• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Mayın 23-də Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Azərbaycanda Amerika Ticarət Palatası (“AmCham Azerbaijan”) və “Britiş Amerikan Tobakko” şirkətinin birgə təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində tələbələr üçün əmək yarmarkası keçiriləcək.

Yarmarka işəgötürənləri və III-IV kurs bakalavriat, eyni zamanda magistratura səviyyəsində təhsil alan tələbələri bir araya toplamaqla iş imkanlarını araşdırmağa əlverişli şərait yaradacaq.
Əmək yarmarkası Azərbaycanın müxtəlif universitetlərində təhsil alan tələbələrin beynəlxalq və yerli şirkətlərdə təcrübəyə cəlb edilməsinə, həmçinin onların işlə təmin olunma imkanlarının genişləndirilməsinə yönəlmiş tədbirlər çərçivəsində keçirilir.
Yarmarkada ölkəmizdə fəaliyyət göstərən 100-dən artıq beynəlxalq və yerli şirkətin iştirakı nəzərdə tutulub. Onlar yarmarkaya 300-dən çox vakansiya haqqında məlumatla qatılacaqlar.
Əmək yarmarkası çərçivəsində işəgötürənlərlə tələbələr arasında tədbirdən əvvəl əlaqələr yaradılacaq, müəssisə təmsilçiləri namizədlər haqqında ətraflı məlumatlandırılacaq və tədbir günü müvafiq şirkət nümayəndələri ilə görüşlər təyin olunacaq. İlk dəfə yaradılan bu imkanlardan bəhrələnmək üçün tələbələr xüsusi proqram təminatı vasitəsilə şəxsi məlumatlarını daxil etməklə qeydiyyatdan keçəcəklər. Bundan sonra şirkətlər müvafiq namizədləri yarmarka zamanı nəzərdə tutulmuş vaxtlarda müsahibəyə dəvət edəcəklər.
Tədbirdə iştirak etmək istəyən tələbələr www.jobfair.az internet saytına daxil olmaqla qeydiyyatdan keçə bilərlər.


10 il əvvəl