• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

AZƏRBAYCAN DİLLƏR UNİVERSİTETİNİN TƏLƏBƏLƏRİ İNDONEZİYA DİLİNİ VƏ MƏDƏNİYYƏTİNİ ÖYRƏNİRLƏR

Azərbaycanın İndoneziyadakı səfirliyindən AzərTAc-a bildirmişlər ki, avqustun 4-də bu ölkənin Xarici İşlər Nazirliyinin “2008-ci il İndoneziya İncəsənəti və Mədəniyyəti Təqaüdü” proqramının açılışı olmuşdur . 2003-cü ildən başlayaraq hər il İndoneziya dili, tarixi və mədəniyyətinin öyrənilməsi və ölkənin təbliği məqsədi ilə təşkil olunan proqramda ilk dəfə olaraq Azərbaycan Dillər Universitetinin üç tələbəsi - Elmar İsgəndərov, Günel Bayramova və Ülkər Qafarlı iştirak edirlər. Ümumilikdə isə Proqramda 30 ölkədən 51 gənc iştirak edir. Üç ay davam edəcək proqram çərçivəsində iştirakçılar İndoneziya Xarici İşlər Nazirliyinin Təhsil və Təlim Mərkəzində, Bandunq (Qərbi Yava), Denpasar (Bali), Solo (Mərkəzi Yava) və Coqcakartada bu ölkənin tarixi, incəsənəti və mədəniyyəti ilə tanış olacaq, İndoneziya dilini və yerli dilləri öyrənəcəklər. Tədbirdə Azərbaycanın İndoneziyadakı səfiri İbrahim Hacıyev iştirak etmişdir.

ŞƏKİNİN TƏHSİL MÜƏSSİSƏLƏRİ YENİ DƏRS İLİNƏ HAZIRLAŞIR

Şəki Şəhər İcra Hakimiyyətindən AzərTAc-a bildirmişlər ki, rayonun ümumtəhsil müəssisələrində yeni dərs ilinə hazırlıq işləri davam edir. Şəki Şəhər İcra Hakimiyyətindən AzərTAc-a bildirmişlər ki, rayonun ümumtəhsil müəssisələrində yeni dərs ilinə hazırlıq işləri davam edir. Hazırda Baş Göynük və Kiçik Dəhnə kəndlərinin hər birində 640, Dərəcənnətli və Aydınbulaq kəndlərində isə 220 şagird yerlik yeni məktəb binalarının tikintisi sürətlə davam etdirilir. Bu tədris ocaqlarının yeni dərs ilinədək istifadəyə verilməsi nəzərdə tutulur. Şəhərdəki 10 nömrəli orta məktəbin əsas korpusunda aparılan təmir işləri isə artıq başa çatdırılmış və təhsil müəssisəsi müasir avadanlıqla təchiz edilmişdir. Bundan əlavə, hazırda 9 məktəb binasında yeni istilik sisteminin quraşdırılmasına başlanılmışdır. Təhsil müəssisələrinin maddi-texniki bazasını möhkəmləndirmək məqsədi ilə 200 parta, 12 yazı lövhəsi, 14 kitab şkafı, 23 televizor, 8.175 nüsxə bədii ədəbiyyat, habelə uşaq bağçaları üçün 4 soyuducu və 11 şkaf alınaraq ehtiyacı olan məktəblərə və məktəbəqədər tərbiyə ocaqlarına verilmişdir.     AzərTAc

Avqustun 4-də Təhsil Nazirliyində Cənubi Koreyanın informasiya-kommunikasiya texnologiyaları şirkətlərinin nümayəndələri ilə görüş keçirilib.

