• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Ali təhsil müəssisələrində yenilik

2021-2022-ci tədris ili ərzində Təhsil Nazirliyi və "Code Academy" şirkətinin əməkdaşlığı çərçivəsində ali təhsil müəssisələrinin ümumilikdə 1000-ə yaxın tələbəsi İnformasiya Texnologiyaları ixtisaslarının aktual istiqamətləri üzrə tədris proqramlarına cəlb olunacaq.   İlkin mərhələdə Bakı Dövlət Universiteti və Azərbaycan Texniki Universitetininin müvafiq ixtisaslarda təhsil alan 150-ə yaxın tələbəsinə proqramlaşdırma, şəbəkə administratorluğu, İT mütəxəssisi (helpdesk), sistem və bulud texnologiyaları modullarının öyrədilməsi nəzərdə tutulub.

İctimai Şuraya üzv olmaq istəyənlərin nəzərinə!

Təhsil Nazirliyi yanında İctimai Şuraya üzv olmaq istəyən namizədlərin müraciətlərinin qəbulu prosesi davam edir. Sənədlərin qəbulu müddəti 28 oktyabr 2021-ci il tarixində başa çatacaq.   Şuraya üzv olmaq istəyən namizədlər tələb olunan sənədləri elektron qaydada təqdim etməlidirlər. Sənədlər shura@edu.gov.az poçt ünvanına göndərilməlidir.    Qeyd edək ki, Təhsil Nazirliyi yanında İctimai Şura 2019-cu ilin sentyabr ayında yaradılıb. Şuranın yaradılmasında əsas məqsəd nazirliyin fəaliyyətinə ictimai nəzarətin həyata keçirilməsi, görülən işlərdə aşkarlığın və şəffaflığın təmin edilməsi, eyni zamanda təhsil sahəsində ictimaiyyətlə qarşılıqlı fəaliyyətin gücləndirilməsi olub.   Ətraflı məlumatı aşağıda təqdim olunan elan vasitəsilə əldə edə bilərsiniz.

Xüsusi təhsil müəssisələrinə işə qəbul üzrə növbəti vakansiya seçimi

Oktyabrın 12-dən xüsusi təhsil müəssisələrinə işə qəbul üzrə vakansiya seçiminə start verilir. Vakansiya seçimində iştirak etmək istəyən namizədlər aşağıdakı cədvəldə təqdim olunan vakansiyalar üzrə müraciət edə bilərlər.   Vakansiya seçimi 13 oktyabr saat 18:00-dək davam edəcək.   Mövcud vakansiyalarla bağlı müraciət etmək üçün namizədlərdən aşağıdakı linkə daxil olaraq müvafiq məlumatları və vakansiyanı qeyd edərək sorğunu tamamlamaq xahiş olunur.  https://forms.gle/LQchga5n8TXtx5qV7   Vakansiya seçimində cari ildə keçirilən müəllimlərin işə qəbulu müsabiqəsinin test imtahanı mərhələsində 30 və daha yüksək bal toplamış namizədlər iştirak edə bilər. Namizədlərə 1 vakant yer seçmək hüququ verilir. Vakansiyalara yerləşdirmə namizədlərin faktiki yaşayış yeri və imtahan nəticəsi nəzərə alınmaqla həyata keçiriləcək.   Növbəti mərhələdə uyğun hesab edilən namizədlər üçün müsahibə mərhələsi təşkil olunacaq.   Qeyd edək ki, xüsusi təhsil müəssisələrinə müəllimlərin seçimi zamanı namizədlərin biliyi və metodiki hazırlığı ilə yanaşı, şagirdlərlə işləmək qabiliyyəti, həssaslığı və məsuliyyəti yoxlanılacaq.   Müsabiqədə iştirak edən və uğur qazanmayan namizədlərin əlavə yerləşdirmə mərhələsində iştirakına məhdudiyyət qoyulmayacaq.

