• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Təhsil Nazirliyinin “Vətən” Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Futbol Məktəbinin 3 komandası Türkiyənin Alanya şəhərində “FİFA Grassroots” proqramı çərçivəsində təşkil edilən “Turkish Holidays. Spring Edition” beynəlxalq futbol turnirində iştirak edib.

“Evima” şirkəti tərəfindən keçirilən turnirdə Türkiyə, Azərbaycan, Qazaxıstan, Özbəkistan, İtaliya, İspaniya, Rusiya, Bolqarıstan və Gürcüstandan 42 komanda 8 yaş qrupu üzrə mübarizə aparıb. Azərbaycanı 42 nəfərlik futbolçu heyəti ilə təmsil edən “Vətən”in yetirmələri 11, 12 və 13 yaşlı idmançıların qarşılaşmasında qüvvələrini sınayıblar.
Komandalarımız bir həftə ərzində müxtəlif ölkələri təmsil edən rəqiblərlə mübarizə aparıblar. Onlar arasında İspaniyanın “Selta Viqo”, Türkiyənin “Beşiktaş” komandaları da olub. Turnirin 12 və 13 yaşlılar qrupunda komandalarımız IV yeri tutublar.
Qeyd edək ki, 5-ci dəfə keçirilən festivala “Vətən” futbol məktəbinin komandaları ötən il də qatılıblar. “Vətən” təmsilçiləri bu il daha uğurlu çıxış ediblər. 


10 il əvvəl