• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Sentyabrın 8-dən 12-dək “Crescent Beach” mehmanxanasında təlimçi müəllimlər üçün 5 günlük treninq keçirilib.

Sentyabrın 8-dən 12-dək “Crescent Beach” mehmanxanasında təlimçi müəllimlər üçün 5 günlük treninq keçirilib. Treninqlər “İnsan hüquqlarının məktəblərdə tədrisi” layihəsi çərçivəsində fəaliyyət göstərən ümumtəhsil məktəblərində qeyd olunan sahə üzrə müəllimlərin bilik və bacarıqlarının təkmilləşdirilməsi məqsədilə təşkil olunub. Məlumat üçün qeyd edək ki, Norveç Qaçqınlar Şurası 2006- cı ildən Təhsil Nazirliyi ilə birgə “İnsan hüqularının məktəblərdə tədrisi “ proqramı çərçivəsində ölkəmizin bir sıra şəhər və rayonlarında təlim kursları keçirir. 2007-ci ildən isə bu layihə Beynəlxalq Xilasetmə Komitəsi tərəfindən davam etdirilir. Böyük Britaniyanın York şəhərindəki Müqəddəs Con Universitetinin nəzdində fəaliyyət göstərən Qlobal Təhsil Mərkəzinin İnsan hüquqlarının tədrisi üzrə beynəlxalq məsləhətçiləri tərəfindən aparılan treninqlərdə Bakı, Gəncə şəhər, Füzuli, Ağcabədi və Göyçay rayonu ümumtəhsil məktəblərinin müəllimləri iştirak edib. Treninqin son günü təntənəli mərasim keçirilib və layihə iştirakçılarına sertifikatlar təqdim olunub.

Sentyabrın 12-də “Gülüstan” sarayında “Prezident İlham Əliyev və Azərbaycanda Təhsilin İnkişafı ” kitabının təqdimat mərasimi keçirilib.

Sentyabrın 12-də “Gülüstan” sarayında “Prezident İlham Əliyev və Azərbaycanda Təhsilin İnkişafı ” kitabının təqdimat mərasimi keçirilib. Təqdim olunan kitabda Prezident İlham Əliyevin 2003-2008-ci illərdə təhsil sahəsində imzaladığı fərman və sərəncamlar, təsdiq etdiyi proqramlar, dövlət başçısının təhsillə bağlı nitq və çıxışları, onun rəhbərliyi ilə bu sahədə qazanılan nailiyyətlər əksini tapıb.Nəşrdə son illərdə ölkəmizdə inşa edilmiş və əsaslı təmir olunmuş təhsil müəssisələrinin siyahısı və fotoşəkilləri də verilib. Tədbirdə təhsil naziri Misir Mərdanov çıxış edərək Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təhsil sisteminə, müəllimlərə göstərdiyi diqqət və qayğısından danışıb. Son illərdə təhsil sahəsində qazanılan uğurlardan bəhs edən nazir ölkəmizdə ümumtəhsil, ali və orta ixtisas, texniki -peşə təhsilinin inkişafı, informasiya -kommunikasiya texnologiyalarının bu sahəyə tətbiqi üzrə həyata keçirilən proqramların əhəmiyyətini vurğulayıb. Tədbirdə Azərbaycan Respublikası Prezidentinin İcra Aparatı Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə, Yeni Azərbaycan Partiyası sədrinin müavini Əli Əhmədov, Milli Məclis sədrinin müavini Bahar Muradova, Bakı Slavyan Universitetinin rektoru Kamal Abdullayev, Azərbaycan Tibb Universitetinin rektoru Əhliman Əmiraslanov və digər natiqlər çıxış edərək kitabın təhsil tariximizə çox dəyərli töhfə olduğunu qeyd ediblər.

Sentyabrın 10-da Bakı Şəhəri üzrə Təhsil İdarəsinin konfransı keçirilib.

