• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Akkreditasiya təlimləri davam edir

Təhsildə Keyfiyyət Təminatı Agentliyinin təşkilatçılığı ilə ali təhsil müəssisələrinin akkreditasiya proseslərində iştirak edəcək ekspertlər üçün növbəti onlayn təlimlərə start verilib.
 

Aprelin 20-dən başlayan və  daha 3 gün davam edəcək təlimlərdə 9 müxtəlif ali təhsil müəssisəsi, əmək bazarı və digər qurumların nümayəndələrindən ibarət 15 mütəxəssis iştirak edir.
 

Mütəmadi təşkil olunan təlimlərin əsas məqsədi ali təhsil müəssisələrinin akkreditasiyası prosesinin milli və beynəlxalq standartlara cavab verən keyfiyyət göstəriciləri əsasında təşkil edilməsidir. Həmçinin, akkreditasiya proseslərində iştirak edəcək ekspertlərin  Keyfiyyətin İdarəedilməsi Sistemi haqqında biliklərini artırmaq, daxili keyfiyyət təminatı və ali təhsil müəssisələrinin idarəedilməsi  arasında əlaqələri aydınlaşdırmaq və praktiki tapşırıqlar vasitəsi ilə daxili keyfiyyət təminatının qiymətləndirilməsinə dair bacarıqların təkmilləşdirilməsi də əsas məqsədlər sırasındadır.
 

Qeyd edək ki, onlayn təlimlərdə  yüksək nəticə göstərmiş namizədlər daxili keyfiyyət təminatı, xarici keyfiyyət təminatı və peşəkar ekspert olmaqla 3 səviyyə üzrə sertifikatla təltif olunacaq. Belə ki, yalnız hər üç səviyyə üzrə sertifikat əldə edən ekspertlər Akkreditasiya Komissiyalarının fəaliyyətində iştirak edə biləcək.


3 il əvvəl