SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Avqustun 7-də təhsil naziri Misir Mərdanov Azərbaycanlı tələbələrin Avropa Forumunun baş katibi Vüsal Məmmədov, Forumun idarə heyətinin üzvü Emil Məcidov və Bakı nümayəndəliyinin rəhbəri Rasim Bəxşi ilə görüşüb.
Qonaqları səmimi salamlayan nazir bu təşkilatın apardığı işləri və onun fəaliyyətini yüksək dəyərləndirdiyini diqqətə çatdırıb.
Öncə Misir Mərdanov qonaqlara ölkə Prezidentinin Sərəncamı ilə təsdiq olunan “2007-2015-ci ölkələrdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın icrası istiqamətində görülən işlər haqqında məlumat verib.
Azərbaycanlı tələbələrin Avropa Forumunun baş katibi Vüsal Məmmədov bu görüşdən məmnun olduğunu ifadə edib. V.Məmmədov rəhbəri olduğu təşkilatın məram və məqsədləri haqqında danışaraq nazirə müxtəlif ölkələrdə keçirilən Forumlar barədə də məlumat verib, qeyd edib ki, məhz belə tədbirlərdə azərbaycanlı tələbələr bir araya gəlməklə fikir mübadiləsi aparır, müxtəlif təklif və ideya verirlər.
Forumun əhəmiyyətindən danışan təşkilat rəhbəri Azərbaycanın Avropada tanıdılması işində keçirilən tədbirlərin böyük rol oynadığını vurğulayıb. Brüsseldə təşkil olunan azərbaycanlı tələbələrin Avropa Forumunda müzakirə edilən məsələlər, eləcə də qarşıda duran perspektivlərdən söz açan V.Məmmədov Forumun digər fəaliyyət istiqamətlərindən də danışıb.
Qeyd olunan təşkilatla mütəmadi əlaqələr yaradılması, görüşlər keçirilməsinin zəruriliyini bildirən Misir Mərdanov birgə tədbirlər planının hazırlanması, TEMPUS-TASİS proqramı üzrə iş aparılması təklifi ilə çıxış edib. Nazir həmçinin bu təşkilata Azərbaycanın tarixi, mədəniyyəti, dili ilə bağlı dərslik və xəritələr verilməsi fikrini də qeyd edib. Misir Mərdanov bildirib ki, bəzi ölkələrin aparıcı ali məktəblərində Azərbaycan Mərkəzinin yaradılması işi də bu istiqamətdə atılan ən yüksək addımlardan biri olar.
Təhsil naziri Misir Mərdanov təşkilatın işinə dəstək göstərməyə hazır olduğunu xüsusi vurğulayıb və birgə fəaliyyət göstərməyə böyük önəm verdiyini açıqlayıb.
Görüşdə Təhsil Nazirliyi ilə “British Council” təşkilatının birgə hazırladığı memorandumun bu ilin noyabrında Londonda keçiriləcək Forum zamanı imzalanması təklifi də səsləndirilib.
10 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
4 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
4 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
4 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
4 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
4 il əvvəl