Sentyabrın 10-da Bakı Şəhəri üzrə Təhsil İdarəsinin konfransı keçirilib.   Konfransda Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Nailə Rzaquliyeva “2007-2008-ci dərs ilinin yekunları və qarşıda duran vəzifələr” mövzusunda çıxış edib. N.Rzaquliyeva ölkə Prezidentinin təhsilə göstərdiyi diqqət və qayğısından söz açıb, təhsil müəssisələrində çalışan işçilərin əməkhaqqının artırılmasının razılıq hissi ilə qarşılandığını bildirib. Təhsil naziri Misir Mərdanov konfrans iştirakçılarını qarşıdan gələn “Bilik günü” - yeni dərs ilinin başlanması münasibəti ilə təbrik edib, onlara müvəffəqiyyətlər arzulayıb. Nazir ölkədə təhsilin inkişafına göstərilən dövlət qayğısını yüksək dəyərləndirərək, bu sahədə görülən məqsədyönlü işlərin göz qabağında olduğunu söyləyib. Bu gün təhsilin keyfiyyətinin yüksəldilməsində mühüm tədbirlərin həyata keçirildiyini deyən Misir Mərdanov hazırda təhsil müəssisələrində tərbiyə məsələsinə xüsusi diqqət artırılmasının zəruriliyini vurğulayıb. Misir Mərdanov məktəb-valideyn-şagird münasibətlərinin düzgün qurulmasında məktəb rəhbərlərinin daha fəal olmasını təhsil işçilərinin diqqətinə çatdırıb, hər bir valideynin öz övladının oxuduğu məktəbin həyatında baş verən bütün proseslərdə yaxından iştirak etməsini arzulayıb. Nazir digər həlli vacib məsələlərə də geniş toxunaraq təhsil işçilərinə bir sıra dəyərli tövsiyələr verib. Misir Mərdanov “Ən yaxşı ümumtəhsil məktəbi”, “Ən yaxşı müəllim” müsabiqələrinin qalibləri sırasında olan paytaxtın 14 ümumtəhsil məktəbinin direktoruna və 42 müəllimə müvafiq sertifikatlar təqdim edərək onlara fəaliyyətlərində uğurlar diləyib. Konfransda çıxış edənlər görülmüş işlər, nailiyyətlər, qarşıda duran mühüm vəzifələrdən söz açıblar. Sonda konfrans şagirdlərin ifasında konsert proqramı ilə başa çatıb.

Sentyabrın 2-də “Hyatt Recency” otelində "XXI əsrdə təhsil yaradıcı şəxsiyyətlərin gözündə" mövzusunda "Dəyirmi masa" keçirilib

   Sentyabrın 2-də “Hyatt Recency” otelində "XXI əsrdə təhsil yaradıcı şəxsiyyətlərin gözündə" mövzusunda "Dəyirmi masa" keçirilib.    Tədbidə təhsil naziri Misir Mərdanov çıxış edərək bildirib ki, “Dəyirmi masa”nın keçirilməsində əsas məqsədi yeni dərs ili ərəfəsində son illərdə təhsil sahəsində əldə edilmiş uğurları qeyd etmək, mövcud problemləri və onların həlli yollarını müzakirə edib müəyyənləşdirməkdir. Nazir yüksək intellektə malik insan kapitalının formalaşması və davamlı inkişafa zəmin yaradan güclü iqtisadiyyatın qurulmasında təhsilin rolunun əvəzsiz olduğunu bildirib.     Misir Mərdanov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təhsilimizə, bu sahədə çalışanlara göstərdiyi diqqət və qayğısından danışıb. Nazir bildirib ki, büdcədən təhsilə ayrılan vəsait 2008-ci ildə 1,1 milyard manat olub, investisiya xərcləri isə 220 milyon manata çatıb. Təhsillə bağlı 14 inkişafyönümlü Dövlət Proqramının təsdiq edildiyini diqqətə çatdıran nazir 2007-2008-ci tədris ilində ilk dəfə olaraq dövlət səviyyəsində "Ən yaxşı müəllim" və "Ən yaxşı ümumtəhsil məktəbi" müsabiqələrinin keçirildiyini söyləyib. Bu il ali məktəblərə qəbul imtahanlarında məzunların nəticələrinin ötən ilə nisbətən xeyli yüksəldiyini qeyd edən nazir 600-dən çox bal toplayanların sayının 2004-cü illə müqayisədə 2 dəfədən çox artdığını, 6 nəfərin isə 700 bal topladığını, son illərdə dünya fənn olimpiadalarında və beynəlxalq bilik yarışlarında Azərbaycan məktəblilərinin 13 qızıl, 18 gümüş, 50 bürünc medal qazandığını bildirib.     Təhsilimizin beynəlxalq əlaqələrindən bəhs edən Misir Mərdanov diqqətə çatdırıb ki, bu gün Azərbaycan dünyanın 50-dən çox ölkəsi ilə əməkdaşlıq edir, 3 mindən çox azərbaycanlı gənc ayrı-ayrı ölkələrin ali təhsil müəssisələrində təhsil alır.      Misir Mərdanov bu il məktəblərə 102 adda 4 milyon nüsxədən çox dərslik və müəllimlər üçün dərs vəsaiti verildiyini, pedaqoji kadr təminatı üzrə Dövlət Proqramına müvafiq olaraq ciddi ehtiyacı olan ucqar kənd məktəblərinə göndərilən müəllimlərin sayının 4788 nəfərə çatdığını bildirib.       "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"na uyğun olaraq 100 nəfərdən çox azərbaycanlı gənc ABŞ, Almaniya, Fransa, Böyük Britaniya, Türkiyə və digər ölkələrin aparıcı universitetlərində təhsil almağa göndərildiyini qeyd edən nazir ölkəmizdə ali və orta ixtisas, texniki peşə təhsilinin inkişafı, informasiya-kommunikasiya texnologiyalarının təhsil sahəsinə tətbiqi üzrə həyata keçirilən proqramların əhəmiyyətini vurğulayıb.       Tədbirdə Azərbaycan Respublikası Prezidentinin İcra Aparatı Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə, Azərbaycan Yazıçılar Birliyinin sədri  xalq yazıçısı Anar, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Mahmud Kərimov, Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə, tanınmış elm və mədəniyyət xadimləri, ali məktəb rektorları, təhsil işçiləri, ictimaiyyətin nümayəndələri iştirak edib, mövzu ilə bağlı fikir və mülahizələrini açıqlayıb, yeni dərs ilində təhsil işçilərinə nailiyyətlər arzulayıblar.