Təhsil naziri Azərbaycan Texniki Universitetində olub

Oktyabrın 11-də təhsil naziri Emin Əmrullayev Azərbaycan Texniki Universitetini (AzTU) ziyarət edib.   AzTU-nun rektoru Vilayət Vəliyev təhsil naziri Emin Əmrullayevə universitetdə həyata keçirilən yeni layihələr barədə məlumat verib. Daha sonra nazir  AzTU-da yaradılan müasir laboratoriyalarla tanış olub. TİKA tərəfindən maliyyələşdirilmiş və yaxın günlərdə açılışı planlaşdırılan “Cezeri Lab” laboratoriyası ilə tanışlıq zamanı təhsil naziri Emin Əmrullayev burada fəaliyyət göstərən tələbələrin əl işlərinə baxış keçirib.    Təhsil naziri AzTU-da yaradılan “Code Academy” auditoriyaları ilə də tanış olub və tələbələrlə söhbət edib.   Qeyd olunub ki, Təhsil Nazirliyi və “Code Academy” tərəfindən hazırlanan layihə ilk dəfə AzTU-da həyata keçirilir. Layihə çərçivəsində informasiya texnologiyaları və proqramlaşdırma sahələri üzrə təhsil alan III və IV kurs tələbələri “Code Academy” proqramı əsasında imtahandan keçib. Nəticədə 90 tələbə seçilib. Onlar AzTU-da yaradılan və müasir kompüterlərlə təchiz olunmuş “Code Academy” auditoriyalarında 4 ay müddətində müvafiq sahələr üzrə intensiv tədris alacaq.   Təhsil nazirinə AzTU-da yaradılan Logistika və nəqliyyat İnstitutu barədə də məlumat verilib. Bildirilib ki, institutun nəzdində yüksək ixtisaslı mütəxəssislərin hazırlanması üçün “CRENG Office” yaradılıb. “CRENG Office” ən müasir avadanlıqlarla təchiz olunub. Təhsil naziri Logistika və nəqliyyat İnstitutunda “SABAH Magistratura” proqramında “Logistika və nəqliyyat” ixtisaslaşması üzrə təhsil alacaq tələbələr üçün yaradılan auditoriyalara da baxış keçirib. İnstitutun nəzdində yaradılan “AzTU Taxi” layihəsi ilə tanışlıq zamanı bildirilib ki, bu, nəqliyyat probleminin araşdırılması və həlli istiqamətində hazırlanan layihədir. Layihə çərçivəsində ilkin olaraq taksi sistemlərinin problemləri araşdırılacaq və həlli istiqamətində təkliflər təqdim ediləcək.   Universitetdə görülən işlərlə tanışlıqdan sonra təhsil naziri ali təhsilin magistratura səviyyəsi üçün həyata keçirilən “SABAH Magistratura” proqramına qəbul olunan tələbələrlə görüşüb.  Bildirilib ki, AzTU-da “SABAH Magistratura” proqramı çərçivəsində “Logistika və nəqliyyat” ixtisaslaşmasına qəbul olunan 48 tələbənin ingilis dili bilik və bacarıqlarının yüksək səviyyədə inkişaf etdirilməsi və elmi-tədqiqat işlərinin aparılması sahəsində səriştələrinin formalaşması nəzərdə tutulub.   Daha sonra təhsil naziri Emin Əmrullayev çıxış edib. Nazir bildirib ki, “SABAH qrupları” layihəsi kimi “SABAH Magistratura” proqramı da tələbələrin keyfiyyətli təhsil alması məqsədini daşıyır.  Bu layihədən gözləntilərin böyük olduğunu qeyd edən nazir tələbələrə uğurlar arzulayıb.    Görüşün sonunda tələbələrin sualları cavablandırılıb.

V qrant müsabiqəsi çərçivəsində qalib layihələrin icrası

Təhsil Nazirliyi tərəfindən həyata keçirilən Təhsildə inkişaf və innovasiyalar üzrə V qrant müsabiqəsində qalib layihələrin icrası davam edir.   47 “Ümumi təhsil müəssisələri” kateqoriyası və 132 “Fərdi” kateqoriya üzrə seçilən layihələr ölkəmizin 6 şəhər, 39  rayonunda uğurla icra olunur.   Layihələr müasir tələblər baxımından təhsilalanların istedad və qabiliyyətlərinin, potensial imkanlarının inkişafına, pedaqoji işçilər üçün metodik dəstəyin təkmilləşdirilməsi, dəstəkləyici mühitin yaradılması, distant təhsildə effektivlik üçün əlçatanlıq, sağlamlıq, təhlükəsizlik, tolerantlıq kimi milli-mənəvi və ümumbəşəri dəyərlərin təbliği, məktəb idarəetməsinin təkmilləşdirilməsi və ümumilikdə 5 mövzu üzrə müxtəlif fəaliyyətləri özündə əks etdirir. Buraya istedad və yaradıcılıq meyillərinə görə təhsilalanların kurikulumdan kənar bilik və bacarıqlarının formalaşdırılması, pedaqoji işçilər üçün metodik dəstəyin təkmilləşdirilməsi, məktəbdə öyrədici mühitin formalaşdırılması, təhsilalanların məsafədən təhsilə əlçatanlığının təmin olunması, fiziki və psixososial sağlamlığın qorunması, təhlükəsizlik, milli-mənəvi və ümumbəşəri dəyərlərin təbliği, məktəb idarəetməsinin təkmilləşdirilməsi aiddir.   Qalib layihələrin məzmunu, fəaliyyətinin təşkili və layihə rəhbərlərinin öhdəlikləri pandemiya şəraitinə uyğun olaraq əyani və onlayn icra üçün uyğunlaşdırılıb.   Qeyd edək ki, Təhsildə inkişaf və innovasiyalar üzrə 2017-ci ildən həyata keçirilən müsabiqənin əsas məqsədi təhsil müəssisələrində və təhsilverənlərdə sağlam rəqabəti, innovativ fəaliyyəti stimullaşdırmaqdan ibarətdir.  

