SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
“Təhsil” Respublika İdman Mərkəzinin İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər Futbol Məktəbinin komandaları U-13 və U-16 YUNİSEF qızlar liqası üzrə Azərbaycan futbol çempionatında uğurla çıxış edib.
U-13 qızlar liqası 3 yarımqrupda 33 komandanın iştirakı ilə şərq, qərb və şimal zonaları üzrə keçirilib. İOEUG Futbol Məktəbinin yetirmələri şərq zonasında 6 komandanın iştirakı ilə keçirilən qrupda yer alıb. Məktəbin komandası qrup üzrə bütün oyunlarda qələbə qazanaraq finala çıxıb. Gərgin mübarizə şəraitində keçən finalda isə penalti seriyasında uduzan komanda 2-ci yeri qazanıb.
U-16 YUNİSEF qızlar liqası 16 komandanın iştrakı ilə 2 yarımqrupda - şərq və qərb zonalarına bölünərək keçirilib. İOEUG Futbol Məktəbinin bu liqada mübarizə aparan komandası bütün oyunları qol buraxmadan qələbə ilə başa vuraraq finala çıxıb. Finalda da inamla oynayan komanda çempionatın qalibi olub.
Çempionatda I, II və III yerləri tutan komandalara diplomlar təqdim olunub.
10 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
4 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
4 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
4 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
4 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
4 il əvvəl