2008-2009-CU TƏDRİS İLİ ÜZRƏ AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ SİSTEMİNDƏ GÜNDÜZ ÜMUMTƏHSİL MƏKTƏBLƏRİNİN I SİNİFLƏRİNƏ GEDƏCƏK ŞAGİRDLƏRİN SAYI HAQQINDA MƏLUMAT

I sinfə gedəcək şagirdlər - 122 546   Bunlardan: a) qızlar - 58 117 b) oğlanlar - 64 429 Bakı şəhəri üzrə I sinfə gedəcək şagirdlər - 28 500

Sentyabrın 8-də 11 saylı Bakı Peşə Liseyində respublika peşə təhsili işçilərinin konfransı keçirilib.

Sentyabrın 8-də 11 saylı Bakı Peşə Liseyində respublika peşə təhsili işçilərinin konfransı keçirilib. Konfransda təhsil naziri Misir Mərdanov çıxış edərək peşə təhsili işçilərini yeni tədris ilinin başlanması münasibəti ilə təbrik edib, işlərində uğurlar arzulayıb. Son zamanlar ölkədə aparılan sosial-iqtisadi islahatların peşə təhsilinin də müasirləşməsi, maddi-texniki bazasını güclənməsi və peşə təhsili sisteminin yeniləşməsi zərurəti yaratdığını deyən nazir ölkə Prezidenti cənab İlham Əliyevin məhz bunu nəzərə alaraq təsdiq etdiyi “Azərbaycan Respublikasında texniki-peşə təhsilinin inkişafı üzrə Dövlət Proqramı (2007-2012-ci illər)”nın həmin sahənin inkişafında əhəmiyyətli rol oynadığını bildirib. Nazir öz çıxışında bu Proqramın icrası istiqamətində görüləcək işlər, peşə təhsili sistemi qarşısında duran mühüm vəzifələr, peşə məktəbi və liseylərində bazar iqtisadiyyatının tələblərinə uyğun kadr hazırlığının vəziyyəti, onun yaxşılaşdırılması ilə bağlı həyata keçiriləcək tədbirlərdən, respublikanın ayrı-ayrı bölgələrində yaradılacaq yeni peşə təhsili müəssisələrindən də söz açıb. Bütün bunlarla yanaşı, texniki peşə təhsili sahəsində bir sıra problemlərin də mövcud olduğunu qeyd edən Misir Mərdanov onların aradan qaldırılması, əsaslı islahatların həyata keçirilməsi məqsədi ilə hər kəsin məsuliyyətli olmasının vacibliyini vurğulayıb. Konfransda  Texniki-peşə təhsili şöbəsinin müdiri N. Məmmədov çıxış edərək  qeyd olunan  sahə ilə bağlı məsələlərə toxunub. Müzakirələr zamanı peşə təhsili müəssisələri rəhbərlərinin təklifləri səslənib və onları maraqlandıran suallara aydınlıq gətirilib.