“44 Gün" respublika virtual yaradıcılıq müsabiqəsi davam edir

Ümumtəhsil məktəblərinin (incəsənət təmayüllü məktəb və liseylər istisna olmaqla) şagirdləri və məktəbdənkənar təhsil müəssisələrinin dərnək üzvləri arasında keçirilən "44 Gün" respublika virtual yaradıcılıq müsabiqəsinə müraciətlərin qəbulu davam edir.   Müsabiqə təsviri sənət, şeir və esse nominasiyalar üzrə 3 yaş (6-9, 10-13, 14-17) qrupunda və 3 mərhələdə onlayn platformada keçirilir.   Müsabiqə aşağıdakı mərhələlər üzrə təşkil edilib:   I mərhələ - 4-20 oktyabr 2021-ci il. Müsabiqəyə qatılmaq istəyən iştirakçılar Təsviri sənət nominasiyası üzrə əl işlərinin fotoşəklini incesenet.art@list.ru şeir nominasiyası üzrə videogörüntüləri biz.birinci@gmail.com esse nominasiyası üzrə işləri ugim.esse@mail.ru elektron poçt ünvanlarına göndərməlidir.   II mərhələ - 20 oktyabr-4 noyabr 2021-ci il. Münsiflər heyəti tərəfindən qiymətləndirilmənin aparılması və qaliblərin müəyyənləşdirilməsi.   Hər yaş qrupu üzrə I, II, III yerlərə layiq görülən iştirakçılar Təhsil Nazirliyi 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin diplom və hədiyyələri ilə təltif olunacaq, qalib işlər kütləvi informasiya vasitələrində geniş işıqlandırılacaq.   Müsabiqə ilə bağlı sual yarandığı halda +994 12 597 13 42 və +994 50 497 97 55 telefon nömrələri ilə əlaqə saxlanıla bilər.   Qeyd edək ki, müsabiqə Təhsil Nazirliyinin dəstəyi və  1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə həyata keçirilir.

Azərbaycanda Qızlar Məktəbinin yaranmasının 120 illik yubileyi münasibətilə tədbir keçirilib

