SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Ölkə Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə təsdiq olunan “2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı”na əsasən cari ildə Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonunda yerləşən 200-dək təhsil müəssisəsinin intranet xidmətləri və internet şəbəkəsinə çıxışla təmin edilməsi nəzərdə tutulur.
Proqrama əsasən İKT-nin tətbiqi üzrə Məlumat və Resurs Mərkəzinin yaradılması ilə bağlı iş aparılacaq. Mərkəz şəbəkə idarəedilməsi, kompüter şəbəkələrinin təhlükəsizliyi, intranet xidmətlərinin işlənilməsi və tətbiq olunması, yeni texnologiyalar sahəsində araşdırmaların aparılması və müvafiq treninqlərin təşkili üzrə fəaliyyət göstərəcək.
Eyni zamanda ölkəmizin ən qabaqcıl təhsil müəssisələrində Elektron məktəb tipli pilot layihələrin həyata keçirilməsi də nəzərdə tutulub. Bu layihələrin əsas məqsədi “Bir müəllim bir kompüter-Bir şagird bir kompüter” prinsipinə nail olmaqla təhsilə İKT-nin tətbiqini sürətləndirməkdir.
Məlumat üçün onu da qeyd edək ki, 2009-cu ildən başlayaraq yuxarıda sadalanan tədbirlərin ölkəmizin digər şəhər və kənd bölgələrində yerləşən təhsil müəssisələrinə tətbiqi planlaşdırılır.
10 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
4 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
4 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
4 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
4 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
4 il əvvəl