mühəndislik, informasiya texnologiyaları, sosial, humanitar elmlər, incəsənət, kommunikasiya, biznesin idarə edilməsi, kənd təsərrüfatı və səhiyyə, digər sahələr də daxil olmaqla, tələbə, alim və tədqiqatçıların daha geniş mübadiləsinin aparılması, birgə maliyyələşdirmək yolu ilə Fulbrayt proqramının genişləndirilməsi qeyd olunub.  Fulbrayt Tələbə Proqramı çərçivəsində elan olunan bu müsabiqənin məhz həmin Saziş əsasında aparıldığını diqqətə çatdıran Misir Mərdanov müsahibədə Azərbaycan Respublikasının vətəndaşı olan, bakalavr dərəcəsinə malik, 2007-2008 və 2008-2009-cu illərdə magistr pilləsi üzrə keçirilən imtahanlarda müvafiq olaraq 70 və 80 bal toplayan, əvvəlki illərdə bakalavr və mütəxəssis proqramlarını yüksək göstəricilərlə başa vurmuş şəxslərin iştirak edə biləcəyi barədə məlumat verib. Xanım Ənn Dersi çıxış edərək dövlət başçımızın təsdiq etdiyi müvafiq proqramı aıqışlayıb və bu proqramın azərbaycanlı gənclərə dünyanın ən nüfuzlu universitetlərində oxumaq üçün faydalı imkan yaratdığını vurğulayıb. Səfir eyni zamanda bildirib ki, ABŞ höküməti 1993-cü ildən Fulbrayt Proqramı çərçivəsində hər iki ölkənin alimlərinin qarşılıqlı səfərlərini təşkil edir və bu proqramın iştirakçıları professor-müəllim heyəti, tədqiqatçılardır. Xanım Dersi onu da əlavə edib ki, bu proqram çərçivəsində seçilənlər ABŞ-da iki il magistr proqramı üzərində çalışacaqlar. Mətbuat konfransının sonunda təhsil naziri Misir Mərdanov və ABŞ-ın ölkəmizdəki səfiri xanım Ənn Dersi media nümayəndələrinin Fulbrayt Proqramı ilə bağlı suallarını cavablandırıblar.

Avqustun 7-də təhsil naziri Misir Mərdanov Azərbaycanlı tələbələrin Avropa Forumunun baş katibi Vüsal Məmmədov, Forumun idarə heyətinin üzvü Emil Məcidov və Bakı nümayəndəliyinin rəhbəri Rasim Bəxşi ilə görüşüb.

Qonaqları səmimi salamlayan nazir bu təşkilatın apardığı işləri və onun fəaliyyətini yüksək dəyərləndirdiyini diqqətə çatdırıb. Öncə Misir Mərdanov qonaqlara ölkə Prezidentinin Sərəncamı ilə təsdiq olunan “2007-2015-ci ölkələrdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın icrası istiqamətində görülən işlər haqqında məlumat verib. Azərbaycanlı tələbələrin Avropa Forumunun baş katibi Vüsal Məmmədov bu görüşdən məmnun olduğunu ifadə edib. V.Məmmədov rəhbəri olduğu təşkilatın məram və məqsədləri haqqında danışaraq nazirə müxtəlif ölkələrdə keçirilən Forumlar barədə də məlumat verib, qeyd edib ki, məhz belə tədbirlərdə azərbaycanlı tələbələr bir araya gəlməklə fikir mübadiləsi aparır, müxtəlif təklif və ideya verirlər. Forumun əhəmiyyətindən danışan təşkilat rəhbəri Azərbaycanın Avropada tanıdılması işində keçirilən tədbirlərin böyük rol oynadığını vurğulayıb. Brüsseldə təşkil olunan azərbaycanlı tələbələrin Avropa Forumunda müzakirə edilən məsələlər, eləcə də qarşıda duran perspektivlərdən söz açan V.Məmmədov Forumun digər fəaliyyət istiqamətlərindən də danışıb. Qeyd olunan təşkilatla mütəmadi əlaqələr yaradılması, görüşlər keçirilməsinin zəruriliyini bildirən Misir Mərdanov birgə tədbirlər planının hazırlanması, TEMPUS-TASİS proqramı üzrə iş aparılması təklifi ilə çıxış edib. Nazir həmçinin bu təşkilata Azərbaycanın tarixi, mədəniyyəti, dili ilə bağlı dərslik və xəritələr verilməsi fikrini də qeyd edib. Misir Mərdanov bildirib ki, bəzi ölkələrin aparıcı ali məktəblərində Azərbaycan Mərkəzinin yaradılması işi də bu istiqamətdə atılan ən yüksək addımlardan biri olar. Təhsil naziri Misir Mərdanov təşkilatın işinə dəstək göstərməyə hazır olduğunu xüsusi vurğulayıb və birgə fəaliyyət göstərməyə böyük önəm verdiyini açıqlayıb. Görüşdə Təhsil Nazirliyi ilə “British Council” təşkilatının birgə hazırladığı memorandumun bu ilin noyabrında Londonda keçiriləcək Forum zamanı imzalanması təklifi də səsləndirilib.

Avqustun 6-da Müasir Təhsil və Tədrisə Yardım Mərkəzində bu qurumun Təhsil Nazirliyi ilə birgə məktəb rəhbərləri üçün təşkil etdiyi “Məktəb direktorları: peşəkarlıq, liderlik və səmərəlilik” mövzusunda üçgünlük seminarın başa çatması və iştirakçılara sertifikatların təqdim olunması ilə bağlı mərasim keçirilib.