Görüşün əsas məqsədi Cənubi Koreyanın ölkəmizdə İKT sahəsində aparılan işlərə yardım göstərməsi, İKT-nin təhsilə tətbiqi və bu istiqamətdə gələcək əməkdaşlığın müzakirə edilməsi olub. Təhsil naziri Misir Mərdanov qonaqları səmimi salamlayıb və bildirib ki, görüşdə “Korea Digital Technology”, “Samsung Advanced Institute of Technology”, “CF Construction Company” və “Business Consultant & Invectors Company” şirkətlərinin nümayəndələri iştirak edir.  Nazir Cənubi Koreya ilə Azərbaycan arasındakı əlaqələrdən söz açaraq bu ölkə ilə təhsil sahəsində də əməkdaşlığın mövcudluğunu qeyd edib, habelə “DAEWOO” şirkətinin Azərbaycanda Ali Texniki Peşə Təhsili Mərkəzinin yaradılması üzrə müvafiq tədbirlər həyata keçirdiyini diqqətə çatdırıb. Sonra Misir Mərdanov qonaqlara ölkə Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə təsdiq olunan “2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı”na əsasən görüləcək işlərdən danışıb. Nazir bildirib ki, proqrama əsasən bu il Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonundakı bütün məktəblərin internet şəbəkəsinə qoşulması, DATA-Mərkəzin yaradılması nəzərdə tutulub. Nazir həmçinin “Elektron məktəb” layihəsi istiqamətində ötən tədris ilində iş aparıldığından, orta məktəblərin kompüterləşdirilməsi istiqamətində atılan addımlardan söz açıb. Misir Mərdanov mövcud problemləri də qeyd edərək vahid intranet şəbəkənin qurulması, internetə sürətli çıxışın təmin edilməsi və müəllimlərin bu sahə ilə bağlı bacarıqlarının artırılmasının vacib məsələ olduğunu vurğulayıb. “Korea Digital Technology” şirkətinin, eləcə də nümayəndə heyətinin rəhbəri cənab Bin Eok Li səmimi qəbul üçün nazirə təşəkkür etdikdən sonra öz ölkəsində İKT-nin tətbiqi üzrə görülən işlər, həyata keçirilən layihələr barədə iştirakçılara məlumat verib. Qonaq Azərbaycanda bu sahənin inkişafına yardım göstərməyə hazır olduqlarını qeyd edib. Eyni zamanda İKT-nin təhsildə tətbiqi istiqamətində təkliflərini vermək üçün ölkəmizdə bu sahənin vəziyyəti ilə maraqlanıb. Nazir də öz növbəsində qonaqlara son illər İKT-nin orta məktəblərdə tətbiqi məsələsinin prioritet istiqamət olduğunu açıqlayıb, reallaşdırılan mühüm layihələr haqqında ətraflı danışıb. Eyni zamanda Koreya təcrübəsinin öyrənilməsi məqsədilə qarşılıqlı səfərlərin təşkili, görüşdə iştirak edən şirkətlərlə müvafiq sənəd imzalanması təklifini irəli sürüb. Tərəflər Cənubi Koreyadan gətiriləcək avadanlıqlarla ölkəmizin bir neçə peşə təhsili müəssisəsində yeni kompüterlərin yığılması, bununla əlaqədar Koreyalı mütəxəssislərin Bakıya gəlişi barədə müzakirələr aparıblar. Sonda Misir Mərdanov nazirliyin müvafiq struktur bölmə rəhbərlərinə müzakirə olunan məsələ ilə üzrə layihə sənədinin hazırlanması ilə bağlı tapşırıq verib. Görüşdə Cənubi Koreyanın Azərbaycandakı səfirliyinin biznes, ticarət və enerji üzrə attaşesi Taek Yeon Cho, eləcə də İKT sahəsi üzrə ölkəmizdə fəaliyyət göstərən qurumların rəhbərləri iştirak edib.

“Xüsusi istedada malik uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramı (2006-2010-cu illər)”nın icrasına dair Təhsil Nazirliyinin Fəaliyyət Planına əsasən ümumtəhsil məktəblərinin xüsusi istedada malik şagirdləri üçün yay təlim-istirahət düşərgəsi təşkil olunacaq.