Oktyabrın 11-də Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda böyük xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev tərəfindən yaradılmış Qızlar Məktəbinin yaranmasının 120 illik yubileyi münasibətilə tədbir keçirilib.   Tədbir Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşəbbüsü, Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun birgə təşkilatçılığı ilə reallaşıb.   Tədbirdə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova bildirib ki, BMT Baş Assambleyasının qərarı ilə 11 oktyabr Beynəlxalq Qız Övladları Günü kimi qeyd olunur. Bahar Muradova deyib ki, qızların inkişafı, təhsili, iqtisadi-sosial həyatda özünə yer tutması, bərabər imkanlar çərçivəsində hüquqlarının qorunması, bütün dünyada, beynəlxalq təşkilatların, demokratik dövlətlərin arzusu, istəyi, vəzifə və öhdəliyidir. Dövlət Komitəsinin sədri qeyd edib ki, müsəlman Şərqində yaradılan ilk dünyəvi qızlar məktəbinin məzunları Azərbaycan xalqının həyatında, onun maariflənməsində böyük rol oynayıblar. Qadınların cəmiyyətə inteqrasiyasının yeganə yolu təhsildir. Ölkəmizdə qızların təhsilə cəlbi ilə bağlı vacib addımlar atılır.   Tədbirin əhəmiyyətindən danışan təhsil naziri Emin Əmrullayev qeyd edib ki, Qızlar Məktəbinin açılması birmənalı olaraq Azərbaycan tarixində qadınların təhsil alması üçün böyük imkanlar yaradıb. Nazir bildirib ki, 120 il əvvəl bir qızın məktəbə getməsi bəlkə də möcüzəvi, ağlagəlməz, cəmiyyətin bütün üzvləri tərəfindən birmənalı qəbul edilməyəcək hadisə idi. Lakin bu gün qürurla qeyd edə bilərik ki, indi Azərbaycanda qız uşaqlarının 90 faizdən çoxu təhsil ala bilir. Burada heç bir hüquqi maneə yoxdur. Biz təhsilsiz qalan qızların problemlərinin gizlədilməsi tərəfdarı deyilik.   Təhsil naziri diqqətə çatdırıb ki, ölkədə hər 5 ildən bir 10 yaşlı şagirdlər arasında qiymətləndirmə keçirilir. Müəyyən edilir ki, qızlar oğlanlardan daha yaxşı nəticə göstərirlər. Həmçinin qızlarda oxuyub-anlama bacarığı oğlanlara nisbətən daha yaxşıdır.   Sonra çıxış edən Əlyazmalar İnstitutunun baş direktoru akademik Teymur Kərimli bildirib ki, qızların təhsili üçün yaradılmış bu məktəb sonradan təhsilimizin indiki səviyyəyə çatmasına gətirib çıxarıb.   Tədbirdə həmçinin Azərbaycan Milli Elmlər Akademiyası Milli Azərbaycan Tarixi Muzeyinin icraçı direktoru Fərhad Cabbarov, Bakı Dövlət Universitetinin müəllimi, Tarix elmləri doktoru Lətifə Əliyeva, tarixçi-araşdırmaçı Fuad Axundov, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) vitse-prezidenti Vüqar Zeynalov çıxış ediblər.   Qızlar Məktəbinin yaranmasının 120 illik yubileyi münasibətilə keçirilən tədbirdə 2021-ci il ali təhsil müəssisələrinə qəbul imtahanlarında yüksək nəticə göstərmiş, aztəminatlı ailələrdən olan qızlara dəstək göstərmək məqsədilə “Gənc Qızların Təhsilinə Dəstək” Kampaniyasına qoşulmuş özəl sektor nümayəndələri, eyni zamanda, tarixçilər, dövlət qurumları və vətəndaş cəmiyyətinin nümayəndələri iştirak ediblər.

“eTwinning Plus” layihəsi üzrə üçgünlük seminara start verilib

Oktyabrın 11-də Bakıda “eTwinning Plus” layihəsi çərçivəsində Azərbaycan və Türkiyə arasında keçirilən üçgünlük seminar işə başlayıb.   Seminarın açılış mərasiminə Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Vüsal Xanlarov, Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva, Türkiyə Təhsil Nazirliyinin dairə başqanı Mustafa Hakan, “eTwinning” layihə koordinatorları, Azərbaycanın müxtəlif bölgələrindən 36 nəfər müəllim və Türkiyədən 36 nəfər müəllim qoşulub.   Bildirilib ki, “Media savadlılığı və dezinformasiya” mövzusunda təşkil olunan seminarın məqsədi hər iki ölkədə beynəlxalq ortaq təhsil layihələrinin icrası, həmçinin, “Avropa eTwinning” ölkələrində təhsil sahəsində birliyin davam etdirildiyini nümayiş etdirməkdir.   11-13 oktyabr tarixlərini əhatə edəcək seminar çərçivəsində media savadlılığı, dezinformasiyanın qarşısının alınması, rəqəmsal bacarıqlar, layihə əsaslı təhsil və müəllimlərin XXI əsr bacarıqlarını inkişaf etdirəcək müxtəlif təlimlər və müzakirələr təşkil olunacaq. Təlimlər yerli və türk  mütəxəssislər tərəfindən aparılacaq.   Qeyd edək ki, ölkəmiz 2013-cü ildən etibarən “eTwinning Plus” layihəsində iştirak edir. Layihə Avropa İttifaqının Fasiləsiz Təhsil Proqramının “eTwinning” layihəsinin tərkib hissəsidir. Layihənin əsas məqsədi proqramda iştirak edən 40-a yaxın Avropa ölkəsindən olan pedaqoji işçilər arasında ünsiyyəti artırmaq, əməkdaşlıq imkanları yaratmaq, həmçinin birgə təhsilin inkişafı yönümündə müxtəlif layihələr icra etmək üçün şərait yaratmaqdır. Layihə çərçivəsində ölkəmizdən indiyədək 927 məktəbdən 3224 müəllimin iştirakı ilə 3432 təhsil layihələri həyata keçirilib, bir çox yüksək beynəlxalq nailiyyətlər əldə edilib və Avropa ölkələri ilə eyni səviyyədə rəqabət aparılıb.