Sentyabrın əvvəllərində “British Council” təşkilatı Təhsil Nazirliyi ilə birgə “Təbiət fənləri üzrə müəllimlər üçün təlimlər” layihəsinin I mərhələsi üzrə 5 günlük seminar keçirib.

“Tədris materiallarının yazılması” mövzusunda keçirilən seminarın məqsədi təbiət fənlərini tədris edən müəllimlərin interaktiv tədris metodlarından istifadəsi üzrə peşəkar qabiliyyətlərini inkişaf etdirmək, müxtəlif tələbə yönümlü öyrətmə və öyrənmə üsullarını birləşdirən mövzu dəstlərinin işlənib hazırlanması ilə onları tanış etməkdir. Seminarda Azərbaycan Müəllimlər İnstitutu və onun 11 filialı, Azərbaycan Dövlət Pedaqoji, Bakı, Gəncə, Sumqayıt, Lənkəran Dövlət Universitetləri, eləcə də Bakı, Gəncə, Sumqayıt şəhər, Lənkəran və Salyan rayon ümumtəhsil məktəblərindən seçilmiş 52 nəfər layihə iştirakçısı- təbiət fənlərini tədris edən müəllim, metodistlər iştirak edib. Seminarın son günü təntənəli mərasim keçirilib və layihə iştirakçılarına sertifikatlar paylanılıb. Tədbirdə Təhsil Nazirliyi, BP-nin Azərbaycan üzrə rəhbər nümayəndələri, “British Council”-un direktoru xanım Nikol lə Os de Laluvye və media nümayəndələri iştirak edib.

Avqustun 29-da Təhsil Nazirliyində uşaq hüquqlarının müdafiəsi sahəsində fəaliyyət göstərən yerli və beynəlxalq təşkilatlarla “Dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (De-İnstitusionalizasiya) və alternativ qayğı” Dövlət Proqramının icrası məsələlərinə həsr olunmuş növbəti tədbir keçirilib.

Avqustun 29-da Təhsil Nazirliyində uşaq hüquqlarının müdafiəsi sahəsində fəaliyyət göstərən yerli və beynəlxalq təşkilatlarla “Dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (De-İnstitusionalizasiya) və alternativ qayğı” Dövlət Proqramının icrası məsələlərinə həsr olunmuş növbəti tədbir keçirilib. Tədbirdə uşaq hüquqlarının müdafiəsi QHT alyansının nümayəndələri Save the Children Azərbaycan, Azərbaycana Birgə Yardım (UAFA), Müasir Təhsil və Tədrisə Yardım Mərkəzi, Humanitar Uşaq fondu “Buta” , SOS uşaq kəndləri Assosiasiyası , Əqli sağlamlıq təşəbbüsü təşkilatının təmsilçiləri iştirak ediblər. Uşaqların internat müəssisələrindən ailələrə verilməsi, habelə bu müəssisələrə uşaqların yeni qəbulunun qarşısının alınması mexanizmini özündə birləşdirən uşaq müdafiəsi sisteminin yaradılması barədə müzakirələr aparılıb. QHT-lər tərəfindən Təhsil Nazirliyinə qeyd olunan proqramın icrasını təmin edəcək mükəmməl uşaq müdafiəsi sistemi üzrə model təklif olunub.Tədbirdə nazirliyin proqramın əlaqələndiricisi olması nəzərə alınaraq həmin modeli Təhsil Nazirliyinin dəstəyi əsasında yaradılmasının zəruriliyi vurğulanıb. Ekspertlər yekdilliklə qeyd ediblər ki, proqramın uğurlu icrası üçün 3 əsas amil - uşaq müdafiəsi agentliyi, yerli səviyyədə uşaqlar və onların ailələrinə xidmətlər, bu sahədə əhalinin maarifləndirilməsi sahəsində gərgin iş aparılmalıdır. Tədbirdə Təhsil, Beynəlxalq və QHT-lər təklif olunan modelin ölkənin bir sıra rayon və şəhərlərində sınaqdan keçirilməsini tövsiyə edib. Eyni zamanda Təhsil Nazirliyi ilə bu sahədə qabaqcıl təcrübəyə malik mütəxəssis və QHT- lərlə məsləhətləşmələrin davam etdiriləcəyi qərara alınıb.

Yanvarın 21-də Təhsil Nazirliyində Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Müəllimlər İnstitutu və Gəncə Dövlət Universitetində pilot layihə kimi tətbiq edilən “Təhsilin əsasları” fənni üzrə II semestrin materiallarına dair təqdimat dinlənilib.

