SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Noyabrın 13-də Təhsil Nazirliyində Türkiyə Respublikası Yüksək Öyrətim Kurulu (YÖK) başkanı -Ali təhsil naziri cənab Yusuf Ziya Özcanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
Öncə qonaqlar Fəxri Xiyaban, Şəhidlər Xiyabanı və Türk şəhidlərinin abidəsini ziyarət ediblər.
Sonra Təhsil Nazirliyində görüş keçirilib.
Təhsil naziri Misir Mərdanov görüşü giriş sözü ilə açaraq qonaqları Təhsil Nazirliyində görməkdən məmnunluq duyduğunu ifadə edib. Nazir qeyd edib ki, bu, YÖK başqanının ölkəmiz müstəqillik əldə etdikdən sonra Azərbaycana ilk rəsmi səfəridir. Azərbaycanla Türkiyə arasındakı mövcud təhsil əlaqələrinin son illər daha da inkişafından danışan nazir bu irəliləyişin təhsilin müxtəlif pillələri üzrə aparıldığından söz açıb.
Ölkəmizin ali təhsil müəssisələri arasında Qafqaz Universitetinin xüsusi yeri olduğunu qonağın diqqətinə çatdıran Misir Mərdanov bu ali təhsil müəssisəsinin, eyni zamanda Azərbaycandakı türk liseylərinin fəaliyyətindən razılığını ifadə edib. Nazir həmçinin tələbə mübadiləsinin genişləndirilməsinin əhəmiyyətini vurğulayıb.
Sonra Misir Mərdanov qarşılıqlı əlaqələrin səmərəliliyini artırmaq məqsədilə bir sıra problemlərin aradan qaldırılmasını önə çəkərək müəyyən təkliflərlə çıxış edib.
Cənab Yusuf Ziya Özcan bu görüşün təhsil sahəsindəki əlaqələrin inkişafında əhəmiyyətli rol oynayacağını qeyd edib. Birgə əməkdaşlığın, müvafiq imkanların genişləndirilməsinin vacibliyini diqqətə çatdıran qonaq bu istiqamətdə lazımi dəstək göstərməyə hazır olduğunu bildirib.
Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər-universitetlərarası əlaqələrin yaradılması, birgə elmi konfransların keçirilməsi və s. üzrə fikir mübadiləsi aparılıb.
Sonda təhsil naziri Misir Mərdanov və Türkiyənin ali təhsil naziri cənab Yusuf Ziya Özcan media nümayəndələrini maraqlandıran sualları cavablandırıblar.
10 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
4 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
4 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
4 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
4 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
4 il əvvəl