Azad Rəhimovun xatirəsinə həsr edilmiş şahmat turnirinin açılış mərasimi

Oktyabrın 8-də mərhum gənclər və idman naziri Azad Rəhimovun xatirəsinə həsr edilmiş şahmat turnirinin açılış mərasimi olub. Məktəblilər arasında təşkil edilən turnirin açılışından əvvəl nazirliyin rəhbərliyi və kollektivi, eləcə də tədbir iştirakçıları İkinci Fəxri xiyabanda Azad Rəhimovun xatirəsini yad edib, məzarı önünə əklil və gül dəstələri qoyublar. Təhsil Nazirliyinin tabeliyindəki 132-134 nömrəli təhsil kompleksinin akt zalında keçirilən açılış mərasimində əvvəlcə Azad Rəhimov haqda hazırlanmış qısametrajlı film nümayiş olunub. Sonra gənclər və idman naziri Fərid Qayıbov, təhsil nazirinin müavini Firudin Qurbanov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, Şahmat Federasiyasının prezidenti Elman Rüstəmov, Məktəb İdmanları Federasiyasının prezidenti Sevinc Hüseynova, təhsil kompleksinin direktoru Sara Xanlarova çıxış ediblər. Yarışa qonaqlarla nazirin ailə üzvlərinin ilk şahmat gedişi etməsi ilə start verilib. Sonra Azad Rəhimovun vaxtilə təhsil aldığı bu məktəbdə yaradılmış xatirə guşəsinə baxış keçirilib. Qeyd edək ki, oktyabrın 8-də – Azad Rəhimovun doğum günündə start verilən turnir 3 saylı Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbində ayın 15-dək davam edəcək. Klassik turnirdə 9 rayon və şəhərdən 16 yaşadək 100-dən çox məktəbli şahmatçı yarışacaq.

Quba rayonunda məktəb açılışı 

Oktyabrın 8-də Quba rayon Zərdabi qəsəbə tam orta məktəbi üçün yeni tikilmiş tədris binasının açılış mərasimi keçirilib.   Tədbirdə Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili və idarə olunması şöbəsinin müdir müavini Orxan Abbasov, millət vəkili Vahid Əhmədov, Quba rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev, Quba Rayon Təhsil Şöbəsinin müdiri Rüfət Hacıyev, məktəbin pedaqoji kollektivi, şagirdlər və ictimaiyyət nümayəndələri iştirak ediblər.   Bildirilib ki, təhsil müəssisəsi 2021-ci ildə yenidən tikilərək istifadəyə verilib. Təhsil müəssisəsi  üç mərtəbəli üç blokdan ibarətdir. Məktəbdə 40 sinif otağı, 2 linqafon otağı, 2 informatika otağı, 6 laboratoriya, 4 müəllimlər otağı, 1 elektrik otağı, 1 həkim otağı, 4 texniki otaq, 1 xadimə otağı,  1 kitabxana və oxu zalı, 144 yerlik bufet, 344 nəfərlik akt zalı, 2 sursat otağı, 3 qəbul otağı və 18 sanitar qovşağı müəllim və şagirdlərin ixtiyarına verilib. Məktəbin 1 idman zalı, 2 geyinib-soyunma otağı, 1 futbol  meydançası, 1 voleybol və basketbol meydançası, 3  qaçış zolağı var.   Yeni tikilmiş məktəb 850  şagird yerlikdir. Hazırda məktəbdə 765 şagird təhsil alır.   Açılış mərasimində çıxış edən millət vəkili Vahid Əhmədov qeyd edib ki, ölkə başçısı tərəfindən qarşımıza qoyulan əsas vəzifə yüksək istedad və qabliyyətə, eləcə də milli mənəvi dəyərlərə sahib vətənpərvər gənclərin yetişdirilməsidir.   Quba rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev yeni məktəbin istifadəyə verilməsi münasibətilə məktəb kollektivini təbrik edib, son illər təhsilin inkişafı üzrə əhəmiyyətli işlərin görüldüyünü qeyd edib.   Quba Rayon Təhsil Şöbəsinin müdiri Rüfət Hacıyev bildirib ki, Zərdabi qəsəbə tam orta məktəbi üçün yeni binanın inşası son illərdə təhsil sahəsində qazanılan uğurların təməlində Azərbaycanın yeni təhsil modelinin dayandığını bir daha təsdiqləyir.     Açılış mərasimindən sonra qonaqlar məktəbdə yaradılmış şəraitlə tanış olub. 

21/02/2022

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz

Ətraflı
21/02/2022

#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV

Ətraflı
21/02/2022

19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb

Ətraflı