 Avqustun 4-dən fəaliyyətə başlayacaq düşərgə Bakı şəhəri Əzizbəyov rayonundakı 16 saylı internat məktəbinin bazasında təşkil olunacaq. Düşərgədə istirahət edən şagirdlər üçün maraqlı gün rejiminin qurulması, onların tanınmış alimlərlə görüşlərinin, təlim məşğələləri və mədəni kütləvi tədbirlərin keçirilməsi nəzərdə tutulub.

Yeni dərs ilinə hazırlıqla əlaqədar Təhsil Nazirliyinin vəsaiti hesabına 7, 12 saylı Bakı, 3 saylı Gəncə Peşə Liseylərinin əsaslı təmiri, 4 və 5 saylı Bakı Peşə Liseylərinin, 13 saylı Qız Peşə Məktəbinin, 50 saylı Ağdam Peşə Məktəbinin təmiri, habelə İsmayıllı Turizm və Otelçilik üzrə Peşə Məktəbinin tikintisi istiqamətində iş aparılır.

Yeni dərs ilinə hazırlıqla əlaqədar Təhsil Nazirliyinin vəsaiti hesabına 7, 12 saylı Bakı, 3 saylı Gəncə Peşə Liseylərinin əsaslı təmiri, 4 və 5 saylı Bakı Peşə Liseylərinin, 13 saylı Qız Peşə Məktəbinin, 50 saylı Ağdam Peşə Məktəbinin təmiri, habelə İsmayıllı Turizm və Otelçilik üzrə Peşə Məktəbinin tikintisi istiqamətində iş aparılır. Təmir ediləcək peşə təhsili müəssisələri müasir avadanlıq və inventarlarla təchiz ediləcək. Məlumat üçün bildiririk ki, hazırda ölkəmizdə 60 peşə məktəbi, 47 peşə liseyi olmaqla 107 peşə təhsili müəssisəsi vardır. 2008-2009-cu tədris ilində 1 peşə tədris mərkəzi fəaliyyət göstərəcək. Bakıda yerləşən 35 peşə təhsili müəssisəsindən 18-i peşə liseyi, 10-u peşə məktəbidir, 7-si isə cəzaçəkmə müəssisələrində fəaliyyət göstərir. Peşə təhsili müəssisələrində 1062 ümumtəhsil, 989 ixtisas fənn müəllimi, 1655 istehsalat təlimi ustası, 3706 mühəndis-pedaqoji işçi çalışır. Şagirdlərin ümumi sayı isə 24 455-dir.

Təhsil Nazirliyində ümumtəhsil müəssisələrinin məzunlarına fərqlənmə şəhadətnaməsi və attestatı verilməsinə dair yeni qaydaların layihəsi hazırlanıb.

Təhsil Nazirliyində ümumtəhsil müəssisələrinin məzunlarına fərqlənmə şəhadətnaməsi və attestatı verilməsinə dair yeni qaydaların layihəsi hazırlanıb. Şəhərlər və kənd rayonları üzrə ümumi təhsil və məktəbəqədər tərbiyə şöbələri tərəfindən hazırlanan bu qaydaları praktik təhsil işçiləri və mütəxəssislər müzakirə edəcək. Qaydalar layihəsi Təhsil Nazirliyində geniş müzakirə olunduqdan sonra qəbul olunacaq.  

Sloveniyanın Loqarska Dolina şəhərində Təhsil Siyasəti Mərkəzləri Şəbəkəsinin dəstəyi ilə “Təhsillə bağlı tədqiqatlar, siyasət və təcrübələr” mövzusunda yay məktəbi keçirilib. Təhsil Nazirliyinin kənd rayonları üzrə ümumi təhsil və məktəbəqədər tərbiyə şöbəsinin aparıcı məsləhətçisi A. Süleymanova, İqtisadiyyat şöbəsinin mühasibat uçotu və hesabat sektorunun aparıcı məsləhətçisi V.Əsgərov, həmçinin Müasir Təhsil və Tədrisə Yardım Mərkəzinin əməkdaşları N.İsmayılova, R. Behbudov bu məktəbdə iştirak etmişlər.

