SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Heydər Əliyev Fondunun dəstəyi ilə hazırlanmış “Hədəf Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu” sənədli filmi paytaxtın ümumtəhsil məktəblərində nümayiş olunub.
Faşizm üzərində qələbənin 70 illiyinə həsr olunmuş layihənin rəhbəri Arzu Əliyevadır. Film Bakı Media Mərkəzi və Fransanın “Clarke Costelle&Co” (CC&C) prodakşn şirkəti ilə birgə istehsal edilib.
Filmin ümumtəhsil məktəblərində nümayiş olunmasında məqsəd Azərbaycanın qəhrəmanlıq tarixini yaşatmaq və onu böyüməkdə olan gənc nəslə çatdırmaqdır.
Film müharibənin ağrı-acısını yaşayan bütün insanların – ön cəbhədə döyüşənlərin, eləcə də arxa cəbhədə gərgin əməyi ilə alman faşizmi üzərində qələbəyə töhfə vermiş insanların xatirəsinə dərin hörmət və ehtiramın təzahürüdür.
“Hədəf Bakıdır” sənədli filmi çərçivəsində Azərbaycan, Almaniya, ABŞ, Böyük Britaniya, Fransa, Rusiyada tədqiqatlar aparılıb, indiyədək nümayiş olunmayan kinokadrlar bərpa edilərək rəngli formatda təqdim olunub.
Xatırladaq ki, 10-dan çox dilə tərcümə edilən film mayın 8-dən 10-dək “National Geographic” telekanalı vasitəsilə 30-a yaxın ölkədə nümayiş etdiriləcək. Filmin 50 milyon nəfərə yaxın tamaşaçı tərəfindən izlənəcəyi proqnozlaşdırılır. Ekspertlərin fikrincə, film vasitəsilə dünya xalqları faşizm üzərində qələbənin əldə olunmasında Azərbaycan xalqının, Bakı neftinin rolu barədə ilk dəfə əhatəli və obyektiv informasiya ala biləcəklər.
10 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
4 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
4 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
4 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
4 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
4 il əvvəl