Mərasimdə təhsil naziri Misir Mərdanov, nazirliyin Strateji təhlil, planlaşdırma və kadrların idarəolunması şöbəsinin müdiri Fərzəli Qədirov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Nailə Rzaquliyeva iştirak edib. Təhsil naziri Misir Mərdanov seminarın keçirilməsini və bu tədbirdə şəhər məktəbləri ilə yanaşı bölgələrin ümumtəhsil müəssisə rəhbərlərinin iştirakını yüksək dəyərləndirib. Eyni zamanda nazir çıxışında məktəb direktorunun idarəetmə prinsiplərinə yiyələnməsi, məktəbin idarə olunmasında onlardan xüsusi istedad və qabiliyyət tələb olunması kimi məsələlərdən söz açıb. Sonra nazir seminarın təşkilatçılarına minnətdarlığını bildirib, onun aparıcısı, ABŞ-ın Konnektikut Universitetinin professoru xanım Ketrin Maqnaya təşəkkür edib. Tədbirdə seminarda iştirak etmiş direktorlara sertifikatlar təqdim olunub.

“2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində cari ilin martında Koreyaya 5, iyunda isə 12 tələbə müsahibə əsasında seçilərək Almaniyaya təhsil almaq üçün göndərilib.

Hazırda Fransa ali məktəblərində təhsil almaq üçün sənədlərin qəbulu başa çatıb. Yaxın günlərdə sənəd təqdim edən 40-dan artıq tələbə üçün müsahibə keçiriləcək. Onu da qeyd edək ki, bu günlərdə ABŞ-ın Fulbrayt Proqramı ilə əməkdaşlıq çərçivəsində bu ölkənin ali təhsil müəssisələrinin magistratura pilləsinə qəbul üçün elan veriləcək.

Ölkə Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə təsdiq olunan “2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı”na əsasən cari ildə Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonunda yerləşən 200-dək təhsil müəssisəsinin intranet xidmətləri və internet şəbəkəsinə çıxışla təmin edilməsi nəzərdə tutulur.

Proqrama əsasən İKT-nin tətbiqi üzrə Məlumat və Resurs Mərkəzinin yaradılması ilə bağlı  iş aparılacaq. Mərkəz şəbəkə idarəedilməsi, kompüter şəbəkələrinin təhlükəsizliyi, intranet xidmətlərinin işlənilməsi və tətbiq olunması, yeni texnologiyalar sahəsində araşdırmaların aparılması və müvafiq treninqlərin təşkili üzrə fəaliyyət göstərəcək.  Eyni zamanda ölkəmizin ən qabaqcıl təhsil müəssisələrində Elektron məktəb tipli pilot layihələrin həyata keçirilməsi də nəzərdə tutulub. Bu layihələrin əsas məqsədi “Bir müəllim bir kompüter-Bir şagird bir kompüter” prinsipinə nail olmaqla təhsilə İKT-nin tətbiqini sürətləndirməkdir. Məlumat üçün onu da qeyd edək ki, 2009-cu ildən başlayaraq yuxarıda sadalanan tədbirlərin ölkəmizin digər şəhər və kənd bölgələrində yerləşən təhsil müəssisələrinə tətbiqi planlaşdırılır.

DÖVLƏT NEFT ŞİRKƏTİ BU İL 22 TƏLƏBƏNİ XARİCƏ TƏHSİL ALMAĞA GÖNDƏRƏCƏKDİR

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Təqaüd Proqramı çərçivəsində bu il daha 22 tələbə xarici ölkələrin ali təhsil ocaqlarında oxumağa göndəriləcəkdir. Dövlət Neft Şirkətindən AzərTAc-a bildirmişlər ki, artıq həmin tələbələrin 5 nəfərdən ibarət ilk qrupu Almaniyaya yola salınmışdır. Onlardan 4-ü ikiillik magistr dərəcəsi, 1-i isə 3 illik bakalavr pilləsi üzrə müxtəlif universitetlərdə oxuyacaqdır.  Əvvəlcə Berlində iki aylıq kurslara cəlb olunacaq bu tələbələr, əsasən, iqtisadiyyat və neft mühəndisi ixtisası üzrə təhsil alacaqlar. Növbəti 2 qrupun yola salınması isə avqustun axırı, sentyabrın əvvəllərinə planlaşdırılır. Onlar Almaniya ilə yanaşı, Fransa, Böyük Britaniya, Hollandiya və Amerikanın nüfuzlu universitetlərinə göndəriləcəklər. Şirkətin 2006-cı ildən həyata keçirdiyi Təqaüd Proqramı çərçivəsində hazırda 29 tələbə təhsilini xaricdə davam etdirir. Artıq onlardan 4-ü vətənə qayıtmış və ixtisasları üzrə işlə təmin olunmuşdur.   AzərTAc

İmişlidə Heydər Əliyev Fondunun təşəbbüsü ilə 300 yerlik yeni məktəb binasinin tikintisi başa çatir

AzərTAc xəbər verir ki, Heydər Əliyev Fondunun "Yeniləşən Azərbaycana yeni məktəblər" proqramının növbəti mərhələsi çərçivəsində İmişli şəhərində 300 yerlik yeni məktəb binası tikilir. Təhsil ocağında 15 sinif otağı, idman zalı, kitabxana, kompyuter kabineti, istilik sistemi və nasosxana olacaqdır. Sentyabrın 15-dək istifadəyə veriləcək məktəbdə müasir tələblərə cavab verən maddi-texniki baza yaradılacaqdır. AzərTAc

21/02/2022

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz

Ətraflı
21/02/2022

#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV

Ətraflı
21/02/2022

19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb

Ətraflı