SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Türkiyə-Azərbaycan əməkdaşlığı çərçivəsində “eTwinning Plus” layihəsi üzrə seminar keçiriləcək
11-13 oktyabr tarixlərində “eTwinning Plus” layihəsi çərçivəsində Azərbaycan və Türkiyə arasında ikitərəfli seminarın keçirilməsi nəzərdə tutulub.
“Media savadlılığı və dezinformasiya” mövzusunda təşkil olunacaq seminarın məqsədi hər iki ölkədə beynəlxalq ortaq təhsil layihələrinin icrası, həmçinin, “Avropa eTwinning” ölkələrində təhsil sahəsində birliyin davam etdirildiyini nümayiş etdirməkdir.
Seminar çərçivəsində Türkiyədən 36 məktəb müəllimi, 36 nəfər yerli müəllim üçün media savadlılığı, dezinformasiyanın qarşısının alınması, rəqəmsal bacarıqlar, layihə əsaslı təhsil və müəllimlərin XXI əsr bacarıqlarını inkişaf etdirəcək müxtəlif təlimlər və müzakirələr təşkil olunacaq. Təlimlər yerli və türk mütəxəssislər tərəfindən aparılacaq. Tədbirdə Türkiyə Milli Təhsil Nazirliyi rəsmilərinin də iştirakı gözlənilir.
Qeyd edək ki, ölkəmiz 2013-cü ildən etibarən “eTwinning Plus” layihəsində iştirak edir. Layihə Avropa İttifaqının Fasiləsiz Təhsil Proqramının “eTwinning” layihəsinin tərkib hissəsidir. Layihənin əsas məqsədi proqramda iştirak edən 40-a yaxın Avropa ölkəsindən olan pedaqoji işçilər arasında ünsiyyəti artırmaq, əməkdaşlıq imkanları yaratmaq, həmçinin birgə təhsilin inkişafı yönümündə müxtəlif layihələr icra etmək üçün şərait yaratmaqdır. Layihə çərçivəsində ölkəmizdən indiyədək 927 məktəbdən 3224 müəllimin iştirakı ilə 3432 təhsil layihələri həyata keçirilib, bir çox yüksək beynəlxalq nailiyyətlər əldə edilib və Avropa ölkələri ilə eyni səviyyədə rəqabət aparılıb.
3 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
3 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
3 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
3 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
3 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
3 il əvvəl