İclası təhsil naziri Misir Mərdanov açaraq bu barədə təqdimat etmək üçün sözü nazirliyin Kənd rayonları üzrə ümumi təhsil şöbəsinin aparıcı məsləhətçisi Afət Süleymanovaya verib. A. Süleymanova öncə ölkəmizdə alı təhsilin bakalavr pilləsində tədris edilən “Təhsilin əsasları” fənni üzrə I semestrin nəticələrindən bəhs edib. Sonra A.Süleymanova II semestrdə tədris ediləcək “Təhsildə dövlət siyasəti”, “Təhsilin iqtisadiyyatı” məzmun xətlərinə, eləcə də qeyd olunanlara dair təlim materialları haqqında məlumat verib. Təqdimatda “Təhsilin iqtisadiyyatı”, “Kurikulum və onun elmi-nəzəri əsasları”, habelə “Təhsilin metodoloji əsasları” üzrə IV və V semestrdə ayrılacaq dərs yükü barədə də danışılıb. Sonda müvafiq fənn üzrə tədrisin səmərəliliyini yüksəltmək məqsədi daşıyan rəy və təkliflər verilib.

Avqustun 11-də təhsil naziri Misir Mərdanov Fransanın ölkəmizdəki səfiri cənab Qabriel Kelleri qəbul edib.

Avqustun 11-də təhsil naziri Misir Mərdanov Fransanın ölkəmizdəki səfiri cənab Qabriel Kelleri qəbul edib. Qonaqları salamlayan nazir iki ölkə arasında təhsil sahəsində mövcud əlaqələrdən danışıb, son vaxtlar bu əlaqələrin yaxşı səviyyədə olduğunu diqqətə çatdırıb. Nazir vurğulayıb ki, ikitərəfli əlaqələri daha da genişləndirmək üçün çoxcəhətli iş aparılır. Əsas istiqamətlərdən biri azərbaycanlı gənclərin Fransada təhsili ilə bağlıdır. Nazir qeyd edib ki, 2007-ci ildə Fransanın QNUS təşkilatı ilə Təhsil Nazirliyi arasında saziş imzalanıb. Həmin sazişə əsasən 13 tələbə Fransada təhsil almağa göndərilib. Onların 12-si hazırlıq, 1-i isə magistratura pilləsində təhsil alır. Nazir vurğulayıb ki, hazırda Fransada təhsil almaq üçün 45 azərbaycanlı gənc nazirliyə müraciət edib. Onlardan 28-i bakalavr, 15-i isə magistr pilləsində təhsil almaq istəyir. Təhsil naziri Misir Mərdanov Azərbaycanın ali məktəblərində fransız dilinin tədrisini də ikitərəfli əlaqələrə müsbət təsir edən amil kimi qiymətləndirib, əvvəlki illərlə müqayisədə fransız dilinə marağın xeyli artdığını deyib. Qeyd edib ki, artıq Bakı, Naxçıvan, Lənkəran Dövlət universitetlərində və digər ali məktəblərdə fransız dili yüksək səviyyədə tədris olunur. Nazir fransız dilinin tədrisi səviyyəsinin yüksəldilməsi sahəsində aparılan işlərə Fransa səfirliyinin bundan sonra da yaxından kömək edəcəyinə inandığını bildirib. Səfir Qabriel Kelleri öz növbəsində onu və nümayəndə heyətini səmimi qəbul etdiyi üçün təhsil naziri Misir Mərdanova öz təşəkkürünü bildirib. Qeyd edib ki, Fransa səfirliyinin Təhsil Nazirliyi ilə sıx əməkdaşlığı iki ölkə arasında təhsil sahəsindəki əlaqələrin inkişafına müsbət təsir göstərəcək. Səfir Dövlət Proqramının yüksək səviyyədə həyata keçirilməsi üçün Fransa tərəfinin əlindən gələni etməyə hazır olduğunu bildirib. Cənab Qabriel Kelleri ölkəmizin başçısı cənab İlham Əliyev ilə görüşündə də bu proqram haqqında ətraflı söhbət etdiklərini söyləyib. Təqaüd proqramının ötən il uğurlu olduğunu deyən Fransa elçisi onun bu il də uğurla nəticələnəcəyinə ümid etdiyini bildirib.

21/02/2022

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz

Ətraflı
21/02/2022

#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV

Ətraflı
21/02/2022

19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb

Ətraflı