• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Direktor müavinlərinin işə qəbulu üzrə qeydiyyatın son günü

Aprelin 21-də peşə təhsili müəssisələrinə direktor müavinlərinin işə qəbulu üzrə elektron qeydiyyat başa çatır. Elektron müraciət mərhələsi bu gün saat 18:00-da yekunlaşacaq. Müraciətlərin qeydiyyatı https://portal.edu.az/ portalı vasitəsi ilə həyata keçirilir. 

 

Müsabiqəyə çıxarılan 31 vakant yer üzrə bugünədək 381 nəfər müraciət edib. Müraciət edənlərdən 193 nəfəri kişi, 188 nəfəri isə qadındır. Onlardan 358 nəfəri ali təhsilli, 23 nəfəri isə orta ixtisas təhsillidir.

 

Qeyd edək ki, tədris-istehsalat işləri, təlim-tərbiyə işləri və inzibati-təsərrüfat işləri üzrə direktor müavini vəzifələri üzrə elan edilən işə qəbul müsabiqəsi 3 mərhələli şəkildə aparılır. Növbəti mərhələdə tələblərə cavab verən müraciətçilər test mərhələsinə dəvət olunacaqlar. Test mərhələsində namizədlər 90 dəqiqə ərzində 60 sual cavablandırmalıdırlar. Sözügedən mərhələni də uğurla başa vuran namizədlər müsahibəyə dəvət olunacaq. Namizəd tərəfindən təqdim edilən məlumatların müsabiqənin şərtlərinə uyğunluğu müsabiqə komissiyası tərəfindən yoxlanılıb təsdiq edildikdən sonra test imtahanı və müsahibədə göstərdiyi nəticələrə əsasən işə qəbulu həyata keçiriləcək.

 


3 il əvvəl