Yay məktəbinin əsas məqsədi keçid mərhələsində olan ölkələrin təhsil işçilərini aktuallıq kəsb edən problemlər ətrafında düşündürmək və məlumatlandırmaq olub. Məktəbdə dünyanın 10 ölkəsindən 23 dinləyici-təhsil üzrə mütəxəssis iştirak edib.  Beş günlük məşğələlər ərzində iştirakçılar müxtəlif ölkələrin təhsil sahəsi üzrə tanınmış mütəxəssislərinin “Keçid ölkələrində təhsil siyasəti”, “Təhsil və sosial bərabərlik”. “Müəllim və kurrikulumun keyfiyyəti”, “Akademik nailiyyətlər”, “Maliyyələşdirmə və dövlət idarəetməsi” mövzularında mühazirələrini dinləyib, öz ölkələrinin təcrübələri barədə müzakirələr aparıb və verilən tapşırıqlar üzərində çalışıblar. Sonda dinləyicilərə fəal iştiraka və müvəffəqiyyətlərinə görə sertifikatlar təqdim olunub.

Yeni dərs ilinin əvvəlində Bakıda - Heydər Əliyev adına Sarayda Azərbaycan müəllimlərinin XIII qurultayı keçiriləcək.

Yeni dərs ilinin əvvəlində Bakıda - Heydər Əliyev adına Sarayda Azərbaycan müəllimlərinin XIII qurultayı keçiriləcək. Qurultayda ölkədə aparılan təhsil islahatlarının gedişi, təhsilin inkişafı üzrə əldə olunmuş nailiyyətlərdən söz açılacaq, milli təhsil quruculuğu sahəsində qarşıda duran vəzifələr, mövcud problemlər müzakirə olunacaq və müvafiq qərarlar qəbul ediləcək. Qurultaya hazırlıq işlərinin təşkili və onun yüksək səviyyədə keçirilməsinin təmin edilməsi məqsədilə Təhsil Nazirliyində Təşkilat Komitəsi yaradılıb. Komitəyə qurultayın keçirilməsi üzrə tədbirlər planının hazırlanması ilə bağlı tapşırıq verilib.

2008-2009-cu tədris ilinə ümumtəhsil məktəbləri üçün 102 adda dərslik və müəllim üçün vəsait hazırlanır.

2008-2009-cu tədris ilinə ümumtəhsil məktəbləri üçün 102 adda dərslik və müəllim üçün vəsait hazırlanır. Bunlar müəllim üçün 21 adda vəsait, I siniflər üçün 13, III-XI siniflər üçün 68 adda dərslikdir. Artıq dərsliklərin 60%-dən çoxu çap olunaraq Maddi-Texniki Təchizat İdarəsinə təhvil verilib. Qalan dərsliklər isə növbəti on gün ərzində təhvil veriləcək. Onu da qeyd edək ki, Maddi-Texniki Təchizat İdarəsinə daxil olmuş dərsliklər müəyyən olunmuş qrafik üzrə rayon, şəhər təhsil şöbələrinə göndərilir.

Bəylər kəndində 200 yerlik yeni məktəb binası istifadəyə hazırlanır

AzərTAc xəbər verir ki, Saatlı rayonunun Bəylər kəndində dövlət vəsaiti ilə inşa olunmuş 200 yerlik müasir tipli yeni məktəb binası istifadəyə hazırlanır. 10 sinif otağı, kitabxanası, kompyuter kabineti, nasosxanası və istilik sistemi olacaq bu təhsil ocağı sentyabrın 15-də öz qapılarını şagirdlərin üzünə açacaqdır. AzərTAc  

21/02/2022

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz

Ətraflı
21/02/2022

#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV

Ətraflı
21/02/2022

19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb

Ətraflı