SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
“SABAH qrupları” layihəsi Nobel festivalının tərəfdaşıdır
26-29 oktyabr tarixlərində Təhsil Nazirliyinin “SABAH qrupları” layihəsinin tərəfdaşlığı ilə “Gələcək artıq bu gündür” adlı III Orta Asiya Nobel Festivalı (Central Asia Nobel Fest) keçiriləcək. Dünya elm ulduzları və ixtiraçılarının çıxışları Qazaxıstan, Özbəkistan və Azərbaycan studiyalarından bütün dünyaya yayımlanacaq.
"Gələcək artıq bu gündür" onlayn elmi simpoziumunun əsas mövzusu dörd əsas istiqamətə həsr olunub:
- Yaşıl reallıq;
- Təhsil və gələcəyin peşələri;
- İnnovasiyalar əsri;
- İnsanlar üçün iqtisadiyyat.
Bu dəfə festivalda dünya tarixçisi və çox satılan "Sapiens: İnsanlığın Qısa Tarixi" kitabının müəllifi Yuval Noah Harari, “Apple Siri” nin yaradıcısı və “Renault Group”un baş mühəndisi Luk Djuliya, nüfuzlu ekoloq və BMT-nin səfiri Ceyn Qudl, İsrailin startaplar üzrə aparıcı mütəxəssisi Conatan Medved, kriptovalyutalar üzrə dünyaca məşhur mütəxəssis Qarik Xilleman və digərləri çıxış edəcək. Onlarla birlikdə dünyanın ən nüfuzlu universitetlərindən- London İqtisad Məktəbi, MIT, Kaliforniya Universiteti, London Imperial Kolleci, Vaşinqton Universitetindən olan professorlar, həmçinin iri beynəlxalq korporasiyaların (Microsoft, Google, SAP, Chevron, Coca-Cola və digərləri) liderləri və aparıcı mütəxəssisləri festivalda iştirak edəcəklər.
Çıxışları izləmək üçün qeydiyyat linki: https://nobel-fest.inpolicy.net
3 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
3 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
3 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
3 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
3 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
3 il əvvəl