• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Təhsil Nazirliyi 1-10 iyun 2015-ci il tarixlərində Şüvəlan qəsəbəsində yerləşən A.S.Makarenko adına humanitar fənlər təmayüllü respublika gimnaziyasında ilk dəfə olaraq pilot layihə - yay düşərgəsi təşkil edib.

Düşərgəyə Fizika, riyaziyyat və informatika təmayüllü respublika liseyi və Kimya-biologiya təmayüllü respublika liseyinin hər birindən 25 nəfər olmaqla, ümumilikdə 50 şagird cəlb edilib. Düşərgə, tədris ilini əla qiymətlərlə başa vurmuş şagirdlərin yay tətilini daha maraqlı və səmərəli keçirməsi məqsədilə təşkil olunub. Bu müddət ərzində əylənmək və müxtəlif idman oyunlarına qatılmaqla yanaşı, uşaqlar maraqlı mövzular – komanda quruculuğu, liderlik, təqdimat bacarıqları, natiqlik, ekologiya və digər sahələr üzrə məlumatlanıblar.
Bundan başqa, iştirakçılar “Engineering for Kids” şirkəti tərəfindən təşkil olunmuş STEM üzrə 8 dərsdə müxtəlif raket, robot düzəldərək, onların praktik tətbiqinin birbaşa iştirakçıları olub, “Debat”, “Xəmsə”, “Breyn rinq”, “Da Vinçi Kodu” kimi intellektual oyunlarda öz dünyagörüşlərini nümayiş etdiriblər. 
Şagirdlər ekologiya mövzusunun davamı olaraq məktəb ərazisində iməclik təşkil edib, quş yuvaları düzəldərək ərazidəki ağaclardan asıblar. Uşaqlar arasında keçirilən mütamadi sorğu, övladlarına baş çəkməyə gələn valideynlərin fikirləri və son qiymətləndirmə düşərgənin təşkilinin müsbət deməyə əsas verir.
Uğurlu pilot layihənin davamı olaraq, gələcəkdə digər məktəblilər üçün də yay düşərgəsinin təşkili nəzərdə tutulur.


10 il əvvəl