SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
"Bakı-2015" I Avropa Oyunlarının proqramına daxil olan idman növlərinin məktəblilər arasında təbliğinə həsr olunmuş zona yarışları davam edir.
Bu idman tədbirləri çərçivəsində Hövsan Olimpiya İdman Kompleksində keçirilən məktəblilər arasında taekvondo üzrə zona yarışında qalib adı uğrunda mübarizəyə 100 nəfərə yaxın idmançı qatılıb. Komanda hesabında 1-ci yeri Nəsimi, 2-ci yeri Suraxanı, 3-cü yeri Zəngilan rayonunun komandaları tutublar.
Daha bir idman yarışı Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda keçirilib. Burada atletika idman növü üzrə Bakı şəhərinin 12 rayonundan 100 nəfərə yaxın idmançı qüvvəsini sınayıb. Komanda hesabında 1-ci yeri Qaradağ, 2-ci yeri Sabunçu, 3-cü yeri Nərimanov rayonunun komandaları tutublar.
Yarışların açılış mərasimlərində Təhsil Nazirliyinin, yerli icra orqanlarının və idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Qaliblər Təhsil Nazirliyinin diplom və medalları ilə təltif olunub.
10 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
4 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
4 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
4 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
4 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
4 il əvvəl